Icma.az
close
up
RU
40 yaşına çatmış qadınlar oxusun! 40 yaş krizi

40 yaşına çatmış qadınlar oxusun! 40 yaş krizi

Icma.az, Saglamolun portalına istinadən məlumat yayır.

Qəbul etmək istəsələr də, istəməsələr də 35-45 yaş arasında qadınlar “40 yaş sindromu”nu yaşayırlar. Bu yaşlarda indiyə qədər etdikləri və edə bilmədiklərini gözdən keçirib peşmanlıq hissi duyurlar.

Xarici görünüşlərindən narahat olmağa başlayırlar. Bəyənilməmə qorxusu yaşayırlar. Görünüşləriylə bağlı dəyişikliklər etmək istəyirlər. Bu istək həyat yoldaşları tərəfindən razılıqla qarşılanarsa bir müddət rahat ola bilirlər.

Qadınların əksəriyyəti 35 və üzəri yaşlarda çətin bir dövr yaşayırlar. Bu dövrdə qadınlar özlərini heç də xoşbəxt hiss etmir. Sağlamlığında baş verən hər hansı problemi çox ciddi qarşılayır. Bir-birinə zidd olan duyğuların yaşandığı bu “40 yaş sindromu”nda əksər qadın bu mərhələni çox çətin keçirir. Əgər bu yaşa qədər qadın öz məqsədlərini gerçəkləşdirməyibsə, istədiyi kimi xoşbəxt bir həyat sürməyibsə, 35-45 yaşları arasında bu krizə yaxalanmaq ehtimalı böyükdür.

Mütəxəssislərin fikrincə 40 yaş həyatın durğunlaşdığı, iş və sosial həyatda bir zəifləmə hiss edilən dövrdür. Lakin keçici bir mərhələ olduğu üçün “40 yaş krizi’ adlandırılır. Kişilərə nisbətən qadınlar daha həssas xarakterə sahib olduqları üçün bu dövrdə də olduqca həssas olurlar. Araşdırmaların bir çoxunda göstərilir ki, bu mərhələdə hormonlarda baş verən dəyişikliklər də öz təsirini göstərir. Lakin bu barədə konkret bir fikir söyləmək doğru deyil. Qadın 40 yaşında hələ öz hədəflərinə çatmayıbsa, bunun həyat yoldaşı və ya sevgilisi tərəfindən də bəyənilmədiyini düşünür və bu hiss onu daha çox narahat edir. Həmçinin iş yerində karyera baxımından istədiyi yerdə deyilsə, hələ ailə qurmayıbsa, ana deyilsə, bu sindromu yaşama ehtimalı daha çoxdur.

Bu yaşlarda qadının aldadılması onun üçün gənclik dövrünə nisbətən çox ağırdır. Əgər gənc ikən, ”Hələ irəlidə daha gözəl bir həyat var, daha doğru insana rast gələrəm” düşüncəsi ilə yaşayırsa, indi hər şeyin sonu olduğunu düşünür. Əvvəllər fikir vermədikləri qüsurlara indi daha çox diqqət yetirərlər.Övladları olan və xoşbəxt bir ailə həyatı olan bir qadın bu mərhələni rahatlıqla keçirə bilər.

40 yaş sindromunda qadın həyatını gözdən keçirir - arzuları və bu arzulara qarşılıq yaşadığı həyat. Həyata keçirə bilmədikləri şeylər üçün yaşadığı peşmançılıq hissi. yaşayar Həyata keçirmədiyi arzularını bu gün gerçəkləşdirmək istəyər, amma artıq gec olduğunu düşünər, daha gənc olmadığını düşünər və çox istəyindən imtina edər. Bir sözlə, yaşlandığını düşünər. Çəkinin artması, saçların ağarması, tökülməsi, üzdəki qırışlar gözəllik hərisi qadınları məyus edər. Özündən küsər.

Görünüşündən narahat olduğu üçün yaşlanmanı gecikdirən kosmetik vasitələrdən istifadə edər. Plastik əməliyyatlara üstünlük verərlər. Əvvəllər fikir vermədikləri qüsurlara indi daha çox diqqət yetirərlər. Geyimlərinin daha gözəl və yaşlarıdan gənc göstərəcək olmasına diqqət edərlər. Bəzən həyat yoldaşı və uşaqlarından da uzaqlaşmaq, dinamik, əyləncəli bir həyat yaşamaq istəyərlər.

Bu zaman qarşı tərəfin daha anlayışlı olması lazımdır. Qadın paylaşacağı, ona dəyərli olduğunu hiss etdirəcək bir insanla özünü məmnun hiss edə bilər.

Çox zaman qadının özünü yaşlı hiss etməsinə səbəb, elə ən yaxınları olur. Hər şeydə “Bu sənə uyğun deyil , sənin artıq o yaşın deyil”  deyərlər. “Gənc olmasan da ruhən gəncsən” deyərək o qadına kompliment dediyinizi zənn edərsiz, amma əksinə bu sözlərlə “artıq yaşın çoxdur ” mesajı verərsiniz.

Hər hansı bir işdə onları önəmsəməyib, gənclərin işinə daha çox qiymət verir və gənclərin həvəsləndirilməyə ehtiyacı olduğunu düşünürsünüzsə, yanılırsınız. Gənclik, elə ilhamlanmaq üçün böyük səbəbdir.

Bir şeyi anlamaq lazımdır. Həyat mərhələlərdən ibarətdir. Uşaq, yeniyetmə, gənc, orta yaş, qoca və ahıl dövrlərini yaşayır, insan.  Hər yaşın özünəməxsus gözəllikləri var. Gənc olmaq hələ hər şey demək deyil. Gənclik çox tez ötüb keçir. Vacib olan faydalı olmaqdır. Faydalı insan, hansı yaşda olur-olsun, faydalıdır.

Qadınlara sözüm isə, yaşa görə üzülməyə dəyməz!

Hiss etdiyiniz yaşdasınız, özünüzü hər yaşda sevin!

Psixoloq Rübabə

fitret.az

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 14 Oktyabr 2026 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see446

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see444

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see332

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see296

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see285

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see279

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see275

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see273

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see229

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see223

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see223

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see218

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see218

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see213

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see213

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see210

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see199

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see197

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see185

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri