Icma.az
close
up
RU
44 gün Azərbaycanın müzəffər tarixinin simvoludur

44 gün Azərbaycanın müzəffər tarixinin simvoludur

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

44 günlük Vətən müharibəsi Azərbaycan tarixində mühüm dönüş nöqtəsi kimi yadda qalıb. 2020-ci il sentyabrın 27-də başlayan və noyabrın 10-da imzalanan üçtərəfli bəyanatla başa çatan bu müharibə, Azərbaycan torpaqlarının böyük bir hissəsinin işğaldan azad edilməsi ilə nəticələndi. Qarabağ uğrunda gedən bu savaşda Azərbaycan Ordusu yüksək döyüş hazırlığı, müasir texnologiyalardan səmərəli istifadə və xalqın böyük birliyi sayəsində mühüm qələbələr qazandı. Müharibə zamanı Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları tam, Şuşa şəhəri isə strateji əhəmiyyətinə görə xüsusi olaraq azad edildi. Nəticədə, həm Azərbaycanın ərazi bütövlüyü bərpa olundu, həm də regionda yeni geosiyasi reallıq formalaşdı. 44 günlük Vətən müharibəsi yalnız hərbi əməliyyat deyil, həm də xalqın birliyinin, milli iradəsinin və dövlət-xalq-ordu həmrəyliyinin təntənəsi oldu. Bu qələbə həm tarixi ədalətin bərpası, həm də gələcək nəsillərə qalacaq ən böyük qürur səhifəsi kimi dəyərləndirilir.

Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirib ki, torpaqlarımızı 30 ilə yaxın bir müddətdə işğal altında saxlayan Ermənistan bu dövr ərzində beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, işğalçı siyasətini davam etdirmişdir:
“Uzun illər ərzində Ermənistan silahlı qüvvələri təmas xətti boyunca yerləşən yaşayış məntəqələrimizi, dinc əhalimizi mütəmadi olaraq atəşə tutmuş, onların təhlükəsiz və rahat yaşamasına ciddi maneələr yaratmışdır. Bu humanitar hüquq pozuntuları nəticəsində minlərlə insan evlərindən didərgin düşmüş, yaşayış infrastrukturu dağıdılmış və bölgədə gərginlik davamlı xarakter almışdır. 2020-ci il 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələri atəşkəs rejimini növbəti dəfə kobud şəkildə pozaraq, cəbhə xətti boyunca Azərbaycan Ordusunun mövqelərinə və cəbhəyanı ərazilərdə yerləşən yaşayış məntəqələrinə genişmiqyaslı artilleriya zərbələri endirmişdir. Xüsusilə Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonları Ermənistan ordusunun qəsdən və məqsədyönlü şəkildə hədəfinə çevrilmiş, mülki əhali və infrastruktura ciddi ziyan dəymişdir. Bu təcavüz aktı bir daha göstərdi ki, Ermənistan konstruktiv dialoqa deyil, bölgədə qeyri-sabitlik yaratmaq cəhdlərinə üstünlük verir. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri verdi. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi"
K. Bayramov qeyd edib ki, düşmən torpaqlarımızdan qovuldu, ədalət və beynəlxalq hüquq bərpa olundu:

“Düşmən kapitulyasiya aktına imza atmağa məcbur oldu. Həmin gün xalqa növbəti müraciətində İlham Əliyev milli şüara çevrilmiş "Qarabağ Azərbaycandır!" ifadəsinin artıq bütün Qarabağı əhatə etdiyini və Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulduğunu elan etdi: “…nə oldu bəs status? …yoxdur status və olmayacaq. Nə qədər ki, mən Prezidentəm, olmayacaq. Ona görə, bu sənədin çox böyük mənası var. Əminəm, hər bir Azərbaycan vətəndaşı hesab edir ki, onun həyatında bu günlər, bu dəqiqələr ən xoşbəxt günlər, dəqiqələrdir. Mən də xoşbəxtəm ki, bu xoş xəbərləri, bu müjdəni Azərbaycan xalqına verirəm. Xoşbəxtəm ki, bu tarixi sənədə imza atmışam. Xoşbəxtəm ki, biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq! Bundan sonra heç kim bizi o torpaqlardan tərpədə bilməz!”.
Deputat diqqətə çatdırıb ki, 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın silahlı qüvvələrini məhv edərək tariximizə yeni bir səhifə yazdı və şəhidlərimizin qisası alındı:
“Azərbaycan Ordusunun Zəfər yürüşü qarşısında tab gətirə bilməyən düşmən, hərbi uğursuzluqlarını ört-basdır etmək məqsədilə təxribatlara əl atmış, dinc mülki şəxsləri hədəfə almaqla müharibə cinayətləri törətmişdir. Azərbaycanın şəhərləri ballistik raketlərlə, fosforlu və kasetli bombalarla atəşə tutulmuşdur. Münaqişə zonasından kənarda yerləşən şəhər və rayonların hədəfə alınması, dinc sakinlərin həlak olması və yaralanması beynəlxalq hüquqa ziddir və bu hallar beynəlxalq ictimaiyyət tərəfindən ciddi şəkildə qınanmalıdır. Müharibə dövründə düşmənin məqsədli atəşləri nəticəsində 100-ə yaxın mülki şəxs, o cümlədən uşaqlar və qadınlar həlak olmuş, 400-dən çox mülki şəxs yaralanmışdır. Eyni zamanda, 2406 fərdi ev, 92 çoxmənzilli bina və 423 mülki obyekt ciddi ziyan görmüş və yararsız hala düşmüşdür. Ağdam, Bərdə, Füzuli, Gəncə, Goranboy, Naftalan, Mingəçevir və Tərtər rayonlarında şəhər və kəndlərin raket atəşinə tutulması birbaşa müharibə cinayəti hesab olunur”.
K.Bayramov vurğulayıb ki, 44 günlük Vətən müharibəsi nəticəsində diz çökərək kapitulyasiya edən Ermənistan, eləcə də Qarabağdakı separatizmin qalıqları nə müharibənin nəticələrindən, nə də imzalanmış bəyanatlardan lazımi dərs çıxarmaq niyyətində deyildilər:
“Qarabağda qalmış erməni silahlı dəstələri 2023-cü il sentyabrın 19-da növbəti dəfə genişmiqyaslı hərbi təxribatlara və terror aktlarına əl atdılar. Azərbaycan Ordusu bu təxribatların qarşısını almaq, 2020-ci il 10 noyabr tarixli Üçtərəfli Bəyanatın müddəalarının icrasını təmin etmək, eləcə də ölkəmizin Konstitusiya quruluşunu bərpa etmək məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başladı. Yalnız 23 saat 43 dəqiqə davam edən bu qətiyyətli əməliyyat nəticəsində separatçılar ağ bayraq qaldırmağa məcbur oldular və bununla da Qarabağda separatizmin kökünə birdəfəlik son qoyuldu.Qarabağdakı qeyri-qanuni xunta rejimi ləğv olundu, separatçıların əsas rəhbərləri ədalət qarşısına çıxarıldı. Azərbaycanın üçrəngli bayrağı Xankəndi, Xocalı, Ağdərə, Xocavənd və Əsgəranda ucaldıldı.
Bu gün Azərbaycan dövləti qalib dövlət, Azərbaycan xalqı isə müzəffər xalq kimi yaşayır və bundan sonra da əbədi olaraq qalibiyyətin rəmzi kimi yaşayacaq. 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün tam bərpa olunması ilə nəticələndi. Bu Qələbə həm də regionda yeni reallıqların formalaşmasına, beynəlxalq münasibətlərdə Azərbaycanın mövqeyinin daha da güclənməsinə səbəb oldu. Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilmiş 27 sentyabr - Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü naminə canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə Azərbaycan xalqının dərin ehtiram və minnətdarlığının təzahürüdür.
Anım Günü həm də ölkədə gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması, milli birlik və həmrəyliyin daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Hər il 27 sentyabr tarixində bütün Azərbaycan xalqı şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir, onların misilsiz qəhrəmanlıqlarını minnətdarlıqla xatırlayır. Şəhidlərimizin xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq, onların müqəddəs amal uğrunda göstərdikləri fədakarlıq heç vaxt unudulmayacaq”.
Politoloq İlyas Hüseynov deyib ki, 27 sentyabr Azərbaycanda anım günü kimi qeyd olunur:

“Bu tarix xalqımızın qələbə yürüşünün başlandığı gün kimi tarixə yazılmışdır. Məhz həmin gün Ermənistanın Azərbaycan ərazilərinə genişmiqyaslı təxribatları fonunda əks-hücum əməliyyatları başlandı və bütün xalqımız səfərbər olaraq vətənin müdafiəsinə qalxdı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkədə qismən səfərbərlik elan olundu və qəhrəman övladlarımız silaha sarılaraq torpaqlarımızı müdafiə etdilər. 44 gün davam edən Vətən müharibəsi Azərbaycan Ordusunun qəti və mütləq qələbəsi ilə başa çatdı. Ermənistan ağ bayraq qaldırdı, onun baş naziri kapitulyasiya aktına imza atdı və bununla da işğala son qoyuldu. Bir güllə belə atılmadan Ağdam, Laçın və Kəlbəcərin azad olunması həm hərbi, həm siyasi, həm də diplomatik qələbə idi. Lakin Ermənistan bundan sonra da təxribatlarını və siyasi manipulyasiyalarını davam etdirdi. Lokal xarakterli antiterror tədbirləri həyata keçirildi və ölkəmizin bütün ərazisində suverenlik tam təmin olundu. Bu gün biz şəhidlərimizin ruhu qarşısında baş əyir, onların əziz xatirəsini dərin ehtiramla anırıq. Allah sağlamlığını itirən qazi qardaşlarımıza şəfa versin”.
Leyla Turan
Demokrat.az
Qeyd: Bu yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” istiqamətində hazırlanıb.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:147
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 27 Sentyabr 2025 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see482

Süni intellektlə bağlı fətva veriləcək?

14 Sentyabr 2026 15:47see353

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see352

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see334

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see333

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see330

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see305

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see302

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see301

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see294

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see289

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see288

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

14 Sentyabr 2026 03:03see283

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavininin dəbdəbəli məclisi

14 Sentyabr 2026 01:21see278

Bu beş amil ömrümüzü 11 il uzadırmış Araşdırma

14 Sentyabr 2026 03:19see269

Rəcəb Tayyib Ərdoğan: Türkiyənin səhiyyə sistemi dünyada nümunəvi hesab olunur

13 Sentyabr 2026 22:07see246

Yanacaq bahalığı Macarıstana da çatdı...

14 Sentyabr 2026 02:03see246

Yuxusuz gecənin təsirini azaltmağın sadə yolu

14 Sentyabr 2026 10:29see234

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

14 Sentyabr 2026 19:34see222

Uzun müddət telefon və kompüter ekranına baxmaq gözlərə necə təsir edir?

14 Sentyabr 2026 13:46see219
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri