Icma.az
close
up
RU
Ballıqaya qətliamından 33 il ötür

Ballıqaya qətliamından 33 il ötür

Olke.az saytına istinadən Icma.az xəbər verir.

Erməni terrorçu-quldur birləşmələri tərəfindən törədilən, tarixə qanlı və amansız cinayət kimi düşən Ballıqaya qətliamının ildönümüdür.

Ölkə.az xatırladır ki, Ermənistan silahlı qüvvələri tərəfindən dinc azərbaycanlılara qarşı törədilmiş qətliamdan 33 il ötür.

Tarixdə Ballıqaya qətliamı kimi yad edilən faciə 1992-ci ilin avqustun 28-də, səhər saat 5 radələrində Goranboy rayonunun Ballıqaya kəndində baş verib.

Qətliam nəticəsində aralarında 6 uşaq, o cümlədən 6 aylıq körpə və 93 yaşlı ahıl qadın da olmaqla, 24 nəfər azərbaycanlı mülki şəxs amansızlıqla qətlə yetirilib. Əksəriyyəti uşaqlar, qadınlar və qocalar olan qətlə yetirilmiş şəxslərin bəzilərinin meyitləri yandırılıb. Qətliam nəticəsində 3 azyaşlı uşaq hər iki valideynini itirib.

Ballıqaya qətliamı Ermənistan silahlı qüvvələrinin bundan əvvəl Xocavəndin Qaradağlı kəndində, Xocalı şəhərində, Kəlbəcərin Ağdaban kəndində Qarabağın azərbaycanlı əhalisini kompakt şəkildə məhv etmək məqsədi ilə törədilən silsilə kütləvi qırğın aktlarından biridir.

1992-ci ilin yay aylarında Laçın işğal olunandan sonra öz evlərindən didərgin düşən yerli əhali Azərbaycanın müxtəlif bölgələrində məskunlaşmağa məcbur olub. Yaxın qohumluq münasibətləri olan 6 ailə isə heyvandarlıq üçün əlverişli olan Ballıqaya ərazisində məskunlaşıblar. Avqust ayında Ballıqaya kəndində çadırda məskunlaşan Laçın rayon sakinləri də buraya sırf heyvandarlıq məşğuliyyətini davam etdirmək məqsədiylə gəliblər.

Lakin onlar avqust ayının 28-də xüsusi amansızlıqda qətlə yetiriliblər. Belə ki, səhər saat 5 radələrində Ermənistan ordusunun 10-12 nəfərdən ibarət diversiya dəstəsi əraziyə daxil olub və əliyalın günahsız insanlara silahla hücum çəkiblər. Nəticədə özlərini müdafiə etməyə üzərilərində heç bir silah belə olmayan 24 mülki insan amansızlıqla öldürülüb və 9 nəfər isə ağır yaralanıb. Qətlə yetirilən və ağır bədən xəsarəti alan şəxslərin hamısı heyvandarlıqla məşğul olan mülki şəxslər, çobanlar və onların ailə üzvləri olub.

Ballıqaya faciəsində qətlə yetirilən günahsız mülki insanların xatirəsini sayğı ilə anırıq. Aşağıdakı siyahıda onların adları yer alıb:

№ A.S.A Doğum tarixi Yaşı Azyaşlı uşaqlar 1 Hümbətov Elçin Vəzir oğlu 1980 12 yaş 2 Hümbətov Bəxtiyar Vəzir oğlu 1982 10 yaş 3 Hümbətov İsmayıl Vəzir oğlu 1984 8 yaş 4 Hümbətov Nəvadi Vəzir oğlu 1986 6 yaş 5 Hümbətova Gülnar Vəzir qızı 1988 4 yaş 6 Hümbətov Canpolad Vəzir oğlu 1992 6 ay Qadınlar 1 Abdullayeva Səadət Abdulla qızı 1973 19 yaş 2 Mehdiyeva (Məhərrəmova) Qənirə İbrahim qızı 1935 57 yaş 3 Mehdiyeva Ayna Hümbət qızı 1967 25 yaş 4 Mehdiyeva Bəyim Aydın qızı 1959 33 yaş 5 Mehdiyeva Gülayə Əli qızı 1925 67 yaş 6 Mehdiyeva Süraya Məhəmməd qızı 1956 36 yaş 7 Kalbalıyeva Nubar Muradxan qızı 1952 40 yaş 8 Vəliyeva Zeynab Hüseyin qızı 1899 93 yaş 9 Alməmmədova Minaya Əbilqasım qızı 1930 62 yaş 10 Alməmmədova Zeynəb Şəmil qızı 1972 20 yaş 11 Alməmmədova Kəmalə Şəmil qızı 1976 16 yaş 12 Hümbətova Hürzaman Qara qızı 1959 33 yaş 13 Hümbətova Gülnar Vəzir qızı 1988 4 yaş Qocalar 1 Abdullayev Abdulla Bədəl oğlu 1934 58 yaş 2 Mehdiyev Hümbət Əbulqasım oğlu 1930 62 yaş 3 Mehdiyeva (Məhərrəmova) Qənirə İbrahim qızı 1935 57 yaş 4 Mehdiyeva Gülayə Əli qızı 1925 67 yaş 5 Vəliyeva Zeynab Hüseyin qızı 1899 93 yaş 6 Alməmmədova Minaya Əbilqasım qızı 1930 62 yaş
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:185
embedMənbə:https://olke.az
archiveBu xəbər 28 Avqust 2025 00:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see506

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see458

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see357

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see297

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see293

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see281

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see263

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see240

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see234

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see229

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see222

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see219

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see217

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see213

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see212

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see208

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see197

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see188

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see180

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri