36 yaşlı Matiç İtaliya klubuna keçməyə yaxındır
Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.
"Olimpik Lion"un 36 yaşlı yarımmüdafiəçisi Nemanya Matiç karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Sky Sport Italia" yayıb.
Xəbərə görə, təcrübəli futbolçunun xidmətində "Komo" maraqlıdır. Mənbə sözügedən komandanın baş məşqçisi Sesk Fabreqasın rəhbərlikdən Matiçi heyətə qatmağı xahiş etdiyini vurğulayıb.
Matiç ötən ilin yanvarından Fransa klubunun formasını geyinir. Cari mövsüm bütün turnirlərdə 18 matça çıxan serb məhsuldar göstəricilərlə yadda qalmayıb. O, daha öncə "Renn", "Roma", "Mançester Yunayted", "Benfika" və "Vitess" kimi klubların uğurları üçün çalışıb.
Xatırladaq ki, Nemanya Fabreqasla birlikdə "Çelsi"də çıxış edib.
Nihat
Bu mövzuda digər xəbərlər:Varan İtaliya klubuna keçməyə yaxındır
22 Aprel 2026 17:51
Qrinvud İtaliya klubuna keçməyə yaxındır
03 İyun 2026 15:16
Olimpik Lion un 20 yaşlı hücumçusu İtaliya klubuna keçməyə yaxındır
26 İyun 2025 14:45
İtaliya millisinin hücumçussu Roma ya keçməyə yaxındır
28 May 2026 14:28
MY nin istəmədiyi vinger İtaliya nəhənginə keçməyə yaxındır
13 May 2025 15:39
Baxış sayı:196
Bu xəbər 06 Yanvar 2025 16:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















