Xudatda avtomobil yanaraq yararsız hala düşüb
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Xaçmaz, 11 noyabr, AZƏRTAC
Noyabrın 11-də axşam saatlarında Xaçmaz rayonunun Xudat şəhərində avtomobildə yanğın hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Hyundai Accent” markalı avtomobildə qəfil başlayan yanğın qısa müddətdə nəqliyyat vasitəsinin bütün hissələrini əhatə edib.
Ətrafdakı sürücülər yanğınsöndürən balonlarla alovu söndürməyə çalışsalar da, buna nail ola bilməyiblər. Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və xüsusi texnikası cəlb olunub. Yanğınsöndürənlərin müdaxiləsi ilə yanğın söndürülüb.
Hadisə zamanı avtomobilin sürücüsü xəsarət almayıb. Lakin nəqliyyat vasitəsi tamamilə yanaraq yararsız vəziyyətə düşüb.
Faktla bağlı araşdırma aparılır.
Müxbir – Elxan Yusifli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 11 Noyabr 2026 21:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















