Icma.az
close
up
RU
34 il, 24 həyat, bir faciə Ballıqaya

34 il, 24 həyat, bir faciə Ballıqaya

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 28 avqust, AZƏRTAC

Bəzən bir kəndin adı bütöv bir xalqın yaddaşına çevrilir. Bəzən bir ovuc torpaq illər keçsə də, üzərində axıdılmış qanı unutmağa imkan vermir. Ballıqaya da belə ünvanlardan biridir. Bu ad Azərbaycan xalqının yaddaşında yalnız bir kəndin adı kimi deyil, günahsız insanların həyatına son qoyan amansız qətliamın ünvanı kimi yaşayır.

Ermənistan silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində minlərlə soydaşımız qətlə yetirilib, yüz minlərlə insan doğma yurdundan didərgin salınıb. XX əsrin 90-cı illərində törədilən qanlı cinayətlər sırasında Ballıqaya qətliamı da xüsusi ağrısı ilə seçilir. Qaradağlıda, Xocalıda, Ağdabanda olduğu kimi, Ballıqayada da hədəf silahsız və müdafiəsiz azərbaycanlılar idi.

Laçın rayonundan didərgin düşərək Goranboy rayonunun Ballıqaya kəndi ərazisində müvəqqəti məskunlaşan 24 azərbaycanlı mülki şəxs 1992-ci il avqustun 27-dən 28-nə keçən gecə erməni quldurları tərəfindən amansızlıqla qətlə yetirildi. Daha 9 nəfər ağır yaralandı.

Həmin gecə Ballıqayada ölüm yalnız böyüklərin qapısını döymədi. Qətlə yetirilənlər arasında altı azyaşlı uşaq vardı. Onların ən kiçiyi cəmi altı aylıq körpə idi. Üç azyaşlı uşaq isə həmin gecə həm anasından, həm atasından məhrum oldu. 93 yaşlı qoca qadın belə, qatil güllələrindən xilas ola bilmədi.

Ballıqayanın o gecəsi uşaqların səsinə, anaların fəryadına, qocaların harayına qarışan atəş səsləri ilə yadda qaldı. Dinc insanların bəzilərinin meyitlərinin yandırılması isə törədilən vəhşiliyin miqyasını bir daha göstərdi. Burada öldürülənlər döyüşçü deyildi. Onlar ailələri ilə birlikdə özlərinə sığınacaq bildikləri bu torpaqda həyatlarını davam etdirməyə çalışan sadə insanlar, çobanlar və heyvandarlıqla məşğul olan mülki şəxslər idi.

Onların nə silahı vardı, nə də döyüşmək niyyəti. Əllərində olan yalnız gündəlik həyatın qayğıları, başlarını qoymağa bir parça torpaq və yaşamaq ümidi idi. Lakin həmin gecə bu ümid amansızlıqla yarımçıq qoyuldu.

Ballıqayada baş verənlər təkcə insanlığa qarşı törədilmiş ağır cinayət deyil, həm də beynəlxalq humanitar hüququn fundamental prinsiplərinin kobud şəkildə pozulması idi. Uşaqların, qadınların və qocaların qətlə yetirilməsi müharibənin belə, toxunulmaz saydığı sərhədlərin necə vəhşicəsinə tapdalandığını göstərirdi.

İllər ötür. Ballıqayanın yaraları zamanın axarında sağalmır. Çünki bəzi ağrılar zamanla kiçilmir, əksinə, yaddaşda daha da dərinləşir. Hər il avqustun 28-i yaxınlaşanda həmin gecənin xatirəsi yenidən canlanır. Altı aylıq körpənin, valideynsiz qalan uşaqların, qətlə yetirilən qadınların və qocaların xatirəsi bir daha Azərbaycan xalqının yaddaşında öz yerini tutur.

Ballıqaya qətliamına dair materiallar, maddi sübutlar və faktlar Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Memorial Soyqırımı Muzeyində qorunub saxlanılır. Bu sənədlər yalnız keçmişin izləri deyil. Onlar tarix qarşısında məsuliyyətin, unutmamağın və həqiqətin gələcək nəsillərə çatdırılmasının sübutlarıdır.

Çünki tarix yalnız yaşananları deyil, unudulmayanları da yaşadır. Ballıqaya isə unudulmamalıdır.

34 il əvvəl... Ballıqayada yarımçıq qalan ailə

Həmin hadisə zamanı 6 ailə üzvünü itirən Binnət Mehdiyev AZƏRTAC-a açıqlamasında deyib:

“Əslən Şuşadanam. Şuşa işğal olunanda ailəlikcə Laçına köçdük. Çox keçmədi Laçın da düşmən əsarətinə keçdi. Sonra Kəlbəcər, Göygölün Toğana və Sarıqaya əraziləri, daha sonra Goranboyun Buzluq kəndində və ən sonda isə Ballıqaya kəndi ərazisində məskunlaşdıq. Bir yurddan digərinə köçürdük.

Ballıqayada alaçıqlar qurmuş, heyvanlarımızı da gətirmişdik. Amma ərazi bizə vahiməli gəlirdi. Elə həmin günlərdə başqa yer axtarmağa başladıq. Mən də qohumlarımla birlikdə ərazidən çıxdım, sonra Bakıya gəldim.

Çox keçmədi, acı xəbər aldım. Ermənilər Ballıqayaya hücum etmişdi. Atam, anam, iki qardaşım, bacım və həyat yoldaşım öldürülmüşdü.

Sağ qalan qohumlarım danışırdı ki, atam hadisədən bir gün əvvəl Gülüstan tərəfdə azərbaycanlıların öldürüldüyünü eşidib və səhər açılan kimi Ballıqayadan çıxmağı təklif edib. Gecə yarısına qədər məsləhətləşiblər. Amma səhəri görə bilmədilər.

Səhərə yaxın 10-12 erməni silahlısı alaçıqların olduğu əraziyə girib. Səsə çıxanları, içəridə hərəkət edənləri atəşə tutublar. Həmin gecə 24 nəfər öldürülmüşdü... Onların arasında uşaqlar da vardı...

Öldürülənləri Bərdədə dəfn etdik. Biz də orada məskunlaşdıq. Şuşadan çıxıb bir yurddan digərinə sığınmışdıq. Ballıqayada isə ailəmizin böyük hissəsini itirdik. 34 il keçib, amma hələ də "kaş ki"lər susmur. Bəlkə o gecə orada olsaydım, ailəmi xilas edərdim, ya da doğmalarım səhəri gözləməyib gecə ilə yola çıxsa idilər, sağ qala bilərdilər... Ballıqaya mənim üçün sadəcə bir yer deyil – bir gecədə 6 ailə üzvümü və digər doğmalarımı itirdiyim məkandır”.

Müxbir - Göyçək Mahmudlu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Avqust 2026 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see621

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see597

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see367

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see255

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see255

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see238

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see238

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see237

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see234

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see215

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see210

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see206

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see195

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see191

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see190

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see182

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see181

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see174

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see172

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri