Icma.az
close
up
RU
35 yaşlı məşqçi ilk mövsümdəcə Ayaks ın tarixinə düşdü

35 yaşlı məşqçi ilk mövsümdəcə Ayaks ın tarixinə düşdü

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

Françesko Farioli Niderlandda adından söz etdirməkdə və ''Ayaks''ı çempionluğa daşımaqda davam edir.

''Football-plus.az'' xəbər verir ki, mövsümün əvvəlində Amsterdam nəhənginin başına keçən və klub tarixinin ilk italiyalı məşqçisi olan 35 yaşlı mütəxəssis fərq yaratmaqda davam edir. ''Ayaks'' Niderland çempionatının son turunda əzəli rəqibi, ən yaxın izləyicisi və son çempion statusunda olan PSV-ni səfərdə 2 cavabsız qolla məğlub edərək liderliyini bir qədər də möhkəmləndirdi. ''Yəhudilər'' sona 7 tur qalmış xal fərqini 9-a yüksəldərək çempionluq yolunda çox mühüm bir addım atdılar.
Düzdü, Avropa Liqası macərası komanda üçün uğursuz alındı. ''Ayaks'' 1/8 finalda ''Ayntraxt''a hər iki oyunda uduzaraq mübarizəni dayandırdı. Amma erediviziyada işlər qaydasında gedir. Amsterdamlılar son 12 çempionat oyunundan 11 qələbə, 1 heç-heçə ilə ayrılıblar. PSV üzərində qazanılan son qələbə ilə Farioli artıq indidən adını klub tarixinə yazdırdı. Belə ki, o, ''Ayaks''ın başında ilk mövsümdə iki əsas rəqib - ''Feyenoord'' və PSV-yə qarşı 4 çempionat matçının hər birindən qələbə ilə ayrılan ilk məşqçi oldu! ''Ayaks'' ilk dövrədə PSV-ni 3:2 yenmişdisə, ''Feyenoord''a qarşı oyunlarda səfərdə 2:0, evdə 2:1-lik qələbələr əldə olunmuşdu.
Xatırladaq ki, 35 yaşlı Farioli məşqçi karyerasına Türkiyədə start verib. O, 2021-ci ildə ''Fatih Karagümrük''ün başına keçmişdi. Daha sonra ''Alanyaspor''u da çalışdıran bu mütəxəssis ötən mövsümü isə ''Nitsa''da keçirmişdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:153
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 01 Aprel 2025 20:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see289

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see284

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see275

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see262

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see255

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see250

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see237

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see226

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see219

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see211

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see208

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see207

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see206

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see203

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see196

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see190

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see189

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see173

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see170

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri