“Qalatasaray” Batrakov üçün yeni müqavilə hazırlayır
Yeniavaz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Türkiyənin “Qalatasaray” klubu yarımmüdafiəçi Aleksey Batrakovla yeni müqavilə imzalaya bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyənin “Sozcu” qəzeti məlumat yayıb.
Məlumata görə, klub rəhbərliyi 21 yaşlı rusiyalının maaşını 3,25 milyon avrodan 5 milyon avroya qaldırmaq niyyətindədir.
Üstəlik, rəhbərlik onun müqaviləsindən 55 milyon avroluq sərbəstqalma bəndini çıxarmaq istəyir. ”Qalatasaray” nümayəndələri artıq Batrakovun maraqlarını təmsil edən agent Vladimir Kuzmiçevi İstanbula dəvət ediblər.
Qeyd edək ki, Batrakov 2026-cı ilin avqustunda 25 milyon avro və bonuslar müqabilində Moskvanın “Lokomotiv” klubundan “Qalatasaray” klubuna keçib. Onun Türkiyə klubu ilə müqaviləsi 30 iyun 2031-ci ilə qədərdir.
Batrakov Türkiyə klubunda altı qol vurub ki, bunlardan dördü Çempionlar Liqasındadır.
Bu mövzuda digər xəbərlər:Batrakov “Qalatasaray”la müqavilə şərtlərini razılaşdırıb
06 Avqust 2026 12:28
Batrakov “Qalatasaray”a gedir
20 Avqust 2026 14:34
Qalatasaray Batrakov üçün Lokomotiv lə razılığa gəldi
15 Avqust 2026 09:37
Batrakov “Qalatasaray“da oynamaq üçün fədakarlıq edib
10 Noyabr 2026 17:27
“Mənim üçün həyəcanvericidir” Batrakov “Qalatasaray”a keçidindən danışdı
20 Avqust 2026 22:31
Baxış sayı:147
Bu xəbər 10 Noyabr 2026 17:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















