4 boksçumuz Avropa finalında
Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Almaniyanın Keinbaum şəhərində yeniyetmə boksçular arasında U-17 Avropa çempionatında yarımfinal mərhələsinin döyüşləri keçirilib. Azərbaycan millisinin bu mərhələdə mübarizə aparan 4 idmançısının finala yüksəlib.
Gülər Hüseynova (48 kq) Serana Mali (İngiltərə) ilə üz-üzə gəlib. Boksçumuz inamlı çıxış sayəsində rəqibini məğlub edib – 3:2 (29:28, 29:28, 29:28, 28:29, 28:29). O, finalda Asmin Cabasla (Türkiyə) döyüşəcək.
Qardaş Rəhimov (46 kq) Rati Xarbedia (Gürcüstan) ilə qarşılaşıb. O, hər 3 raundda rəqibindən güclü olub və yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanıb. Rəhimov qızıl medal uğrunda Birham-Pasa İuseimlə (Rumıniya) gücünü yoxlayacaq.
Şahin Aslanov (60 kq) da adını finala yazdırıb. O, Ceyson Maherlə (İrlandiya) dueldən qalib ayrılıb – 5:0 (30:27, 30:27, 29:28, 30:27, 30:27). Boksçumuzun finalda rəqibi Frenki Smit (İngiltərə) olacaq.
Şükar Əliyev (75 kq) isə finala döyüş keçirmədən vəsiqə qazanıb. Aleks Domjan (Macarıstan) döyüşə gəlmədiyi üçün milli üzvü qalib elan olunub. O, finalda Maykl Mauqanı (İngiltərə) sınağa çəkəcək.
Qeyd edək ki, həlledici döyüşlər dekabrın 17-də keçiriləcək.
Qabil YUSİFOĞLU
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:24
Bu xəbər 15 Dekabr 2025 22:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















