4 ildən sonra ilk görüş: Nazirlər təmas qurdu
Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Rusiya xarici işlər naziri Sergey Lavrov Almaniyanın xarici işlər naziri İohan Vadeful ilə ikitərəfli münasibətləri və Ukraynadakı vəziyyəti müzakirə edib.
Sherg.az xəbər verir ki, Almaniya tərəfinin tələbi ilə keçirilən görüşdə Rusiya ilə Almaniya arasındakı münasibətlər və Ukraynadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb. Vadeful “Almaniya hökumətinin bu və digər məsələlərlə bağlı dəfələrlə açıqladığı mövqeyini” təsdiqləyib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Almaniya tərəfi görüşdən əvvəl media nümayəndələrinin girişinin məhdudlaşdırılmasını, açılış çıxışlarının qeydə alınmamasını və sual verilməməsini tələb edib.
Rusiya və Almaniyanın xarici işlər nazirləri təxminən 4 ildən sonra ilk dəfə görüşüblər.
Lavrov sonuncu dəfə Almaniyanın keçmiş xarici işlər naziri Annalena Berbokla 18 yanvar 2022-ci ildə görüşmüşdü.
Baxış sayı:45
Bu xəbər 26 Sentyabr 2026 22:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















