Şirvan sakininin əlində ov tüfənginin patronu partlayıb
Icma.az, Azxeber.com portalına istinadən məlumat verir.
Şirvan sakini əlində patronun partlaması nəticəsində sol əlindən ağır xəsarətlər alıb.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə Şirvan şəhərinin Hacıqəhrəmanlı qəsəbəsində qeydə alınıb.
Belə ki, qəsəbə sakini, 1998-ci il təvəllüdlü Həmdül Tahir oğlu Abdullazadənin özünün bildirdiyinə görə, onun əlində ov tüfənginin patronu partlayıb.
Nəticədə o, sol əlindən aldığı çoxsaylı ağır xəsarətlərlə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.
Onun əlində ixtisaslaşmış cərrahi əməliyyatın aparılması üçün paytaxt xəstəxanalarından birinə təxliyə olunması gözlənilir.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:Tüfəngin patronu əlində partladı, ağır yaralandı
25 Noyabr 2026 00:46
Qumbara Bəhruzun əlində partlayıb Yeni faktlar
31 Yanvar 2025 14:47
Şirvan kanalında batan Ağdaş sakininin meyiti tapıldı
13 Noyabr 2024 11:35
“Sanksiyalar Trampın əlində...”
18 Noyabr 2025 16:16
“Lerik”, yoxsa “Şirvan”?
29 May 2025 10:12
Baxış sayı:115
Bu xəbər 25 Noyabr 2026 03:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















