Icma.az
close
up
RU
40 dan çox həkim Şamaxıya gedir

40 dan çox həkim Şamaxıya gedir

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

TƏBİB-in “Mentor Klinika” layihəsi çərçivəsində Bakıda fəaliyyət göstərən 40-dan çox həkim bu ay növbəlilik əsasında Şamaxı rayonunda xidmət göstərəcək.

Bu barədə “Cebheinfo.az”-a TƏBİB-dən məlumat daxil olub.

Bildirilib ki, regionlarda əhalinin keyfiyyətli tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi, ölkə üzrə səhiyyə sistemində balanslı inkişafın təşviqi, bölgə xəstəxanalarının kliniki baxımdan gücləndirilməsi və nəticə etibarilə Bakı şəhərinə olan pasiyent axınının azaldılması istiqamətində TƏBİB tərəfindən bu il də zəruri addımların atılması planlaşdırılır.

Ötən il icrasına başlanılan “Mentor Klinika” layihəsi də bu məqsədə xidmət edir. Region əhalisinin ixtisaslaşdırılmış tibbi xidmətə çıxışının genişləndirilməsi, səhiyyə resurslarından səmərəli istifadənin təmin edilməsi və tibb müəssisələri arasında koordinasiyanın gücləndirilməsini nəzərdə tutan layihə 2026-cı ildə də davam etdiriləcək. 

Layihə çərçivəsində bu ilin yanvar ayında Respublika Klinik Xəstəxanasının 40-dan çox həkimi Şamaxı Rayon Mərkəzi Xəstəxanasında fəaliyyət göstərəcək. 

Həkimlər tibb müəssisəsində kadr çatışmazlığı müşahidə olunan travmatoloq-ortoped, cərrah, neonatoloq, anestezioloq-reanimatoloq, şüa-diaqnostikası üzrə həkim, terapevt, mama-ginekoloq və d. ixtisasları əhatə edəcək.

Hər həftə təxminən 10 həkim öz ixtisası üzrə tibbi xidmət göstərəcək, bilik və bacarıqlarını bölgə xəstəxanalarında çalışan tibb personalı ilə bölüşəcək, xidmət keyfiyyətinin artırılmasına və region əhalisinin sağlamlığına töhfə verəcək.

Qeyd edək ki, “Mentor Klinika” layihəsinin icrasına ötən ilin iyun ayından başlanılıb. Layihə çərçivəsində 2025-ci ilin dekabr ayında Şamaxı Rayon İcra Hakimiyyəti, Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi və Şamaxı Rayon Mərkəzi Xəstəxanası arasında birgə əməkdaşlığa dair “Əməkdaşlıq Memorandumu” imzalanıb.

Bu sənədin imzalanması ilə Respublika Klinik Xəstəxanasının 60 həkimi Şamaxı Rayon Mərkəzi Xəstəxanasında növbəlilik əsasında 1 il ərzində fəaliyyət göstərməsi nəzərdə tutulub.

Pilot layihə çərçivəsində ezam olunan həkimlərin sosial rifahının və yaşayış yerinin təmin olunması nəzərdə tutulub. Mənzil təminatı Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən həyata keçiriləcək. 

Nigar
“Cebheinfo.az”

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 06 Yanvar 2026 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see349

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see280

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see267

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see266

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see264

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see255

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see254

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see253

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see250

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see247

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see235

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see233

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see226

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see224

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see222

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see219

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see201

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see198

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see196

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri