Icma.az
close
up
RU
4 illik müddət bitdi: Bakı bu “şıltaqlıq a dözməyəcək

4 illik müddət bitdi: Bakı bu “şıltaqlıq a dözməyəcək

Teleqraf.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Politoloq Oqtay Qasımov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

Ötən il Azərbaycanla Ermənistan arasında sülh danışıqlarında bəlli nəticələr əldə edildi. Amma bunun fonunda il erməni tərəfinin şərti sərhəddə təxribatları ilə başladı. Bu il üçün əsas gözləntilər nədən ibarətdir?

- Azərbaycan Prezidenti yerli televiziya kanallarına müsahibəsində ölkəmizin builki siyasəti və proseslərə baxışı ilə bağlı məsələlərə aydınlıq gətirildi. Sözsüz ki, ölkəmizin gözləntiləri və tələbləri bir daha bəyan edildi. Bu gözləntilər cənub qonşumuz İranla bağlıdır. Bununla bağlı olan proseslərə də Azərbaycan Prezidenti aydınlıq gətirdi. Cəmiyyət üçün məlum olmayan məqamlar aydınlaşdırıldı. Bu kontekstdə İran tərəfindən səslənən bəyanatlarla bağlı Azərbaycanın mövqeyi ifadə olundu. Əgər İran özünün də rəsmi şəkildə bəyan etdiyi kimi, Azərbaycanla mehriban qonşuluq istəyirsə, o zaman ölkəmizə qarşı olan təxribatlardan əl çəkilməlidir. Xüsusilə də, hansısa əyalət mollalarının dili ilə Azərbaycan dövləti xalqı, rəhbərliyi hədəfə alınmamalıdır. Bu məsələ ilə bağlı Azərbaycanın mövqeyi birmənalıdır.

- Sülhlə bağlı danışıqlar qeyri-müəyyən müddətə qədər uzadılır və əlavə şərhlər ortaya atılıb. Ermənistanın sülhü uzatmaqda, prosesi pozmaqda məqsədi nədir?

- Ölkə başçısının Ermənistanla bağlı vermiş olduğu mesajlar tam aydındır. Bu mesajlar artıq qarşı tərəfə çatıb və hədəfə dəyib. Belə ki, sülh müqaviləsi ilə bağlı Azərbaycan Prezidenti də qeyd etdi ki, Ermənistan tərəfi vaxt uzatmağa çalışır. Bütün məsələlər həllini tapmır. Ermənistan yeni himayədarlarının vasitəsi ilə prosesləri ləngitməklə hərbi balansı dəyişməyə çalışır. Bunun da mümkünsüzlüyü, yolverilməz olduğu qeyd edildi.

- Rəsmi İrəvanın bu davranışlarına Bakının sona qədər səbir ilə yanaşacağı nə dərəcədə məntiqlidir?

- Azərbaycan Prezidenti yerli televiziya kanallarına müsahibəsində bu məsələ ilə bağlı sərt şəkildə öz münasibətini bildirdi. Ermənistanı silahlandıran, onunla müqavilələr bağlayan dövlətlərə də təklif edildi ki, onlar bu razılaşmaları ləğv edib, göndərdikləri silahları geri qaytarsınlar. Əks halda, bunun nəticəsi Ermənistan üçün ağır olacaq. İrəvanın sürətlə silahlanması Bakı üçün təhdid yaratmasına sona kimi dözümlə yanaşılmayacaq və buna imkan verilməyəcək. Ermənistan faşist dövlətdir. Bu ölkəyə rəhbərlik etmiş ilk üç prezident faşist ideologiyasına sahib olub. Xalqımız bunu görüb. Hətta konstruktiv şəxs kimi təbliğ edilən Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın da faşist düşüncələri onun bu yaxınlarda yayılan videosuna öz təsdiqini tapdı.

- Zəngəzur dəhlizinin açılması ilə bağlı Bakının son mesajları fonunda onun ətrafında müzakirələr artıb. Prosesin irəliləməsi üçün hansı əməli addımlar atıla bilər?

- Zəngəzur dəhlizi ilə bağlı Azərbaycan rəhbərliyi Ermənistana növbəti mesaj ünvanladı. Kommunikasiyaların açılmasını yubadan məqamlar vurğulandı. Prosesin 4 ildən artıq bir müddətə yubadılması Azərbaycan tərəfindən qəbul edilməyəcək. Rəsmi Bakı heç də bu “şıltaqlıq"a” dözməyəcək. Nəhayət, bu məsələ ilə bağlı konkret qərar verilməli, əməli addımlar atılmalıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 16 Yanvar 2025 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see269

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see187

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see184

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see181

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see177

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see175

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see174

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see174

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see172

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see171

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see171

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see171

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see170

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see169

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see169

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see168

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see167

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see166

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see162

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri