Icma.az
close
up
RU
Menu

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

“İlin modeli” seçildi Fotolar

General mayor rütbəsi alan hərbçilər kimdir?

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

Tramp Qazaxıstanın Abraham sazişinə qoşulduğunu elan edib

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin sədri postuna o irəli sürülüb

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

44 günlük Vətən müharibəsində şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı

44 günlük Vətən müharibəsində şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Məlumdur ki, 5 il əvvəl 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu Ermənistanın 30 ilə yaxın davam edən işğalına son qoydu. Azərbaycan Ordusunun başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd, xeyli sayda strateji yüksəklik işğaldan azad olundu. Ermənistan məhz Azərbaycanın şərtləri əsasında noyabrın 10-da kapitulyasiya aktına imza atdı. Bu mənada 10 noyabr üçtərəfli bəyanatı hərbi qələbəmizin hüquqi təsdiqi olmaqla yanaşı, həm də tarixi siyasi-diplomatik uğurumuz oldu.

Yeri gəlmişkən, bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonu Azərbaycana təhvil verildi. Bununla da rayonun işğal edilmiş 73 faiz ərazisi, o cümlədən Ağdam şəhəri azad olundu. Üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi. Kəlbəcər şəhəri də daxil olmaqla, 147 yaşayış məntəqəsi işğaldan azad edildi. Dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə, bir güllə atmadan, şəhid vermədən qaytarılması siyasi-diplomatik uğur idi. Beləliklə, 44 günlük savaş Azərbaycanın gücünü göstərdi. Bu müharibə, ilk növbədə, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətinin, siyasi müdrikliyinin və uzaqgörənliyinin təcəssümü kimi tarixə düşdü. Müzəffər Ali Baş Komandanın bəyan etdiyi kimi, biz XXI əsrin müharibəsini aparmışıq və bu gün artıq sirr deyil ki, dünyanın aparıcı hərbi məktəblərində İkinci Qarabağ müharibəsindəki əməliyyatlar, bizim uğurlarımız, Qələbəmiz öyrənilir. Biz nəinki XXI əsrin müharibəsini nümayiş etdirmişik, dünyada heç vaxt olmayan Qələbəni qazanmışıq.

Qeyd edək ki, ərazi bütövlüyümüzün təmin olunması uğrunda 3 minə yaxın hərbçimiz şəhidlik zirvəsinə ucaldı. Prezident İlham Əliyevin sərəncamı ilə Vətən müharibəsinin başladığı günün - sentyabr ayının 27-nin Anım Günü kimi qeyd olunması torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş şəhidlərimizə dərin ehtiramın göstəricisidir.
44 günlük Vətən müharibəsindən ötən 4 il ərzində isə Azərbaycan çoxsaylı uğurlar qazandı. Bir çox strateji yüksəkliklər Azərbaycanın nəzarətinə keçdi. 2023-cü il aprelin 23-də isə Laçın istiqamətində Ermənistanla sərhəddə sərhəd-buraxılış məntəqəsini qoymaqla ərazi bütövlüyümüzü tam bərpa etdik. Böyük Qələbəmizin məntiqi sonluğu isə ötən ilin sentyabrında həyata keçirilən antiterror əməliyyatı oldu. Cəmi 23 saat davam edən əməliyyatlar zamanı Azərbaycan ərazilərində qanunsuz məskunlaşmış separatçı rejim ağ bayraq qaldıraraq təslim oldu. Beləliklə, Azərbaycan öz suverenliyini də bərpa etdi və separatçıların kitabı birdəfəlik bağlandı. Bu qələbə bütövlükdə regionun xilası oldu.

Xüsusilə qeyd etmək lazımdır ki, Vətən müharibəsi və antiterror əməliyyatı keçirilərkən 3200-dən çox qəhrəman şəhidimiz şəhadət zirvəsinə ucalması, 90 mindən çox gənc azərbaycanlının bu əməliyyatlarda iştirakı xalqımızın, xüsusilə də gənc nəslin vətənpərvərlik ruhunun göstəricisidir. Dövlət başçımızın da söylədiyi kimi, bu, onu göstərir ki, sinəsini qabağa verən gənclər o qədər vətənpərvərlik ruhunda tərbiyə olunmuşdur ki, onlar üçün Vətən torpaqlarını azad etmək ən şərəfli missiya olmuşdur. Məhz Vətən müharibəsindən sonra Azərbaycanda yeni dövr başlayıb. Dövlət başçımızın da söylədiyi kimi, biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil olmuşuq. Bu dövrün böyük nailiyyətlərini görməkdəyik. Belə ki, son 4-5 il ərzində ölkəmizin beynəlxalq mövqeləri daha da möhkəmlənib. İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələrini dünyaya qəbul etdirmək böyük diplomatik məharət tələb edir. Sevindirici haldır ki, biz buna nail olmuşuq. Təbii ki, bütün atılan addımlar güclü Azərbaycan naminədir.

Ən əsası, 44 günlük Vətən müharibəsində şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Onu da qeyd edək ki, işğaldan azad etdiyimiz ərazilərin bərpası, yenidən qurulması, Böyük qayıdış konsepsiyası uğurla icra olunmaqdadır. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən hər bir layihə həm də döyüş meydanındakı qələbəmizin quruculuq meydanında davamı və rəmzi ifadəsidir.

Mətləb Hüseynov,

YAP Göygöl rayon təşkilatı üzrə Kərəmli kənd ərazi partiya təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:34
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 24 Sentyabr 2025 09:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see182

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see181

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see150

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see150

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see137

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see134

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see132

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see129

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see127

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see126

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see125

Tramp Qazaxıstanın Abraham sazişinə qoşulduğunu elan edib

07 Noyabr 2025 04:18see124

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

07 Noyabr 2025 06:30see123

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see122

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see121

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see120

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see120

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin sədri postuna o irəli sürülüb

07 Noyabr 2025 07:36see117

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

07 Noyabr 2025 20:21see117

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri