“Qayınana” filmindəki “Məşədi Kazım” kim idi? KONKRET
Icma.az, Konkret.az saytına istinadən bildirir.
Azərbaycan kinosunun ən sevilən komediyalarından olan “Qayınana” filmində Nəsibə Zeynalovanın canlandırdığı “Cənnət xala”nın evində divardan asılan və hərdən sərt baxışları ilə diqqət çəkən “Məşədi Kazım”ın kim olduğu bilinib.
KONKRET.az xəbər verir ki, filmdə “Məşədi Kazım”ın portreti Azərbaycanın Əməkdar artisti, teatr və kino aktyoru Məmməd Sadıqovun fotoşəklidir.
Məmməd Sadıqov “Qayınana” filmində canlı şəkildə çəkilməyib, onun fotoşəklindən istifadə olunub. Həmin şəkil müxtəlif rakurslardan çəkilərək filmin ayrı-ayrı epizodlarına uyğunlaşdırılıb. Beləliklə, “Məşədi Kazım”ın gah əsəbi, gah da gülümsəyən baxışları ekranda xüsusi effekt yaradıb.
Məmməd Sadıqov 2 may 1913-cü ildə Bakıda anadan olub. Sənət fəaliyyətinə 1930-cu illərin əvvəllərində Bakı İşçi Teatrında başlayıb. 1933-cü ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında fəaliyyət göstərib.
Aktyor Cəfər Cabbarlının “1905-ci ildə” pyesində “Karapet” obrazı ilə teatr səhnəsində diqqət çəkib. Sonrakı illərdə 50-yə yaxın film və tamaşada müxtəlif obrazlar yaradıb. Onun “Bəxtiyar”, “Bizim Cəbiş müəllim”, “Dəli Kür”, “O olmasın, bu olsun”, “Sehrli xalat”, “Qanun naminə” kimi ekran əsərlərindəki çıxışları da tamaşaçıların yaddaşında qalıb.
Qeyd edək ki, Hüseyn Seyidzadənin 1978-ci ildə ekranlaşdırdığı “Qayınana” filmi Məcid Şamxalovun eyniadlı əsəri əsasında çəkilib. Filmin ssenari müəllifləri Əjdər İbrahimov və Marqarita Maleyeva, quruluşçu rəssamı isə Nadir Zeynalovdur. Ekran əsərində Nəsibə Zeynalova, Fuad Poladov, İlham Namiq Kamal, İnarə Quliyeva, Tanilə Əhmərova və digər tanınmış aktyorlar çəkiliblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 15 Noyabr 2026 18:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















