40 nəfər nəzarətsiz ərazidə boğulub Həyəcan təbili
Icma.az, Bakupost portalına istinadən məlumat verir.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin nəzarət etdiyi çimərliklərdə cari ildə çimərlik mövsümü başlayandan bu günə kimi ölüm faktı qeydə alınmayıb.
Bu barədə “Bakupost”a FHN-in mətbuat xidmətindən məlumat verilib.
Ətraflı
Bildirilib ki, xidmətin dalğıc-xilasediciləri tərəfindən qeyd olunan dövr ərzində sudaboğulma təhlükəsi ilə üzləşən 55 nəfər xilas edilib.
Eyni zamanda, qeyd olunub ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən nəzarətsiz qeyri-çimərlik ərazilərdə suda batan 40 nəfərin meyiti suda tapılıb və çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
FHN bir daha əhaliyə müraciət edərək, çimərlik kimi nəzərdə tutulmayan nəzarətsiz su hövzələrindən istifadə etməməyə çağırır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 03 Avqust 2026 20:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















