Icma.az
close
up
RU
44 günlük Vətən müharibəsi: dövlətçilik tariximizin şanlı Zəfər səhifəsi

44 günlük Vətən müharibəsi: dövlətçilik tariximizin şanlı Zəfər səhifəsi

Icma.az, Newscenter.az saytına istinadən bildirir.


27 Sentyabr – Anım Günü Azərbaycan xalqının yaddaşında xüsusi məna daşıyan tarixlərdəndir. Bu gün Vətən müharibəsində, eləcə də Birinci Qarabağ müharibəsində həyatını ölkənin ərazi bütövlüyü və suverenliyi uğrunda qurban vermiş şəhidlərin xatirəsi ehtiramla yad olunur. Anım Günü, həmçinin Azərbaycan xalqının keçdiyi ağır tarixi yolun, torpaqların işğalı dövründə yaşanan faciələrin, 2020-ci ildə baş verən 44 günlük müharibənin və Zəfərə aparan yolun dərk edilməsi baxımından mühüm önəm kəsb edir.
Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə sentyabrın 27-si Anım Günü elan edilib. Sərəncamda Vətən müharibəsində qəhrəmancasına döyüşən, ərazi bütövlüyü uğrunda canından keçən hərbçilərin, eləcə də bütün şəhidlərin xatirəsinə dərin ehtiram ifadə olunur.
Qarabağ münaqişəsinin uzun illər ərzində həll olunmaması Azərbaycan cəmiyyətində ciddi narahatlıq doğuran əsas məsələlərdən biri idi. 1990-cı illərin əvvəllərində Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində ölkənin əraziləri işğal olunmuş, yüz minlərlə insan doğma yurdlarından məcburi köçkün vəziyyətinə düşmüş, yaşayış məntəqələri, tarixi və mədəni irs nümunələri dağıntılara məruz qalmışdı. Münaqişənin həlli ilə bağlı uzunmüddətli danışıqlar prosesi nəticə vermədi. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycan ərazilərinin işğalı ilə bağlı məsələlər öz əksini tapmış və işğalçı qüvvələrin çıxarılması tələb edilmişdi. Lakin həmin sənədlərin icrası təmin olunmadı.
Azərbaycan isə uzun illər ərzində münaqişənin danışıqlar yolu ilə həllinə tərəfdar olduğunu bəyan etdi. Bununla yanaşı, cəbhə xəttində baş verən təxribatlar, atəşə tutulmalar və hərbi toqquşmalar vəziyyətin getdikcə gərginləşməsinə səbəb olurdu. 2016-cı ilin Aprel döyüşləri və 2020-ci ilin iyulunda Tovuz istiqamətində baş verən döyüşlər qarşıdurmanın təhlükəli mərhələyə çatdığını göstərən mühüm hadisələr sırasında idi.
27 sentyabr 2020-ci ildə baş verən genişmiqyaslı hərbi toqquşmalar isə müharibənin başlanmasına gətirib çıxardı. Prezident, Ali Baş Komandan həmin gün Azərbaycan yaşayış məntəqələrinin və hərbi mövqelərinin atəşə tutulduğunu bildirərək ordunun əks-hücum əməliyyatlarına başladığını açıqladı. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən hərbi əməliyyatlar Azərbaycan tarixində Vətən müharibəsi kimi yadda qaldı. 44 gün ərzində şanlı ordumuz bir sıra yaşayış məntəqələrini və strateji yüksəklikləri nəzarətə götürdü. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və digər rayonların bir sıra ərazilərinin azad edilməsi, Hadrut qəsəbəsinin nəzarətə götürülməsi, ardınca Şuşanın azad olunması müharibənin gedişində mühüm mərhələlər oldu.
8 noyabr 2020-ci ildə Şuşanın azad edilməsi hərbi əməliyyatların gedişində həlledici mərhələ yaratdı. İki gün sonra Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli bəyanatla hərbi əməliyyatların dayandırılması nəzərdə tutuldu. Bunun ardınca Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması həyata keçirildi. Beləliklə, 44 günlük müharibə nəticəsində ölkəmizin uzun illər işğal altında qalmış ərazilərinin böyük hissəsi azad edildi. Sonrakı mərhələdə isə Laçın şəhəri, Zabux və Sus kəndlərinin nəzarətə götürülməsi ilə həmin istiqamətdə də proses tamamlandı.
Tarixi Zəfərin əsasını hərbi qulluqçuların döyüş meydanındakı fədakarlığı, şəhidlərin canı, qazilərin qəhrəmanlığı, xalqın həmrəyliyi təşkil edirdi. Azərbaycan Prezidentinin Anım Günü ilə bağlı çıxışlarında da şəhidlərin fədakarlığının xüsusi yeri var. Dövlət başçısı onların ailələrinə və yaxınlarına şəhidlərin qanının yerdə qalmadığını, əldə edilən Qələbənin məhz onların qəhrəmanlığı sayəsində mümkün olduğunu dəfələrlə ifadə edib.
Anım Gününün təsis edilməsi şəhidlərin xatirəsinə dövlət səviyyəsində göstərilən ehtiramın mühüm ifadələrindən biridir. Hər il sentyabrın 27-də saat 12:00-da ölkə ərazisində bir dəqiqəlik sükut elan edilir. Bu sükut Vətən uğrunda həyatını fəda edən insanların xatirəsi qarşısında mənəvi borcun ifadəsidir. Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbənin gələcək nəsillərə çatdırılması istiqamətində müxtəlif layihələr həyata keçirilib. Bakıda yaradılan Zəfər Parkı, Zəfər Muzeyi, eləcə də Hərbi Qənimətlər Parkı müharibənin tarixinin, şəhidlərin qəhrəmanlığının və xalqın həmrəyliyinin yaddaşda qorunmasına xidmət edən məkanlardır. Bu məkanların hər biri tarixi yaddaşın qorunması baxımından ayrıca əhəmiyyət daşıyır. Burada məqsəd yalnız hərbi Qələbəni nümayiş etdirmək deyil, həm də həmin Qələbənin hansı itkilər hesabına əldə edildiyini gələcək nəsillərə çatdırmaqdır.
Şəhidlərin xatirəsinə ehtiram onların adlarının yaşadılması ilə məhdudlaşmır. Şəhid ailələrinin sosial təminatı, qazilərin müalicəsi, reabilitasiyası və cəmiyyətə inteqrasiyası da dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Postmüharibə dövründə qazilərin müalicəsi və reabilitasiyası, müasir protezlərlə təminat, şəhid ailələrinin sosial məsələlərinin həlli istiqamətində müxtəlif proqramlar həyata keçirilib. Bu sahədə dövlət qurumları ilə yanaşı, “YAŞAT” Fondu da fəaliyyət göstərir. Şəhid ailələrinə və müharibə nəticəsində sağlamlığını itirmiş şəxslərə göstərilən diqqət onların gündəlik problemlərinin həllinə, müalicə və reabilitasiya imkanlarının genişləndirilməsinə yönəlib. Eyni zamanda Vətən müharibəsi iştirakçılarının göstərdiyi şücaətin qiymətləndirilməsi məqsədilə müxtəlif dövlət təltifləri təsis edilib. “Zəfər” və “Qarabağ” ordenləri, eləcə də hərbi əməliyyatlarda fərqlənən şəxslər üçün müxtəlif medal və təltiflərin müəyyənləşdirilməsi həmin döyüşlərin iştirakçılarına verilən dövlət qiymətinin göstəricilərindən biridir.
Şəhidlər xalqın yaddaşında yalnız müharibənin itkiləri kimi deyil, Vətən qarşısında fədakarlığın nümunəsi kimi yaşayırlar. Onların adlarının park və xiyabanlarda, memorial komplekslərdə, muzeylərdə yaşadılması tarixi yaddaşın gələcək nəsillərə ötürülməsinə xidmət edir. Bu baxımdan Anım Günü ilə Zəfər Günü arasında mənəvi bağlılıq var: biri bu Qələbənin hansı ağır itkilər hesabına qazanıldığını xatırladırsa, digəri əldə edilmiş tarixi nəticəni ifadə edir. Şəhidlərin xatirəsinə ehtiram isə hər iki tarixin mahiyyətində dayanır.
27 sentyabr hər bir azərbaycanlı üçün şəhidlər qarşısında ehtiram, onların ailələrinə mənəvi dayağın ifadəsidir. Bu tarix həm də Vətən uğrunda canından keçən insanların xatirəsinin zaman keçdikcə daha da möhkəmlənən milli yaddaşın ayrılmaz hissəsinə çevrildiyini nümayiş etdirir.
Mahir Süleymanlı
Milli Məclisin deputatı
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 25 Sentyabr 2026 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see378

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see343

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see297

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see273

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see270

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see261

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see250

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see243

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see242

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see229

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see221

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see220

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see216

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see213

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see212

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see208

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see208

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see202

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see202

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri