Icma.az
close
up
RU
40 manata aldığı boş kompüter korpusundan sərvət çıxdı FOTO

40 manata aldığı boş kompüter korpusundan sərvət çıxdı FOTO

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Avropadakı bir onlayn auksion saytından cəmi 20 avroya (təxminən 40 manata ) "boş" kompüter korpusu alan bir istifadəçi, məhsul əlində çatdıqdan sonra həyatının ən böyük sürprizini yaşayıb. Korpusun içindən üst səviyyə komponentlərlə təchiz olunmuş, təxminən 12 400 manat dəyərində tam funksional sistem çıxıb.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, ikinci əl məhsullar arasında gəzən istifadəçi, Fractal Design firmasının iri ölçülü bir kompüter korpusu elanını görüb. Onun yalnız "boş korpus" olduğu qeyd edilmişdi. İstədiyi ölçüdə korpus tapdığına sevinən alıcı, tərəddüd etmədən təklifi qəbul edir və 20 avroya məhsulu satın alır.

Məhsul gəldikdə ilk baxışda hər şey normal görünürdü. Ancaq korpusu açdıqda alıcı tamamilə başqa mənzərə ilə qarşılaşır - içəridə yüksək performanslı oyunları və peşəkar proqramları işlədə biləcək tam avadanlıqlı sistem quraşdırılmışdı.

Sistemin içindən çıxan komponentlər arasında:

AMD markalı yüksək səviyyəli prosessor,

256 GB RAM,

güclü ekran kartı,

sürətli yaddaş vahidi,

peşəkar səviyyəli maye soyutma sistemi olub.

Bütün bu hissələr bir araya gətirilərək peşəkar iş stansiyası şəklində hazırlanıbmış.

Mütəxəssislər bu sistemin yalnız bir neçə il əvvəl, 2024-cü ilin sonunda təxminən 8 min dollara satıldığını bildirirlər. Hazırkı məzənnə və avadanlıq qiymətləri nəzərə alındığında, kompüterin ümumi dəyəri 12 400 manatı keçir.

Məsələn, sistemdəki prosessorun çıxış qiyməti təxminən 1.400 avro, ekran kartının isə 1.089 avro olub. Satın alınan korpusun özü isə normalda təxminən 200 avroya satılır.

Bu qədər dəyərli sistemin sadəcə "boş korpus" kimi siyahıya salınması isə ən çox maraq doğuran məqam olub. Dəqiq səbəb açıqlanmasa da, ehtimal olunur ki, bu avadanlıq ya hər hansı bir şirkətin inventarında unudulub, ya da ləğv edilən layihədən sonra utilizasiya üçün ayrılıb. Auksion saytlarında satıcıların məhsullar barədə tam məlumata malik olmaması isə bəzən bu cür gözlənilməz tapıntılara yol aça bilir.
Lalə Qüdrətova
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:70
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 15 Sentyabr 2025 07:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see642

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see274

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see247

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see231

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see217

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see196

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see193

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see179

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see155

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see147

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see143

“Qarabağ”ın qapıçısı Çempionlar Liqasında ilk “10 luq”da yer alıb

01 Fevral 2026 08:37see141

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see141

İsrailin Qəzzanı tamamilə ələ keçirmək planı qüvvədədir ŞƏRH

01 Fevral 2026 09:35see140

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see140

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri