Icma.az
close
up
RU
40 yaşdan yuxarı kişilərin NƏZƏRİNƏ

40 yaşdan yuxarı kişilərin NƏZƏRİNƏ

Icma.az, Pravda.az portalına istinadən məlumat yayır.

Yaşlanmaq təbiətin qanunudur və həm qadınlara, həm də kişilərə bir çox cəhətdən təsir edir. Yaşın irəliləməsi ilə dəyişən fiziki xüsusiyyətlər emosional dəyişikliklərə də səbəb olur. 40 yaşlardakı kişilərdə fiziki dəyişikliklərlə yanaşı, sağlamlıq problemləri mental sağlamlığa da təsir edir. Saçlarda və bədən tüklərində ağarma, seyrəlmə, xüsusilə qarın ətrafında yağlanma, çəki artışı, enerji itkisi kimi fiziki dəyişikliklər orta yaş sendromuna səbəb olur.

40 yaşlarda azalmağa başlayan testosteron səviyyəsi bu yaşların sonuna qədər böyük bir azalma yaşamadığından kişidə cinsi funksiya pozulmalarına səbəb olmur. Lakin yaşla bağlı fiziki dəyişikliklər yaşayan kişi stressə girə bilər. Mental olaraq çöküş hissi keçirən kişi cinsi həyatında sinir və stress səbəbiylə funksional pozulmalar yaşayabilir.

Pravda.az 40 yaş sendromu ilə bağlı məlumatları təqdim edir:

40 yaş sendromu xalq arasında "andropoz" olaraq bilinən androjen çatışmazlığıdır. Androjendəki azalma 40 yaşlara çatan kişilərin fiziki görünümlərində xoşlanmadığı dəyişikliklərin başlaması səbəbindən "40 yaş sendromu"na çevrilə bilər.

Kişilərdə testosteron azalması yalnız cinsi funksiya pozulmasına səbəb olmaz, həm də qan hüceyrələri, ürək funksiyaları, beyin sağlamlığı, əzələ gücü kimi metabolizma funksiyalarını da təsir edir.

Kişilərdə 40 yaş sendromu əlamətləri

Hormon dəyişiklikləri ruh halı dəyişikliklərini də təsir edir. Orta yaş sendromu kişilərdə əksər hallarda 40 yaşların ortasında özünü göstərir.

Əzələ kütləsində və enerji azalması androjen azalması ilə meydana çıxır. 40 yaşlardakı kişilər yenə androjen azalmasına görə yaranan duyğu pozulmaları, əsəbilik, narahatlıq kimi bəzi psixoloji problemlərlə qarşılaşa bilərlər.

40 yaş kişi psixologiyası

Depressiv ruh halı və nəyəsə olan marağın itməsi də androjenin azalması ilə başlayır. Kırk yaş sendromu yaşayan kişilərdə özünə inamsızlıq və sevdiyi fəaliyyətlərə qarşı belə maraqsızlıq yarana bilər. Gənclik dövründəki enerjisini və görünüşünü itirən kişi depressiv bir vəziyyətə gələ bilər və davranışlarında dəyişikliklər müşahidə oluna bilər.

Gənclik dövründəki görünüşünü itirdiyini fərq edən kişilər bunu qəbul etmək istəməyə bilər və fiziki görünüşündə dəyişikliklər etmə ehtiyacı hiss edərlər. Baxımına və geyimə daha çox diqqət verə bilər, yeni xobbilər, yeni saç stili, yeni dost çevrəsi kimi özünü daha gənc hiss etdirəcək dəyişikliklərə yönələ bilərlər. Gənclik dövrünə nisbətən enerjisini və əzələ gücünü itirməyə başlayan 40 yaşlarındakı kişilər hər sahədə özünü, gücünü və enerjisini sübut etməyə çalışırlar.

40 yaş evli kişi psixologiyası

Orta yaş sendromuna düşən kişilər həyat yoldaşlarından daha çox maraq gözləməyə başlaya bilər. Gördüyü işlərin daha çox təqdir edilməsi, xarici görünüşünə gözəl sözlər deyilməsi qadınlar kimi kişiləri də xoşbəxt edər. Bu dövrdə həyat yoldaşlarından gələn hər müsbət davranış və yaxınlıq orta yaş sendromu keçirən kişini psixoloji olaraq rahatladar.

Həyat yoldaşından gözlənilən marağı görə bilməyən 40 yaşlardakı kişilər əsəbi, məyus, ümidsiz, gərgin və hər an mübahisəyə hazır bir psixologiyaya sahib ola bilər. Marağı başqa insanlarda və fərqli mühitlərdə axtaran kişi özünü evdən uzaqlaşdırar və evlilikdə ciddi problemlərə səbəb ola bilər.

Kişilərdə 40 yaş sendromu nə qədər davam edir?

40 yaş sendromu fiziki görünüşdə dəyişikliklərin başlaması ilə ortaya çıxır. Buna görə də, "40 yaş sendromu nə qədər davam edir?" sualına dəqiq bir cavab yoxdur, depresiyanın başlanğıcı və bitiş müddəti hər bir insana görə fərqli ola bilər. Ümumiyyətlə, 45 yaşda başlayan depressiya 50 yaşa qədər davam edə bilər. 40 yaş sendromunu sağlam bir şəkildə aşmaq üçün öncə vəziyyət qəbul edilməlidir. Bu dövrdə mütəxəssis yardımı almaq çox vacibdir. Hər hansı bir narahatlıqda olduğu kimi bu cür yaş sendromlarında da psixoloji dəstək almaq çox normaldır. Həm mental sağlamlıq baxımından, həm də şəxsin sosial həyatının ən az dərəcədə təsirlənməsi üçün psixoloji dəstək almaq, daha sağlam və keyfiyyətli bir həyat üçün önəmlidir.

Əminə Bayramova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:35
embedMənbə:https://pravda.az
archiveBu xəbər 03 Mart 2025 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan İrana səsləndi, Poqosyan narahat oldu Fikirləşin, niyə?

02 İyun 2025 04:14see175

Naxçıvanda aksiya çərçivəsində 300 dən çox uşaq tibbi müayinədən keçib

02 İyun 2025 00:25see139

Bu şəxs Polşanın yeni prezidenti oldu

02 İyun 2025 07:11see136

Saç yuyarkən suyun temperaturuna diqqət edin mütəxəssisdən vacib tövsiyələr

02 İyun 2025 05:06see136

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see135

Cəzaçəkmə müəssisəsinin damı uçdu, məhkum xəsarət aldı

01 İyun 2025 22:14see134

Gördük o “ekspertlərinizi”, 5 günə 1 sualı düz yaza bilməyiblər DİM ə ETİRAZ

02 İyun 2025 04:16see133

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see132

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see130

Cənubi Koreyada seçkilərə şok qərar: namizədlərdən biri geri çəkildi

01 İyun 2025 19:55see130

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see129

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see128

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see128

“Çox sevdiyim bir “uşağ”ım var” Xanımından iş adamına

01 İyun 2025 23:26see126

Havalar isinir, amma qrip təhlükəsi artır nə etməli?

02 İyun 2025 01:01see125

Yarış üçün hazırlanmış Super Mustanq nümayiş olundu

02 İyun 2025 05:31see123

Alça yedikdən sonra bunlara diqqət edin!

02 İyun 2025 02:03see121

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see121

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see116

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri