Icma.az
close
up
RU
Gecələr yemək yeyənlər OXUSUN Həkim XƏBƏRDARLIQ etdi

Gecələr yemək yeyənlər OXUSUN Həkim XƏBƏRDARLIQ etdi

Icma.az, Saglamolun portalına istinadən məlumat verir.

Uzun və sağlam yaşamaq üçün insanlar yediklərinə fikir verməlidir.

Yaşamaq üçün yemək lazımdır, ancaq görəsən düzgün yeyirikmi? Dövrün qlobal probleminə çevrilmiş piylənmə və mədə-bağırsaq problemləri düzgün qidalanmamaq səbəbindən yaranır. Xüsusilə gecə saatlarında yeməyi vərdiş halına gətirənlər var.

Gecə yemək yemə vərdişi ilk olaraq 1955-ci ildə amerikalı psixiatr tərəfindən “həddən artıq yemə problemi” kateqoriyasında təqdim olunub. Bu məsələ ilə bağlı aparılan araşdırmalardan məlum olub ki, İngiltərədə 100 nəfərdən 2-si gecə yemək yemə sindromuna tutulub.

Məşhur həkim dietoloq-nutrioloq Leyla Zülfüqarlı Metbuat.az-a gecə yeməyin ziyanlarından danışıb. O qeyd edib ki, gecə saatlarından etibarən metobolizma aparatımızın sürəti ləngidiyi üçün yeyilən qidaların həzmi çətinləşir. Nəticə etibarı ilə həmin qidalardan qlikogen ehtiyatı toplanır, bu ehtiyat da gələcəkdə yağ depolarına çevrilə bilər:

“Gecə yeyilən yeməklər həmçinin, öd kisəsində durğunluq, öd kisəsi problemləri, qastritin bir çox formalarına, bağırsaq xəstəliklərinə səbəb ola bilir”.

Adətən axşamlar yeyib yatmağa üstünlük veririk, ancaq həkim deyir ki, bu insan orqanizmi üçün çox zərərəlidir. Əhali arasında sıx rast gəlinən reflüks xəstəliyinin yaranma səbəbi də məhz yeyən kimi uzanmaqdır. Hətta, qida borusunun yırtıqları, diafraqmal yırtıqlar və s. kimi qastroentroloji problemlər də bu səbəbdən yaranır.

“Axşam 18:00, 19:00-dan sonra yemək olmaz”- məsələsinə də toxununan dietoloq Leyla Zülfüqarlı bunun mif olduğunu deyib:

“İnsanlar yatmazdan 3 saat əvvəl yeməklərini yeyib bitirməlidir. Nəzərə alsaq ki, əhali işləyir və evə gec saatlarda çatırlar. Məsələn, əgər siz 00:00-da yatırsınızsa, 21:00-a qədər yeməyinizi yeyib bitirə bilərsiniz. Xüsusilə, qlisemik indeksi aşağı olan qidalara üstünlük verməyiniz məsləhətdir".

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:274
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see348

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see332

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see332

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see312

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see309

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see295

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see258

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see252

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see241

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see227

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see218

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see206

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see201

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see199

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see194

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see192

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see192

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see177

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri