Icma.az
close
up
RU
3cü kurs tələbəsi vəfat etdi FOTO

3cü kurs tələbəsi vəfat etdi FOTO

Azərbaycan Tibb Universitetinin (ATU) Stomatologiya fakültəsinin III kurs 422A-2a qrup tələbəsi Hüseynova Nərmin Kamal qızı vəfat edib.

Metbuat.az xəbər verir ki, bu barədə ATU-nun Mətbuat xidmətindən bildirilib.

Nərmin Hüseynova 2022-ci ildə Akademik Zərifə Əliyeva adına Xaçmaz şəhər 8 N-li məktəb-liseyi fərqlənmə ilə bitirib.

2022-ci ildə 597.3 balla Azərbaycan Tibb Universitetinin Stomatologiya ixtisasına dövlət sifarişi əsasında qəbul olunub.

ATU rəhbərliyi, professor-müəllim heyəti və tələbələri adından mərhumun ailəsinə başsağlığı verilib.

Allah rəhmət eləsin!

seeBaxış sayı:25
embedMənbə:https://metbuat.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri