Icma.az
close
up
RU
Azərbaycanın tarixini dəyişən 44 gün

Azərbaycanın tarixini dəyişən 44 gün

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Fəzail İbrahimli deyib.

Deputat bildirib ki, 44 günün hər biri ayrıca bir qəhrəmanlıq dastanıdır: “Əsgərdən generala qədər Azərbaycan Ordusunun hər bir hərbçisi Vətən qarşısında öz borcunu canı və qanı ilə ödəməyə hazır olduğunu bütün dünyaya göstərdi. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Hadrut, Şuşa... Bu adlar artıq yalnız coğrafi məkan deyil, Azərbaycan xalqının yaddaşında qəhrəmanlığın, fədakarlığın və Zəfərin rəmzləridir. Şuşanın azad edilməsi isə 44 günlük savaşın hərbi-siyasi taleyini müəyyənləşdirən tarixi dönüş nöqtəsinə çevrildi.

Lakin “Dəmir yumruq” əməliyyatının tarixi əhəmiyyəti yalnız işğal altında olan ərazilərin azad edilməsi ilə məhdudlaşmır. 2020-ci il Azərbaycan dövlətinin hərbi, siyasi və diplomatik imkanlarının, milli iradəsinin və dövlətçilik gücünün nümayişinə çevrildi. Azərbaycan öz ərazi bütövlüyünü hərbi-siyasi müstəvidə bərpa etməklə uzun illər ərzində formalaşdırılmış status-kvonu dəyişdi və Cənubi Qafqazda yeni reallıqlar yaratdı”.

F. İbrahimli qeyd edib ki, Zəfər həm də suverenliyin tam bərpasına aparan yolun başlanğıcı idi: “2020-ci ildə ərazi bütövlüyünün bərpası ilə başlayan proses 2023-cü ildə Azərbaycanın Qarabağ üzərində tam suverenliyinin təmin olunması ilə yeni mərhələyə keçdi. Beləliklə, “Dəmir yumruq” yalnız işğalın sona çatdırılması deyil, Azərbaycan dövlətinin öz ərazisində konstitusion quruluşunu və suveren hüquqlarını tam bərpa etməsinin tarixi əsasına çevrildi.

Bu Zəfər Azərbaycanın beynəlxalq mövqeyinə də yeni məzmun gətirdi. Azərbaycan artıq yalnız regionda hadisələri izləyən və proseslərə reaksiya verən ölkə deyil, Cənubi Qafqazda və daha geniş Avrasiya məkanında yeni reallıqların formalaşmasına təsir göstərən dövlət kimi qəbul edilməyə başladı. Müharibənin nəticələri regionun təhlükəsizlik arxitekturasını, nəqliyyat-kommunikasiya xəritəsini və siyasi münasibətlər sistemini dəyişdirdi”.

O həmçinin bildirib ki, bu böyük Zəfərin arxasında isə ilk növbədə güclü dövlət, güclü ordu, xalq–ordu birliyi və milli iradə dayanırdı: “Azərbaycan Ordusunun döyüş meydanında göstərdiyi peşəkarlıq, əsgər və zabitlərimizin qəhrəmanlığı, Ali Baş Komandanın siyasi iradəsi və xalqın milli həmrəyliyi bir bütöv gücə çevrildi. “Dəmir yumruq” məhz bu gücün simvoluna çevrildi.
27 Sentyabr həm də şəhidlərimizin qarşısında baş əydiyimiz gündür. Onlar Vətənin bütövlüyü naminə həyatlarını fəda etdilər ki, gələcək nəsillər azad Qarabağda, bütöv Azərbaycanda yaşasın. Bu gün hər bir azərbaycanlının yaddaşında bir həqiqət əbədi yaşayır: Zəfər meydanda yazıldı, amma onun təməlində şəhid qanı, xalq iradəsi və dövlət əzmi dayandı.

Bu səbəbdən 27 Sentyabr yalnız bir müharibənin başlanma tarixi deyil. Bu tarix Azərbaycanın öz tarixini öz iradəsi ilə dəyişdiyi günün simvoludur. 44 günlük Vətən müharibəsi göstərdi ki, dövlət öz məqsədinə inanır, xalq həmin məqsəd ətrafında birləşir, ordu isə Vətənin müdafiəsinə hazırdırsa, tarix dəyişdirilə bilər.

Bu gün 27 Sentyabrda həm qürurla Zəfərimizə nəzər salır, həm də şəhidlərimizin müqəddəs xatirəsi qarşısında baş əyirik. Çünki 30 illik həsrətin 44 günə sığan cavabı olan Vətən müharibəsi Azərbaycanın yalnız torpaqlarını deyil, milli özünəinamını da geri qaytardı.
Dəmir yumruq endi, işğal tarixə qovuşdu. Zəfər gəldi, Azərbaycan yeni tarix yazdı”.

Mürtəza

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://olke.az
archiveBu xəbər 26 Sentyabr 2026 10:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see373

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see286

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see284

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see281

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see280

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see274

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see273

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see255

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see252

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see247

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see243

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see241

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see236

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see224

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see216

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see216

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see215

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see198

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see191

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri