40 min robotdan istifadə edəcəklər
Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Yaponiyanın ən böyük avtomobil istehsalı korporasiyası olan “Toyota Motor”un zavodlarında təxminən 40 min humanoid-robotun “əməyindən” istifadə olunacaq.
Gununsesi.info “Nikkei” nəşrinə istinadən xəbər verir ki, bu robotlar insanlarla birlikdə müxtəlif əməliyyatları icra edəcəklər.
Bildirilir ki, bu qurğular 2028-ci ildən etibarən konsernin müəssisələrinin yenilənməsi və yenidən qurulması çərçivəsində istehsal proseslərinə daxil ediləcək. Zavodların modernləşdirilməsinə ildə 1 trilyon yen (təxminən 10,8 milyard AZN) ayrılacaq.
Qeyd edək ki, “Toyota Motor”un dünya üzrə 60 zavodu fəaliyyət göstərir. Bu zavodlarda 18 min yüksəkixtisaslı kadr çalışır. Robotların tətbiqi bu personaldan istifadənin səmərəliliyini artırmağa yönəlib. Gələcəkdə isə “Toyota Motor” hətta robotları yeni işə götürülmüş personal üçün təlimatçı kimi istifadə etməyi planlaşdırır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 19 Sentyabr 2026 13:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















