Icma.az
close
up
RU
400 sahibsiz it küçəyə buraxıla bilər sığınacaq bağlanır

400 sahibsiz it küçəyə buraxıla bilər sığınacaq bağlanır

Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Zaqatala rayonunda sahibsiz heyvanların taleyi ilə bağlı ciddi narahatlıq doğuran vəziyyət yaranıb.

Turkustan.az Musavat.com-a istinadən xəbər verir ki, rayonda fəaliyyət göstərən və yüzlərlə itin sığındığı heyvan sığınacağı bağlanmaq təhlükəsi ilə üz-üzə qalıb. Sığınacaq uzun illərdir Zaqatala sakini Nizami Ramazanov və onun bacısı tərəfindən idarə olunur. Onlar yaralanmış, müxtəlif səbəblərdən xəsarət almış, maşın vurmuş və küçələrdən tapılmış sahibsiz itləri toplayaraq müalicə edir, qidalandırır və yaşatmağa çalışırlar. Bu fəaliyyət demək olar ki, tamamilə könüllü və xeyriyyə yardımları hesabına davam etdirilir. Hazırda sığınacaqda 400-ə yaxın it saxlanılır. Problem isə sığınacağın yerləşdiyi torpaq sahəsi ilə bağlıdır. Ərazi illik 4 min manat icarə haqqı ilə istifadə olunur. Lakin torpaq sahibi sahəni daha yüksək qiymətə satmaq niyyətindədir və ərazinin boşaldılmasını istəyir. Sığınacağın rəhbəri çıxılmaz vəziyyətdə qalıb: “Bu qədər iti birdən-birə köçürmək üçün nə yer var, nə də imkan. Əgər alternativ ərazi tapılmasa, onları hara aparacağımı bilmirəm. Aralarında aqressiv olanları da var. Əgər yeni ərazi və ya dəstək tapılmasa, itlərin küçəyə buraxılması ehtimalı var”.

Ekspertlər bildirirlər ki, belə hallarda nəzarətsiz qalan sahibsiz heyvanların sayı sürətlə artır, bu da epidemioloji və təhlükəsizlik problemləri yarada bilər.

Sığınacaq rəhbərliyi artıq müxtəlif dövlət qurumlarına, iş adamlarına və heyvansevərlərə müraciət edib. Onların əsas istəyi sığınacaq üçün yeni ərazi və ya maddi dəstək almaqdır. Əks halda Zaqatala yaxın günlərdə çox ciddi mənzərə ilə üzləşə bilər - 400 sahibsiz it eyni anda küçələrə buraxıla bilər”.
Zaqatala Rayon İcra Hakimiyyətindən Musavat.com-a bildiriblər ki, problem haqda məlumatlıdırlar və həlli istiqamətində çalışırlar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 10 Aprel 2026 21:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri