37 il edamını gözlədi, qərar ləğv olundu
Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ-də 37 ildir ölüm hökmünün icrasını gözləyən 74 yaşlı məhkumun edamı gözlənilmədən dayandırılıb.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, Florida ştatında saxlanılan Uilyam Li Tompsonun edam qərarının icrası onun səhhəti ilə bağlı yaranan şübhələrə görə təxirə salınıb.
“New York Post” nəşrinin məlumatına görə, Tompson 1976-cı ildə Mayamidə 23 yaşlı Salli Ayvesterin xüsusi amansızlıqla qətlə yetirilməsində iştirak edib.
Həmin vaxt Tompson və Rokko Ceyms Suraçe adlı şəxs gənc qadınla tanış olaraq onu motelə aparıblar. Onlar qadına saatlarla işgəncə verib, cinsi zorakılığa məruz qoyub və ondan pul tələb ediblər.
Ağır xəsarətlər alan qadın həyatını itirib. Cinayətin qəddarlığı polis əməkdaşlarını belə dəhşətə gətirib. Hüquq-mühafizə orqanları hadisəni dairə tarixinin ən amansız cinayətlərindən biri kimi qiymətləndiriblər.
Cinayətdən sonra Suraçe 200 il müddətinə azadlıqdan məhrum edilib, Tompson isə ölüm cəzasına məhkum olunub.
Lakin Tompson barəsində çıxarılan hökm dəfələrlə ləğv edilərək yenidən qüvvəyə minib. O, 1989-cu ildən ölüm hökmünə məhkum edilmiş şəxslər üçün nəzərdə tutulan kamerada saxlanılıb. 1993-cü ildə isə ölüm hökmü qəti şəkildə təsdiqlənib.
Sentyabrın 11-də Florida qubernatoru Ron DeSantis məhkumun edam tarixini oktyabrın 13-nə təyin edib. Lakin oktyabrın 8-də qubernator heç bir səbəb göstərmədən edam haqqında sərəncamı geri götürüb.
Sonradan məlum olub ki, qərarın dayandırılmasına məhkumun psixi sağlamlığı ilə bağlı ciddi narahatlıqlar səbəb olub.
Həbsxana xəstəxanasının həkimləri Tompsonda ağır demensiya xəstəliyinin ola biləcəyindən şübhələniblər.
Məhkumu müayinə edən neyropsixoloqun sözlərinə görə, Tompson hazırda baş verənləri, hətta 50 il əvvəl törətdiyi cinayəti belə dərk etmək qabiliyyətində deyil.
Bundan sonra qubernator Ron DeSantis məhkumun psixi vəziyyətinin rəsmi qiymətləndirilməsi üçün psixiatrlardan ibarət xüsusi komissiyanın yaradılması barədə göstəriş verib.
Komissiyanın rəyi əsasında ölüm hökmünün icrası ilə bağlı növbəti qərarın verilməsi gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 12 Oktyabr 2026 16:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















