Icma.az
close
up
RU
40 yaşdan sonra idmanla məşğul olan şəxslərin kardio müayinə keçməsi vacibdir Həkim XƏBƏRDARLIQ ETDİ

40 yaşdan sonra idmanla məşğul olan şəxslərin kardio müayinə keçməsi vacibdir Həkim XƏBƏRDARLIQ ETDİ

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“49 yaşında sağlam həyat tərzi keçirən bir şəxsin qəfil ürək tutmasından vəfat etməsi çox vaxt gizli ürək-damar xəstəlikləri ilə bağlı olur”. 
Bu fikirləri Demokrat.az-a açıqlamasında kardioloq Elçin Məmmədov deyib.
O əlavə edib ki,  bir çox insanlarda ateroskleroz yəni damarlarda xolesterin yığıntıları uzun illər simptomsuz inkişaf edir:
“Bu halda damarlarda daralma və ya zəifləmə müşahidə oluna bilər, amma gündəlik həyatda ciddi əlamət verməz. İdman zamanı orqanizmin oksigen tələbatı artır, bu isə ürəyin daha çox işləməsinə səbəb olur. Əgər koronar damarlardan biri qəfil trombla tutulursa, miokard infarktı baş verə bilər. Bəzən belə hallar heç bir xəbərdarlıq simptomu vermədən qəfil ölümə gətirib çıxarır. Digər səbəblərdən biri də ürək əzələsində ritm pozuntularıdır. Stress, genetik faktorlar və ailədə erkən yaşda ürək xəstəliklərinin olması da riskləri artırır. Sağlam həyat tərzi yaşamaq riski azaltsa da, tamamilə sıfırlamır. Bəzən idman zalında ağır yüklənmə, xüsusilə kifayət qədər tibbi müayinədən keçmədən, ürək damar sisteminə əlavə yük gətirir. Belə hallarda gizli qüsurlar üzə çıxır. Ona görə də 40 yaşdan sonra idmanla məşğul olan şəxslərin mütləq kardio müayinə keçməsi vacibdir. Qan təzyiqi, şəkər və xolesterin səviyyəsinin nəzarətdə saxlanılması da önəmli faktordur. Təəssüf ki, qəfil ürək ölümü sağlam görünən insanlarda belə baş verə bilər və bu, kardiologiyada ən ciddi problemlərdən biridir”.
Leyla Turan 
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:41
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 29 Sentyabr 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya və İrana gedən siyasətçi həbs edildi

28 Sentyabr 2025 00:51see169

İnstaqramı döndəriblər ginekoloji stola

27 Sentyabr 2025 21:43see154

Məşhur atlet boksçudan ayrıldı

28 Sentyabr 2025 07:12see142

Onkoloji xəstəlikdən əziyyət çəkənlər günlərdir dərman ala bilmirlər

28 Sentyabr 2025 00:25see138

AFB Bank bayrağımızı təhrif edib FOTO

27 Sentyabr 2025 22:49see138

Xankəndiyə döyüşərək girən, Qarabağ Universitetində təhsil alan İlqar: Elə burada da evlənəcəm...

27 Sentyabr 2025 23:30see138

Skuterdə sürəti aşdı, başı svetafora girdi

27 Sentyabr 2025 22:51see135

Xaçmaz Bakı marşrut avtobusunda həyacanlı ANLAR Sərnişinin ürəyi... FOTO

28 Sentyabr 2025 16:39see135

III MDB Oyunlarında üzgüçülük yarışının medalçılar bəlli olub

28 Sentyabr 2025 10:50see134

İspaniya La Liqası: Madrid derbisində darmadağın

28 Sentyabr 2025 01:41see134

Turan Tovuz dan 3 dəqiqəyə iki qol Yenilənir

28 Sentyabr 2025 17:08see131

Cabir İmanovun məşq yoldaşı: İdman edəndə ölməyib... zala girdi...

29 Sentyabr 2025 16:05see125

“Konstitusiya və Suverenlik İli” çərçivəsində elan olunmuş qrant müsabiqəsinin qalibləri ilə görüş keçirilib

28 Sentyabr 2025 12:04see124

Xameneidən Hizbullah a mesaj var Laricani çatdırdı

28 Sentyabr 2025 16:41see124

Sarıköklü südün faydaları

28 Sentyabr 2025 07:01see124

İdman zalında vəfat edən Cabir İmanov kimdir? DOSYE

29 Sentyabr 2025 14:33see123

Liqa 1: Olimpik Lion dan minimal hesablı qələbə

29 Sentyabr 2025 01:34see122

Ukraynanın bir çox bölgəsi Rusiya PUA larının hücumuna məruz qalıb

28 Sentyabr 2025 03:25see121

Xabi Alonso “Atletiko” məğlubiyyətini şərh etdi: “Pis oyun idi”

27 Sentyabr 2025 23:33see119

Telefon Sahiblərinə Təcili Gizli Xəbərdarlıq

28 Sentyabr 2025 08:42see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri