İşə gedərkən itlərin hücumuna məruz qaldılar (Video)
Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Səhər işə gedən sakin bir neçə itin hücumuna məruz qalır. İtlər onu dövrəyə alaraq dişləyirlər. Sakin itlərdən uzaqlaşmağa çalışır və çətinliklə də olsa, xilas ola bilir.
Milli.Az "Xəzər" TV-yə istinadən xəbər verir ki, hadisə ötən gün səhər Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən "Qobu Park" yaşayış massivində baş verib. Görüntülər binalardan birinin yuxarı mərtəbəsindən çəkilib.
Sakinlərin sözlərinə görə, həmin səhər binaların həyətində ümumilikdə beş nəfəri it dişləyib. Zərərçəkənlər arasında Elgün Adıgözəlov və Ruslan İsmayılov da var.
Onların sözlərinə görə, hadisədən sonra Kliniki Tibbi Mərkəzə aparılıblar. Orada müayinə olunublar və onlara vaksin vurulub. Bədənlərinin müxtəlif nahiyələrindən xəsarət alan sakinlər keçirdikləri qorxunu hələ də unuda bilmədiklərini deyirlər.
Sakinlər bildirirlər ki, bu, massivdə baş verən ilk belə hadisə deyil. Onların sözlərinə görə, ərazidə sahibsiz itlərin sayı artır. Sakinlər xüsusilə səhər tezdən və axşam saatlarında həyətə çıxmağa ehtiyat etdiklərini deyirlər. Uşaqlarını məktəbə göndərən valideynlər də narahatdırlar. Sakinlərin sözlərinə görə, məsələ ilə bağlı müxtəlif qurumlara müraciət etsələr də, nəticə olmayıb.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 11 Noyabr 2026 00:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















