Uzun və qısa gəzintilər: Hansı daha faydalıdır?
Icma.az, Axar.az portalına istinadən məlumat yayır.
Gün ərzində qısa və müntəzəm gəzintilər qanda şəkərin səviyyəsini tənzimləmək baxımından birdəfəlik uzun gəzintidən daha faydalı ola bilər.
Axar.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə “Obesity” jurnalında dərc olunan araşdırmanın nəticəsində bildirilib.
Tədqiqatda artıq çəkisi və ya piylənməsi olan 30 nəfər iştirak edib. Altı həftə ərzində onların bir qrupu gündə 45 dəqiqə fasiləsiz gəzib, digər qrup isə hər saatdan bir beş dəqiqəlik yürüşlər edib.
Nəticələr göstərib ki, qısa gəzintilər edən iştirakçılarda qanda şəkərin tənzimlənməsi daha yaxşı olub.
Alimlərin fikrincə, bunun səbəbi gün ərzində əzələlərin müntəzəm aktivləşməsidir. Fiziki hərəkət zamanı əzələlər enerji üçün qandakı qlükozadan istifadə edir.
Tədqiqatçılar uzun müddət oturmaq əvəzinə müntəzəm fasilələr verməyin və qısa gəzintilərə çıxmağın qanda şəkərin tənzimlənməsinə kömək edə biləcəyini bildirirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 27 Noyabr 2026 02:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















