Icma.az
close
up
RU
Menu

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

Azərbaycan ordusunun sosial təminatında yeni mərhələ: hərbçilərin əməkhaqqı artımı və sosial islahatları ŞƏRH

Nəsiminin ürəyi tapıldı şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ VİDEO

Məşhur modelin oğlunun ölüm səbəbi açıqlandı

Məscidə terror hücumu planlaşdıran yeniyetmə saxlanılıb

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

Ceyranbatanda 1 saylı orta məktəbin həyətində bıçaqlanma olub

Dağ mədən sənayesi ölkə iqtisadiyyatının dayanıqlığını təmin edəcək Eyyub Kərimli

Qarındakı piyləri əritməyin sirri açıldı

Misir Mərdanovun yaratdığı jurnal ləğv olunur

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

Hərbçilər və dövlət qulluqçuları üçün pensiya sistemində inqilabi təkmilləşdirmələr ŞƏRH

Latviya vetodan imtina etdi Rusiyaya qarşı sanksiyalar 3 il uzadılır

Türk dünyasının musiqi irsi yeni səsləniş qazandı: Bakıda keçirilən tarixi Qurultayın yekunları

U 17 millisi Gəncədə

Əli İskəndərli Avropa çempionatında bürünc medal qazandı

Ceyhun Bayramov BMT nin 81 ci sessiyasına qatılıb

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

Ankarada axtarışda olan FETÖ üzvləri saxlanılıb

Şəhid jurnalistlərin xatirəsinə həsr olunan turnirin püşkü atılıb

“3+3”ün işlək mexanizmə çevrilmə vaxtı çatıb

“3+3”ün işlək mexanizmə çevrilmə vaxtı çatıb

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Cənubi Qafqazda son illər formalaşan yeni geosiyasi reallıqlar regiondaxili əməkdaşlıq və dialoq mexanizmlərinə ehtiyacı daha da artırıb. Məhz bu kontekstdə “3+3” formatı bölgədəki problemlərin region ölkələrinin özləri və birbaşa qonşular arasında müzakirə olunmasını hədəfləyən alternativ siyasi platforma kimi diqqət çəkir. Bu əməkdaşlıq formatında nazirlər səviyyəsində üçüncü görüşün hazırlıq mərhələsinə keçilməsi regionda diplomatik aktivliyin artdığını göstərir. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Türkiyə mediasına verdiyi müsahibədə görüşün yerinin seçiləcəyinə dair açıqlaması “3+3”-ün gündəmdə olduğunu təsdiqləyir.

Əvvəlcə onu qeyd edək ki, bu formatın tarixi və siyasi kökləri “Qafqaz evi” konsepsiyası ilə sıx bağlıdır. Vaxtilə regionun vahid təhlükəsizlik, iqtisadi və mədəni məkan kimi formalaşdırılmasını nəzərdə tutan bu yanaşma Qafqaz xalqları arasında qarşılıqlı etimadın və birgə məsuliyyətin artırılmasını hədəfləyirdi. Müasir mərhələdə Azərbaycanın təşəbbüsü və rəsmi Ankaranın dəstəyi ilə formalaşan “3+3” məhz bu konsepsiyanın praktik və daha realist davamı kimi çıxış edir. “Qafqaz evi” anlayışında olduğu kimi, burada da əsas prinsip regionun taleyinin bölgə aktorları tərəfindən müəyyənləşdirilməsidir.

Lavrovun açıqlamalarında diqqətçəkən məqamlardan biri Gürcüstanın hələlik bu formatda iştirakdan çəkinməsidir. Rusiya XİN başçısı Tbilisinin mövqeyinə baxmayaraq, “qapının açıq” olduğunu vurğulamaqla formatın inklüziv xarakter daşıdığını nümayiş etdirib. Gürcüstanın ehtiyatlı mövqeyi isə onun Qərb strukturları ilə inteqrasiya kursu və Rusiya ilə münasibətlərində mövcud gərginliklə izah olunur. Bununla belə, formatın davamlılığı və konkret nəticələr verməsi Tbilisinin gələcəkdə mövqeyini yenidən nəzərdən keçirməsi ehtimalını istisna etmir. Digər tərəfdən, “3+3” təşəbbüsünün siyasi çəkisini artıran amillərdən biri Türkiyənin bu prosesdə fəal rol oynamasıdır. Lavrovun Türkiyənin xarici işlər naziri Hakan Fidanın təşəbbüsü aktiv şəkildə dəstəklədiyini xüsusi vurğulaması Ankaranın Cənubi Qafqazda artan diplomatik nüfuzunun göstəricisidir. Türkiyə bu format vasitəsilə həm regional sabitliyin möhkəmlənməsində, həm də nəqliyyat-tranzit layihələrinin irəliləməsində açar oyunçu kimi çıxış etməyə çalışır.

* * *

ABŞ-da Donald Trampın hakimiyyətə qayıdışı, ötən il avqustun 8-də Vaşinqton razılaşmasından sonra formalaşan yeni siyasi konfiqurasiya və TRIPP çərçivəsində artan diplomatik fəallıq Ağ Evin regiona marağını ortaya qoyur. Bu kontekstdə “3+3” formatının gələcəkdə ABŞ-ın iştirakı ilə “4+3” modelinə transformasiyası gündəmə gələ bilər. Mövcud reallıqlar göstərir ki, sözügedən formatın fəlsəfəsi məhz regiondan kənar güclərin birbaşa institusional iştirakını istisna etməyə hesablanıb. Bu model böyük güclər arasında rəqabət meydanına çevrilmiş Cənubi Qafqazda regional subyektliyin qorunmasını əsas prinsip kimi irəli sürür. Lakin bu heç də rəsmi Vaşinqtonun formatda heç vaxt iştirak etməyəcəyi anlamına gəlmir. Ən azından, birbaşa olmasa belə, dolayısı ilə, yəni enerji və digər sahələrdə əməkdaşlıq ABŞ-ın “3+3” formatında iştirakına zəmin yarada bilər.

Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıxov XQ-yə açıqlamasında bildirdi ki, “3+3” formatı rəsmi Bakının maraqlarına cavab verən mexanizmdir. Onun sözlərinə görə, vaxtilə onun gündəmə gətirilməsinin təşəbbüskarı məhz Azərbaycan olub: “Bu format regional təhlükəsizliyin təmininə yönəlib və artıq bu çərçivədə bir neçə görüş keçirilib. Eyni zamanda, onu da nəzərə almaq lazımdır ki, geosiyasi reallıqlar dəyişir. Məsələn, hazırda Gürcüstan hələlik bu formata qoşulmaqdan imtina edib. Bunun əsas səbəbi Tbilisi və Moskva arasında münasibətlərin faktiki olaraq sıfır səviyyəsinə düşməsi, diplomatik əlaqələrin mövcud olmamasıdır”.

Politoloq İranda baş verən hadisələrin regiona və birbaşa “3+3” formatına təsirini də istisna etmədi. Amma onu da bildirdi ki, Qafqaz ölkələrinin hamısı İranda sabitliyin hökm sürməsində maraqlıdır. Onun fikrincə, başqa bir məsələ Ağ Evin “3+3” formatında iştirakıdır: “Bu, Vaşinqtonla Tehran arasında mövcud gərginliklər fonunda, demək olar ki, mümkünsüzdür. Bu formata ABŞ-ın daxil olması məsələsinə mən ehtiyatla yanaşıram. Doğrudur, ABŞ Zəngəzur dəhlizi (TRIPP) ilə bağlı öz mövqeyini ortaya qoyur və danışıqlar çərçivəsində müəyyən addımlar da atıb. Bununla belə, “3+3” regional formatdır və bu çərçivədə regiondan kənar ölkələrin digər dövlətlərlə münasibətləri bu mexanizm üzərindən inkişaf etdirməsi real görünmür. Xüsusilə ABŞ–Rusiya, ABŞ–İran münasibətlərinin mövcud durumu və paralel problemlər bunu çətinləşdirir”.

Politoloq Tofiq Abbasov qeyd etdi ki, “3+3” formatının mövcudluğunu qorumaq üçün onun yaradılmasında iştirak edən rəsmi Bakının formata verdiyi töhfə həyati əhəmiyyət kəsb edir: “Məlumdur ki, “3+3” formatı Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə meydana gəlib və bu təşəbbüsü ilk olaraq Türkiyə lideri dəstəkləyib. “3+3” formatı mahiyyət etibarilə regionda təsir gücünə malik üç böyük dövlətin və onlara coğrafi və siyasi baxımdan yaxın olan nisbətən kiçik 3 ölkənin iştirakına əsaslanır. Bu ikinci üçlük daxilində isə Azərbaycanın rolu son dərəcə vacibdir. Çünki ölkəmizin artıq orta gücə çevrilməsi beynəlxalq birlik tərəfindən müsbət qarşılanır. Digər tərəfdən, ölkəmizin xarici əlaqələri, enerji və nəqliyyat layihələri, eləcə də irəli sürdüyü təşəbbüslər real nəticələr verən, işlək mexanizmlərdir. Bu layihələr praktiki olaraq həm Azərbaycana, həm də tərəfdaşlarımıza və qonşu ölkələrə ciddi faydalar gətirir”.

Politoloq vurğulayıb ki, “3+3” formatının bu mərhələdə əsas rolu hərbi qarşıdurma və sülh məsələləri ilə bağlı qəti mövqe ortaya qoymaq olmalıdır. Onun sözlərinə görə, bu mövqe şübhəsiz ki, rəsmi Bakının diplomatik xəttinə tam uyğundur: “Azərbaycan bütün mürəkkəb və mübahisəli məsələlərdə sülhə hazır olduğunu açıq şəkildə bəyan edir və hesab edir ki, mövcud suallara yalnız diplomatik yollarla əsaslandırılmış və tutarlı cavablar tapılmalıdır. Eyni zamanda, bu proseslər fonunda destruktiv mövqedən çıxış edən qüvvələrin fəallığı da müşahidə olunur. Belə yanaşmalara imkan vermək, onlara meydan açmaq qətiyyən yolverilməzdir. Çünki müharibəni dəstəkləyib sülhü rədd edən mövqelər ümumi maraqlarımıza, kollektiv iradəmizə və gələcək niyyətlərimizə ziddir”.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) əməkdaşı Fuad Abdullayev isə hesab edir ki, bu format rəsmi Bakı üçün həyati əhəmiyyət daşımır, əsas məsələ bölgədə sabitliyin qorunub-saxlanılmasıdır: “Azərbaycan üçün əsas prioritet regionda sabitliyin möhkəmləndirilməsi və kommunikasiya xətlərinin açılmasıdır. Bu kontekstdə “3+3” formatını alternativsiz mexanizm kimi deyil, mövcud ikitərəfli və çoxtərəfli platformaları tamamlayan əlavə dialoq vasitəsi kimi dəyərləndirmək olar. Azərbaycan tərəfi dəfələrlə vurğulayıb ki, regionda davamlı sabitliyin təmin olunması üçün çoxtərəfli dialoq platformalarının mövcudluğu vacibdir və bu cür təşəbbüslər sülh mühitinin formalaşmasına töhfə verə bilər”.

Ekspert formatın hazırda praktik effektivliyinin müəyyən məhdudiyyətlərlə üzləşdiyini qeyd etdi: “Qeyd etmək lazımdır ki, bu format indiyədək tam tərkibdə fəaliyyət göstərə bilməyib. Gürcüstan bu platformada iştirak etmir. Gürcüstan tərəfi hesab edir ki, Rusiya ilə eyni regional platformada təmsil olunmaq onun ərazi bütövlüyü məsələsi kontekstində, dolayısı ilə milli maraqları baxımından uyğun deyil. Məhz formatla bağlı əsas narahatlıq da bundan qaynaqlanır. Nəticə etibarilə, Gürcüstanın iştirakı olmadığı üçün bu mexanizm faktiki olaraq “3+2” və ya “5+1” formatında fəaliyyət göstərir və “3+3” tam mənada işlək vəziyyətdə deyil”.

F.Abdullayev Ağ Evin bu formatda iştirakına da münasibət bildirib. Onun sözlərinə görə, bu ssenari real görünmür: “Çünki “3+3” region ölkələri arasında dialoq üçün nəzərdə tutulub. Digər tərəfdən, mövcud geosiyasi vəziyyət də belə bir genişlənməyə imkan vermir. Xüsusilə ABŞ ilə İran arasında yaşanan gərginlik bu ehtimalı istisna edir”.

Nəticə etibarilə, “3+3” formatında nazirlər görüşünün hazırlıq mərhələsinə keçilməsi Cənubi Qafqazda regional diplomatiyanın institusionallaşması istiqamətində atılan növbəti addım kimi qiymətləndirilə bilər. Bu format hələlik bütün problemləri həll edən mexanizm olmasa da, region ölkələri üçün dialoq və qarşılıqlı anlaşma platforması yaratmaq baxımından mühüm siyasi alət olaraq qalır.

Tacir SADIQOV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:248
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 31 Yanvar 2026 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

22 Sentyabr 2026 20:39see273

Azərbaycan ordusunun sosial təminatında yeni mərhələ: hərbçilərin əməkhaqqı artımı və sosial islahatları ŞƏRH

22 Sentyabr 2026 17:58see271

Nəsiminin ürəyi tapıldı şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ VİDEO

22 Sentyabr 2026 18:05see262

Məşhur modelin oğlunun ölüm səbəbi açıqlandı

22 Sentyabr 2026 16:59see250

Məscidə terror hücumu planlaşdıran yeniyetmə saxlanılıb

22 Sentyabr 2026 18:18see227

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

22 Sentyabr 2026 20:31see225

Ceyranbatanda 1 saylı orta məktəbin həyətində bıçaqlanma olub

23 Sentyabr 2026 14:40see224

Dağ mədən sənayesi ölkə iqtisadiyyatının dayanıqlığını təmin edəcək Eyyub Kərimli

22 Sentyabr 2026 19:49see222

Qarındakı piyləri əritməyin sirri açıldı

22 Sentyabr 2026 20:20see222

Misir Mərdanovun yaratdığı jurnal ləğv olunur

22 Sentyabr 2026 17:09see222

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

22 Sentyabr 2026 20:16see216

Hərbçilər və dövlət qulluqçuları üçün pensiya sistemində inqilabi təkmilləşdirmələr ŞƏRH

22 Sentyabr 2026 18:03see215

Latviya vetodan imtina etdi Rusiyaya qarşı sanksiyalar 3 il uzadılır

22 Sentyabr 2026 20:16see213

Türk dünyasının musiqi irsi yeni səsləniş qazandı: Bakıda keçirilən tarixi Qurultayın yekunları

22 Sentyabr 2026 15:56see213

U 17 millisi Gəncədə

22 Sentyabr 2026 20:42see208

Əli İskəndərli Avropa çempionatında bürünc medal qazandı

23 Sentyabr 2026 19:47see202

Ceyhun Bayramov BMT nin 81 ci sessiyasına qatılıb

22 Sentyabr 2026 18:53see202

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see179

Ankarada axtarışda olan FETÖ üzvləri saxlanılıb

22 Sentyabr 2026 18:52see172

Şəhid jurnalistlərin xatirəsinə həsr olunan turnirin püşkü atılıb

22 Sentyabr 2026 20:44see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri