Yəməndə qoşunlar geri çəkilir: Husilərin hücumları intensivləşib
Icma.az, Azxeber.com portalına istinadən məlumat verir.
Yəmənin beynəlxalq səviyyədə tanınan hökumətinə tabe olan qüvvələr müvəqqəti paytaxt Ədənin təhlükəsizliyini təmin etmək məqsədilə Bab əl-Məndəb boğazı və Zübab rayonunda yerləşən hərbi bölmələrinin dislokasiyasını dəyişiblər.
AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, Yəmənin Cənub Qüvvələri komandanlığının bəyanatına əsasən, qoşunların geri çəkilməsi qüvvələrin yenidən təşkili və digər istiqamətlərdə mövcudluğunun gücləndirilməsi məqsədilə həyata keçirilib.
Telekanalın məlumatına görə, qüvvələrin yenidən yerləşdirilməsi üsyançı "Ənsar Allah" hərəkatının (husilərin) hökumət qoşunlarının Ləhic vilayətindəki mövqelərinə təzyiqi artırdığı bir vaxta təsadüf edir.
Husilərin nəzarətində olan SABA informasiya agentliyi isə hərbi mənbəyə istinadən hökumətyönlü qüvvələrin şiddətli toqquşmalardan sonra itkilər verərək Ədən istiqamətində geri çəkildiyini iddia edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 15 Noyabr 2026 18:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















