Pentaqon C 130J Təyyarə İstehsalı Müqaviləsini 25 milyard dollara qədər artırıb
Icma.az, Oxumeni.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ Hərbi Hava Qüvvələri "Lockheed Martin" ilə "C-130J Super Hercules" hərbi nəqliyyat təyyarələrinin istehsalı üçün müqaviləsini 10 milyard dollar artıraraq 25 milyard dollara çatdırıb. Bu barədə Pentaqonun mətbuat xidmətinin çərşənbə axşamı yayımladığı açıqlamada bildirilib.
"Bu dəyişiklik nəticəsində müqavilənin ümumi nominal dəyəri 15 milyard dollardan 25 milyard dollara qədər artır", sənəddə qeyd olunur. Müqavilə 16 iyul 2035-ci ilə qədər tamamlanmalıdır. Bu tarixə qədər istehsal olunacaq təyyarələrin dəqiq sayı göstərilməyib. Amerika tərəfi onların bir hissəsini Avstraliya, Almaniya, Misir, Yeni Zelandiya, Norveç, Filippin və Fransaya satmağı planlaşdırır.
ABŞ Hərbi Hava Qüvvələri həmçinin "Boeing" ilə "B-52 Stratofortress" strateji bombardmançı təyyarələrinin mühərriklərinin dəyişdirilməsi üçün 2 milyard dollarlıq müqavilə bağlayıb. Müqavilə 31 may 2033-cü ilə qədər tamamlanmalıdır.
Əziz MUSTAFA
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 24 Dekabr 2025 12:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















