Icma.az
close
up
RU
4 min il əvvəl dövlət necə idarə olunurdu?

4 min il əvvəl dövlət necə idarə olunurdu?

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"British Museum" və İraqdan olan arxeoloqlar tarixin ilk imperiyası sayılan Akadların dövlət idarəçiliyinə dair mühüm məlumatlar ehtiva edən 200-dən çox gil lövhəni gün üzünə çıxarıblar. 

"Ölkə.az" xəbər verir ki, eramızdan əvvək 2300-2150-ci illərə aid olan bu mixi yazılı lövhələr, İraqın Tello şəhəri ərazisində yerləşən qədim Sümer şəhəri Girsuda tapılıb və Akad sülaləsinin mürəkkəb bürokratiyasını əks etdirməsi baxımından olduqca əhəmiyyətlidir.

Girsu şəhəri və Akadların yüksəlişi

E.ə. 4500-cü ildə müstəqil şəhər-dövlət kimi qurulan Girsu, xüsusilə e.ə. 2600-2200-cü illər arasında özünün ən parlaq dövrünü yaşayıb. Şəhər  Sümerin qəhrəmanlıq tanrısı Ningirsuya həsr olunmuş müqəddəs ərazi kimi tanınıb. E.ə. 2300-cü illərdə Mesopotamiya kralı Sarqon tərəfindən fəth edilən Girsu daha sonra paytaxtı bugünkü Bağdada yaxın yerləşən Akad şəhərindən adını alan Akad sülaləsinin tərkibinə daxil edilib.

Dövlət idarəçiliyinə dair əsl sübutlar

Araşdırmalara görə, lövhələr və 50 silindrik möhür kərpic divarlardan ibarət böyük dövlət arxivi binasında aşkarlanıb. Lövhələrdə mixi yazı simvolları ilə binaların planları, su kanallarının xəritələri, un, heyvan və tekstil kimi məhsulların alqı-satqısı və təhvil-təslimi dəqiqliklə qeyd olunub. Həmçinin, geniş miqyaslı ad və vəzifə siyahıları da yer alır.

Ən maraqlı məqam isə Akad dövlətinin qızıl, gümüş və hətta pivə kimi mayeləri ölçmək üçün standartlaşdırılmış ölçü sistemindən istifadə etməsidir. Bu, o dövr üçün mütəşəkkil idarəçiliyin göstəricisidir.

Qadınların cəmiyyətdəki rolu

"British Museum"un qədim Mesopotamiya kuratoru Sebastyen Rey bu lövhələrin dünyadakı ilk imperiyanın əsl idarəçilik göstəriciləri olduğunu vurğulayıb. O, tapıntıların orijinal kontekstdə - yerində qorunaraq üzə çıxarılmasının nadir bir hal olduğunu qeyd edib.

Lövhələrdə qadınların da cəmiyyətdə əhəmiyyətli mövqelərə sahib olduğu görünür. Reyin sözlərinə görə, əsasən kişilər tərəfindən idarə olunan bir cəmiyyətdə olsalar da, yüksək rütbəli qadın rahibələr mühüm vəzifələr daşıyırdılar. Bu, Sümerlərdə qadınların digər qədim cəmiyyətlərlə müqayisədə daha yüksək statusa malik olduğunu göstərir.

Etibarlı yazılı mənbələr azdır

Akad dövrünə aid əksər yazılı mənbələrin daha sonra hazırlanmış və etibarlılığı şübhə doğuran surətlər olduğu üçün bu tapıntılar dövrün idarə sisteminə dair çox əhəmiyyətli və nadir məlumatlar təqdim edir.

İraq Süleymaniyyə Amerika Universitetinin Arxeologiya və Mədəni İrs Mərkəzinin direktoru Tobin Hartnell də bu tabletlərin Akadların imperiyanı, xüsusilə də sərhəd şəhərlərini necə idarə etdiklərinə dair önəmli kontekst yaratdığını bildirib.

Tabletlər Bağdada göndəriləcək

Hazırda tabletlər yazıların tam şəkildə oxuna bilməsi üçün İngilis-Amerikalı konservator Dana Qudbern-Braunun nəzarəti altında təmizlənir. Tapıntılar "British Museum" ilə İraqın Dövlət Tarixi və İrs İdarəsi arasında imzalanmış "Girsu Layihəsi" çərçivəsində qorunur. Son mərhələdə isə bu əhəmiyyətli arxeoloji materiallar Bağdad şəhərində yerləşən İraq Muzeyinə təhvil veriləcək və burada daha dərindən təhlil ediləcək.(Qaynarinfo)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://olke.az
archiveBu xəbər 24 May 2025 19:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see576

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see238

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see225

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see213

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see209

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see203

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see202

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see196

“Real” Holand transferində “Barselona”nı qabaqlayır

07 Oktyabr 2026 23:56see190

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see189

Trampdan FTB yə biabırçı ittiham Həyat yoldaşımı və oğlumu...

08 Oktyabr 2026 00:00see180

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see178

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see177

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see174

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see173

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see171

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see171

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see170

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see169

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri