Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

37 uşağın valideyni oldular: ABŞ dakı böyük ailənin qeyri adi hekayəsi

37 uşağın valideyni oldular: ABŞ dakı böyük ailənin qeyri adi hekayəsi

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ-ın Qərbi Virciniya ştatında yaşayan Pol və Cin Briks təxminən 50 illik evlilikləri ərzində 32-si övladlığa götürülmüş, beşi isə bioloji olmaqla ümumilikdə 37 uşaq böyüdüblər. Hazırda 10-47 yaş arasında olan uşaqların 14-ü cütlüyün Qərbi Virciniyadakı evində yaşayır. Ailə böyük evdə nizam-intizamı vəzifə bölgüsü, planlı alış-veriş və birlikdə hazırlanan süfrələr vasitəsilə qoruyur.

Qaynarinfo xəbər vertir ki, Pol və Cin Briks 1976-cı ildə evlənəndə uşaq sahibi olmaq istədiklərini bilirdilər. Lakin illər ərzində 37 uşağın valideyni olacaqlarını təsəvvür etmirdilər.

“People” jurnalına danışan 71 yaşlı Pol Briks deyib: “Heç vaxt "nəhəng ailə" qurmaqdan danışmamışıq. Müəyyən sayda uşağa çatmaq kimi məqsədimiz də olmayıb. Bir sıra hadisələr nəticəsində həyatımıza yeni uşaqlar daxil oldu".

İnformasiya texnologiyaları sahəsində çalışan Pol və 69 yaşlı Cin Briksin hazırda 32-si övladlığa götürülmüş, beşi isə bioloji olmaqla 37 uşağı var. Uşaqların yaşları 10-47 arasında dəyişir.

Cütlük ailələrinə daha bir uşağın qoşulması ehtimalını da tamamilə istisna etmir. Cin Briks bu barədə zarafatla deyib: “Biri qapımı döyüb yanında uşaq gətirsə... Sadəcə, körpə olmamasına üstünlük verərdim".

Övladlığa götürmə hekayəsi Abrahamla başladı

Cütlüyün övladlığa götürmə hekayəsi bioloji uşaqlarını böyütdükləri dövrdə başlayıb. Pol və Cin 1985-ci ildə Meksikada tərk edilmiş Abrahamı övladlığa götürüblər.

Görmə məhdudiyyətli Abraham bu gün də ailəsi ilə birlikdə yaşayır. Briks cütlüyü sonrakı illərdə müxtəlif ölkələrdən və müxtəlif sağlamlıq ehtiyacları olan çoxsaylı uşağa yuva verib.

Cin Briks bu prosesdə inanclarının onlara yol göstərdiyini deyib: “Haqqında dua etdiyimiz uşaqların bizim üçün doğru uşaqlar olduğuna inanırdıq".

Evdə hələ də 14 uşaq yaşayır

Briks ailəsinin Qərbi Virciniya ştatının Follinq-Uoters bölgəsində yerləşən, təxminən 465 kvadratmetrlik evində hazırda 14 uşaq yaşayır. Bu qədər böyük ailədə yemək hazırlamaq, alış-veriş etmək və gündəlik işləri həyata keçirmək ciddi təşkilatlanma tələb edir.

Ailədə hər uşağa yaşına uyğun gündəlik və həftəlik vəzifələr verilir. Bəziləri yemək masasını hazırlayır, digərləri isə evin təmizliyinə və qulluğuna kömək edir.

Pol Briks deyib: “Bu qədər insan eyni dam altında yaşayırsa, hər kəsin görəcəyi bir iş olmalıdır. Əks halda onlar mütləq özlərinə başqa məşğuliyyət tapacaqlar".

Ərzaq alış-verişi də müəyyən plan əsasında həyata keçirilir. Böyük uşaqlardan ikisi növbə ilə Cinə kömək edir.

Böyük süfrələrin sirri: ölçü cədvəli

Polun “Sevgi dili yeməkdir” sözləri ilə təsvir etdiyi Cin mətbəxdə əsas işi öz üzərinə götürür. Uşaqlar da yeməklərin hazırlanmasında, süfrənin qurulmasında və təmizlikdə iştirak edirlər.

Ailənin ən sevdiyi yeməklər arasında spagetti, tost, şorba və axşam yeməyində hazırlanan səhər yeməyi süfrələri var.

Böyük ailə üçün standart yemək reseptləri kifayət etmədiyindən Cin ərzaq miqdarını böyük porsiyalara uyğunlaşdırmağa imkan verən xüsusi ölçü cədvəlindən istifadə edir.

2005-ci ildə Ukraynadakı uşaq evindən iki bacı-qardaşı ilə birlikdə övladlığa götürülən Cozef anasının xüsusilə bayram və tətil günlərində hazırladığı yeməklərlə bağlı deyib: “Evdən heç vaxt ayrılmamağımın səbəbi bu yeməklərdir".

Ailənin büdcəsi necə idarə olunur?

Briks ailəsi uzun illər əsasən Polun maaşı və işlədiyi şirkətin təqdim etdiyi sosial təminat imkanları hesabına dolanıb. Son dövrdə isə sağlamlıq ehtiyacları olan üç uşaq üçün dövlət dəstəyindən də yararlanırlar.

Pol və Cin illər ərzində mobil telefondan istifadə və yatmaq saatları kimi bəzi qaydalarda daha çevik olduqlarını bildirirlər. Bununla belə, ailə olaraq mənimsədikləri əsas dəyərlərdən imtina etmədiklərini vurğulayırlar.

Cütlük bir və ya iki uşağı vaxtında hazırlamaqda çətinlik çəkən valideynlərdən fərqli olaraq, bütün ailənin kilsəyə müntəzəm şəkildə erkən çatdığını deyir.

İkinci nəsil də övladlığa götürdü

Cütlüyün 43 yaşlı qızı Meri Keyt Conson uşaqlıq illərində ailəyə yeni bacı-qardaşların qoşulmasının böyük həyəcan yaratdığını söyləyib.

“Öyrəşmək asan deyildi, amma həmişə çox müsbət təcrübə oldu. Elə buna görə böyüyəndə mən də eyni şeyi etmək istədim”,– deyə Conson bildirib.

Valideynlərinin yolunu davam etdirən Consonun hazırda 14 uşağı var. Onlardan dördü Qanadan övladlığa götürülüb. Conson həyat yoldaşı Kit və uşaqları ilə birlikdə valideynlərinin evindən cəmi doqquz ev uzaqlıqda yaşayır.

“Həyatımı dəyişdi”

Ukraynadan övladlığa götürüldüyü zaman 15 yaşında olan Cozef Briks ailəsinə qoşulmasının həyatını tamamilə dəyişdirdiyini deyib.

“Sevgi dolu bir ailəyə gəlmək, təmiz paltarlara, gözəl yatağa və süfrədə yeməyə sahib olmaq inanılmaz idi”, deyən Cozef hazırda Merilend ştatında “Sam’s Club” mağazasında rəhbər vəzifəsində çalışır.

Cozef karyerasına “Walmart” və ya “Sam’s Club”da başlayan 17 Briks bacı-qardaşdan biridir. Şirkətin təhsil dəstəyi proqramı çərçivəsində bacı-qardaşlardan beşinə təhsil xərcləri üçün ümumilikdə 50 min dollardan çox maliyyə dəstəyi verilib.

Cozef deyib: “Mən həmişə deyirəm ki, bir ailəm var, bir də "Sam’s Club"dakı ailəm".

Meri Keyt Conson isə valideynlərinin illər ərzində qarşılaşdıqları bütün çətinliklərə baxmayaraq ailəni bir yerdə saxlamağı bacardıqlarını bildirib.

“Xüsusilə yaşı daha böyük və tibbi dəstəyə ehtiyacı olan uşaqları böyüdərkən çox şeylə qarşılaşdılar. Bütün bunların öhdəsindən gəlmə üsulları həqiqətən də fövqəladədir”, deyə Conson vurğulayıb.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 23 Avqust 2026 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see385

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see307

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see295

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see267

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see250

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see247

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see241

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see233

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see232

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see216

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see214

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see213

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see211

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see211

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see209

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see204

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see202

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see201

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see192

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri