Kuşner: Əbu Dabidə Ukrayna üzrə danışıqların ilk günü ümidvericidir
Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.
ABŞ, Ukrayna və Rusiyanın Əbu-Dabidəki (BƏƏ) danışıqlarının ilk günü çərçivəsindəki bugünkü konstruktiv müzakirələr ümidvericidir.
Bu barədə ABŞ Prezidentinin xüsusi elçisi Cared Kuşner danışıqlarda iştirakının yekunlarına dair "X" sosial şəbəkəsində yazıb.
"Prezident Trampın tapşırığına əsasən, biz bu dağıdıcı müharibəyə (RF və Ukrayna arasında-red.) son qoymaq, eləcə də suveren, təhlükəsiz Ukrayna və bütün Avropada davamlı sülh üçün zəruri olan təhlükəsizlik mexanizmlərini yaratmaq üzərində işləyirik", - o davam edib.
Kuşnerin sözlərinə görə, son iki ay ərzində Amerika tərəfi Rusiya və Ukrayna liderləri ilə məhsuldar müzakirələr aparıb və münaqişənin hər iki tərəf üçün məqbul şərtlərlə tezliklə nizamlanmasına köklənib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 11 Noyabr 2026 00:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















