Icma.az
close
up
RU
“43 min diploma, 55 min də direktor olmaq üçün vermişdim” Diplomu saxta çıxan Abdıyeva

“43 min diploma, 55 min də direktor olmaq üçün vermişdim” Diplomu saxta çıxan Abdıyeva

Icma.az, Manset portalına istinadən məlumat yayır.

Abşeron rayon Xırdalan şəhər 10 saylı tam orta məktəbin keçmiş direktor müavini Əzizə Abdıyevaya qarşı dələduzluq hərəkətlərinin detalları məlum olub. Bu dələduzluq işində bir çox vəzifəli şəxslərin adları çəkilib.

Manset.az Musavat.com-a istinadən xəbər verir ki, Ə. Abdıyevaya qarşı dələduzluq edənlər onun həm saxta diplomunu təsdiqlədəcəklərini, həm də çalışdığı məktəbə direktor təyin etdirəcəklərini vəd ediblər.

2004-2008-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialında “İbtidai təhsilin pedaqogikası və metodikası” ixtisası üzrə bakalavr təhsili alan Ə.Abdıyeva ifadəsində hadisənin təfərrüatını danışıb.

Bildirib ki, atası Elbəyi Abdıyevin mənzilində təmir briqadasının rəhbəri olmuş Elsevər Usubov onun 10 nömrəli məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işlədiyindən xəbərdar olduğu üçün ona direktor imtahanından keçməyi təklif edib.

Qeyd edək ki, bu söhbətlər gedən ərəfədə Ə.Abdıyevanın diplomunun saxta olduğu məlum deyilmiş. Direktor olmaq istəyən Ə.Abdıyeva diplomunun saxta olduğundan xəbər tutub. Bu haqda sosial şəbəkələrdə də məlumat yayılıb. 

Ə.Abıyeva ifadəsində başına gələnləri belə danışıb: “Əvvəlcə Elsevər Usubov Hicran adlı tanışının diplomu yoxlatdırdığını, diplomun Təhsil Nazirliyinin portalından çıxarıldığını dedi. Diplomun portala daxil edilməsi və həqiqiliyinin tanınması üçün əvvəlcə 15 min manat pul istədi. Elsevər həmin pulu diplomun əsli ilə birlikdə Höküməyə, Hökümənin isə Hicrana, Hicranın da Təhsil Nazirliyində məsul vəzifələrdə işləyən tanışlarına verəcəyini bildirdi. Elsevər bir müddət sonra əlavə 28 min manat pul istədi”.

İşin həlli ilə bağlı Ə.Abdıyevanı Anar Axundov adlı şəxslə də görüşdürüblər. O, Anar Axundov adlı şəxslə Təhsil Nazirliyinin qarşısında görüşüb. Anar Axundov ona imtahanda iştirak etmək üçün toplamalı olduğu sənədlərin siyahısını təqdim edib. Həmçinin imtahana hazırlaşmağı da məsləhət görüb. Sonra Ə.Abdıyevaya imtahan sualları da verilib ki, hazırlaşsın.

“Hicranın təşəbbüsü ilə Anar və Qismət adlı şəxslə Sumqayıt Regional Təhsil İdarəsinin binasında da görüşmüşük. Orada məlum oldu ki, diplom təsdiqlənməyib. Hicrandan soruşanda həll etməyə çalışdıqlarını dedi.

Məni Faiq adlı şəxslə də görüşdürdülər. Faiqin Təhsil Nazirliyində regional təhsil idarələrinə nəzarət edən şöbənin rəisi Arzu Səlimovun köməkçisi kimi təqdim etdilər. Faiq müəyyən sənədləri hazırlamaqla bağlı siyahı verdi.

Mənə imtahanın vaxtı və yeri barədə məlumat verdilər. Hətta sualları verəcəklərini dedilər. Bir neçə gün sonra Anar mənimlə görüşüb test imtahan suallarını təqdim etdi. Sualları Qismətin əldə etdiyini söylədi”,- deyə Ə.Abıyeva fikirlərinə əlavə edib.

İmtahan vaxtı çatanda isə ona hələ sənədlərin hazır olmadığını bildiriblər: “Sonra mənə dedilər ki, işi “möhtərəm müəllim” nəzarətə götürüb. Amma kim olduğunu bilmirdim. Hicran və Elsevərlə birlikdə Sumqayıt Regional Təhsil İdarəsinə getdik. Orada Aydınla birlikdə Sumqayıt Regional Təhsil İdarəsinin rəisi İlhamə xanımın qəbuluna girdik. İlhamə xanım bildirdi ki, diplomun təsdiq olunması üçün məhkəməyə müraciət etmək lazımdır”.

O, 98 min manatdan 43 min manatını diplomun təsdiqi, 55 min manatı isə direktor vəzifəsinə təyin olunmaq üçün verdiyini söyləyib.

Ə.Abdıyeva ifadəsində göstərib ki, təqsirləndirilən şəxslərdən Hicranın əvvəlcə Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova olduğunu düşünüb. Çünki Elsevər Usubov Hicranı o cür təqdim edibmiş: “Hicranı şəxsən gördüm. Elsevər həmin xanımın Hicran Hüseynova olmadığını və səhv başa düşdüyünü bildirdi”.

Araşdırma zamanı məlum olub ki, təqsirləndirilən şəxslər Ə.Abdıyevadan aldıqları diplomu sonradan ona yeni diplom kimi də qaytarıblar. Bununla da yenidən vaxt qazanıblar.

Ona imtahana buraxılış vərəqəsi də verilib. Lakin buraxılış vərəqəsində onun adı yazılsa da, başqa bir şəxs tərəfindən imzalanıb. Ə.Abdıyeva başa düşüb ki, ona verilən buraxılış vərəqəsi saxtadır.

2021-ci ildə tutduğu vəzifədən azad edilən Ə.Abdıyeva qeyd edib ki, 98 min manatdan cəmi 27 min manatını geri ala bilib.

Qeyd edək ki, istintaq müddətində Elsevər Usubov vəfat edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Hökumə Əliyeva 5 il 6 ay, Aydın Cəfərov isə 7 il həbs cəzası alıb. Digər iki nəfərə isə şərti cəza verilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 23 Dekabr 2024 13:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see283

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see217

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see206

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see191

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see181

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see168

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see162

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see161

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see157

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see157

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see154

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see149

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see148

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see148

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see146

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see144

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see140

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri