Icma.az
close
up
RU
4 trilyon avroya yaxın borc...

4 trilyon avroya yaxın borc...

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Fransa borc girdabında

Böyük ənənələri olan Fransa Emmanuel Makronun 2018-ci ildən başlayan prezidentlik erasının acı meyvələrini dadmaqdadır. Hazırda Yelisey Sarayı siyasi elitanın dəyişməsi ərəfəsindədir. Konstitusiyaya görə, ölkədə 2027-ci ildə keçiriləcək prezident seçkilərində E.Makronun namizədliyini irəli sürmək hüququ yoxdur. Beləliklə, onun prezidentlik postunu cəmi bir neçə aydan sonra tərk edəcəyi artıq müzakirə mövzusu deyil. Bu gün Fransada əsas müzakirə mövzusu E.Makron iqtidarının yarıtmaz siyasətinə görə Fransanın borc girdabına düşməsidir.

Vəziyyətdən çıxmaq üçün müxtəlif variantlar təklif olunsa da, tunelin sonunda işıq görünmür. Getdikcə artan borclar və xarici dövlət borclarına xidmət haqlarının yüksək səviyyəyə çatması büdcə vəsaitlərinin qəniminə çevrilib, desək, əsl həqiqəti ifadə etmiş olarıq. Bu isə öz növbəsində zəncirvari fəsadlar yaradır. Hökumət dövlət borcuna xidmət xərclərini qarşılamağın asan yolunu sərt qənaət rejiminə keçiddə, o cümlədən də sosial layihələri ixtisara salmaqda görür. Nəticədə isə xüsusilə də həssas təbəqələrdən olan insanların gəlir imkanları azalır və onların həyat şəraiti daha da pisləşir. Ölkəni bürüyən narazılıqlar bunun əyani ifadəsidir.

3,5 trilyon avronu ötən dövlət borcu - iqtisadiyyat üzərində ağır yük

Fransanın dövlət borcu 2026-cı ilin ikinci rübünün yekunlarına görə tarixi maksimumunu yeniləyərək 3,6 trilyon avroya yaxınlaşıb. Bu barədə sentyabrın 29-da ölkənin Milli Statistika və İqtisadi Araşdırmalar İnstitutu (Insee) məlumat yayıb. “2026-cı ilin ikinci rübünün sonunda Maastrixt meyarlarına əsasən hesablanan dövlət borcu 3 trilyon 595,5 milyard avro təşkil edib”, - deyə məlumatda bildirilir.

Bu göstərici cari ilin birinci rübü ilə müqayisədə 59,6 milyard avro artıb. Fransanın dövlət borcunun ölkənin ümumi daxili məhsuluna (ÜDM) nisbəti 119 faizə çatıb. Bu göstəriciyə görə Fransa Avropa İttifaqında (Aİ) Yunanıstan və İtaliyadan sonra üçüncü yerdə qərarlaşıb.

2026-cı ilin birinci rübündə Fransanın dövlət borcu tarixdə ilk dəfə 3,5 trilyon avronu ötüb. Bundan sonra Fransanın İqtisadiyyat və Maliyyə Nazirliyi 2026-2027-ci illərdə yeni antirekordların qeydə alınacağını proqnozlaşdırıb.

Eyni zamanda, 10 illik dövlət istiqrazları üzrə faizlərin sentyabr ayında 4,5 faizə yüksəlməsi hökumətin maliyyə manevr imkanlarını daha da məhdudlaşdırıb. Ölkədə 10 illik dövlət istiqrazları üzrə gəlirlilik 2008-ci il qlobal maliyyə böhranından bəri ən yüksək səviyyəyə çatıb. Halbuki COVID-19 pandemiyasından əvvəl ölkə hətta mənfi faizlərlə borclana bilirdi. Borca xidmət xərclərinin, yəni kreditorlara ödənilən faizlərin 65 milyard avronu keçəcəyi gözlənilir. Bu məbləğ dövlət büdcəsində təhsil sahəsinə ayrılan vəsaiti də üstələyir.

Vəziyyəti daha da mürəkkəbləşdirən amillərdən biri Fransanın qonşu ölkələrlə müqayisədə daha baha borclanmasıdır. Almaniya ilə Fransa arasında 10 illik dövlət istiqrazlarının gəlirliliyi üzrə fərq artıq təxminən bir faiz bəndinə çatıb. Bu isə maliyyə bazarlarında Almaniyaya inamın daha yüksək olduğunu, Fransanın borclarını qaytarmaq qabiliyyətinə dair narahatlıqların isə artdığını göstərir.

Baş nazir Sebastyen Lökornünün qarşısında çətin vəzifə dayanır. Maliyyə bazarlarının etimadını bərpa etmək üçün Fransa büdcə kəsirini azaltmalı, dövlət xərclərinə nəzarəti gücləndirməli və uzunmüddətli islahatlar həyata keçirməlidir. Lakin prezident seçkilərinə 8 ay qalması və hökumətin parlamentdə yetərli siyasi çoxluğa malik olmaması bu planların həyata keçirilməsini çətinləşdirir.

Hökumət artıq 2027-ci il büdcəsini balanslaşdırmaq üçün 30 milyard avro əlavə vəsait tapmalıdır. Borc üzrə faiz ödənişlərinin artması isə bu vəzifəni daha da ağırlaşdırır.

Fransanın vəziyyəti getdikcə borc içində olan ailənin vəziyyətinə bənzədilir: artan xərcləri ödəmək üçün daha bahalı kreditlərə müraciət etmək məcburiyyətində qalınır. Üstəlik, yanacağın qiymətinin yüksəlməsi də ölkənin maliyyə vəziyyətinə əlavə təzyiq yaradır.

Neftin bir barelinin qiymətinin 110 dollara qədər yüksəlməsi enerji idxalının dəyərini artıraraq dövlət maliyyəsinə əlavə yük gətirə bilər. Belə bir şəraitdə hökumətin əhalini dəstəkləmək üçün yeni maliyyə yardımları ayırması daha da çətinləşir.

Ən ciddi göstəricilərdən biri - alıcılıq qabiliyyətinin hədsiz dərəcədə aşağı düşməsi

Fransada alıcılıq qabiliyyətinin azalması son onilliklərin ən ciddi göstəricilərindən birinə çevrilib. 2025-ci ildə əhalinin alıcılıq qabiliyyəti 0,7 faiz azalıb və cari ildə də eyni səviyyədə geriləmə gözlənilir. Belə hal 1960-cı ildən bəri yalnız iki dəfə - 1983-1984-cü və 2010-2013-cü illərdə müşahidə olunub.

Fransa İqtisadiyyat İnstitutunun hesablamalarına görə, 2024-cü ildən bəri alıcılıq qabiliyyətinin azalması 4 nəfərlik ailə üçün real ifadədə orta hesabla 1200 avro itkiyə səbəb olub. Tək yaşayan şəxs üçün isə bu itki təxminən 600 avro təşkil edir.

Mütəxəssislər vəziyyətin əsas səbəbləri sırasında inflyasiyanı və real əməkhaqlarının azalmasını göstərirlər. 2019-cu ildən bəri qiymətlər 21,3 faiz artdığı halda, əməkhaqları 18,7 faiz yüksəlib. Eyni zamanda, işsizlik səviyyəsinin 2023-cü ilin əvvəlindəki 7,2 faizdən 8,3 faizə yüksəlməsi ailələrin gəlirlərinə əlavə təzyiq yaradıb.

Alıcılıq qabiliyyətinin azalması xüsusilə orta gəlirli ailələrə təsir göstərir. 2019-2024-cü illərdə Milli Statistika və İqtisadi Araşdırmalar İnstitutunun araşdırdığı 343 peşədən 222-də əməkhaqları real ifadədə azalıb. Eyni zamanda, bahalaşma səbəbindən fransızlar endirimlərə və daha ucuz mağaza markalarına üstünlük verməyə başlayıblar.

Artan etirazlar dalğası

Ölkədə yaşanan kəskin malliyyə qıtlığı və hökumətin sərt qənaət rejiminə keçid etməsi fonunda Fransada etirazlar dalğası genişlənir. Son vaxtlaradək ölkədə əsasən həssas qruplardan olan təbəqələr küçələrdə etirazlara çıxırdılar. Sonradan digər qonşu ölkələrə də sirayət edən “Sarı jiletlilər” hərəkatı, “peyin inqilabı”, pensiyaçıların etirazları və s. buna misalıdır. Son vaxtlarda etirazçılar sırasına məmurlar, hətta asayiş keşikçiləri də qoşulurlar ki, bu da vəziyyətin dözülməz dərəcədə ağır olmasının əlamətidir. 

O cümlədən son günlərdə Fransada lisey şagirdləri siniflərdə sıxlığa, müəllim çatışmazlığına, təhsil və tibbi-sosial heyətin azlığına etiraz edirlər. Bu qəbildən olan etirazlar xüsusilə də İl-de-Frans bölgəsində genişlənib. Bir neçə təhsil müəssisəsində girişlərin bağlanması halları qeydə alınıb. Hadisələrdən sonra hökumət təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyini açıqlayıb.

Val-de-Marn departamentinin Kretey şəhərində başlayan hərəkat Paris ətrafındakı bir sıra yaşayış məntəqələrinə də yayılıb. Fransanın bir neçə mediasının məlumatına görə, Sena-Sen-Deni departamentində Sen-Deni, Obervilye, Sen-Uen və Blan-Mesnil şəhərlərində, həmçinin Val-de-Marn departamentində Limey-Brevann şəhərində də şagird aksiyaları keçirilib. Lisey şagirdləri siniflərdə həddindən artıq sıxlıqdan, müəllim çatışmazlığından və onların əvəzlənməsində yaranan çətinliklərdən, eləcə də təhsil və tibbi-sosial personalın azlığından şikayətlənirlər. Bəzi şagirdlər təhsil müəssisələrinin binalarının vəziyyətinin pisləşdiyini, sanitar problemləri və sinif otaqlarında yüksək temperaturu da qeyd edirlər. Verilən məlumatlara görə, bəzi siniflərdə 35-37 şagird təhsil alır.

Müəllim çatışmazlığı yeni dərs ilinin əvvəlində də narahatlıq doğurub. “Le Monde” qəzetinin yaydığı məlumata görə, sentyabr ayında iki həmkarlar ittifaqının araşdırmasına əsasən, sorğuda iştirak edən dövlət kollec və liseylərinin yarıdan çoxunda dərslərin ilk həftəsində ən azı bir müəllim çatışmayıb.

Lisey Şagirdləri Həmkarlar İttifaqı Birliyi dövlət sektorunda keçirilən aksiyalardan yararlanaraq, hərəkatı genişləndirmək və daha çox təhsil müəssisəsinin girişini bağlamaq niyyətindədir. “Hökumət petisiyaları və nümayişləri başa düşmür. Ona görə ümid edirik ki, bu dəfə bizi anlayacaq və real problemlə məşğul olmağın lazım olduğunu dərk edəcək”, - deyə həmkarlar ittifaqının nümayəndəsi bildirib.

USL-in prezidenti Riyad Rani də təhsil müəssisələrində personal çatışmazlığını tənqid edib. O, xüsusilə təhsil üzrə köməkçilərin, tibb bacılarının, sosial işçilərin və rəhbər heyətin çatışmadığını vurğulayıb.

Bununla yanaşı, aksiyalar insidentlərlə də müşayiət olunub. Ötən həftə təxminən on liseydə zorakılıq və ya əmlaka ziyan vurulması halları qeydə alınıb. Bir lisey direktoru yaralanıb, 31 nəfər saxlanılıb. Bəzi təhsil müəssisələrinin yaxınlığında fişəngatanlardan istifadə və vandalizm halları da qeydə alınıb. Bu insidentlərdən sonra hökumət liseylərin ətrafında təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə qərar verib.

Hərəkat siyasi mübahisələrə də səbəb olub. Eduard Jefre “Əyilməz Fransa” partiyasının bəzi seçilmiş nümayəndələrini lisey blokadalarını təşviq etməkdə ittiham edib və bunu “gənclərin siyasi məqsədlərlə alətə çevrilməsi” kimi qiymətləndirib. LFI deputatı Lui Buayard isə öz növbəsində lisey şagirdlərinə dəstəyini ifadə edərək, aksiyaların genişləndirilməsinə çağırıb və təhsil müəssisələri arasında resurs imkanları baxımından mövcud bərabərsizliyə diqqət çəkib.

Mübariz FEYİZLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 01 Oktyabr 2026 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri