Icma.az
close
up
RU
44 günün qəhrəmanları BDU da Zəfər tariximizə həsr olunmuş tədbir təşkil olunub

44 günün qəhrəmanları BDU da Zəfər tariximizə həsr olunmuş tədbir təşkil olunub

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 28 oktyabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsi və Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə “44 günün qəhrəmanları – Zəfərin əbədi yaddaşı” adlı tədbir keçirilib.

Tədbir Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

BDU-dan AZƏRTAC-a bildirilib ki, Tarix fakültəsinin dekanı professor İbrahim Zeynalov, Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının müdiri dosent Azad Rzayev və YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxışlarında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsinin Azərbaycan tarixinin ən şanlı səhifəsi olduğunu qeyd ediblər. Çıxışlarda vurğulanıb ki, Vətən müharibəsində Azərbaycan xalqının həmrəyliyi, Ordumuzun gücü və Vətən uğrunda mübarizə əzmi dünyaya nümayiş etdirilib. Bu şanlı tarix gələcək nəsillərə milli həmrəyliyin, vətənpərvərliyin və azadlıq uğrunda mübarizənin ən parlaq nümunəsi kimi ötürülməlidir. Vətən müharibəsində şəhid olanların hər birinin həyat yolu gənclərimiz üçün örnəkdir. Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsi xalqımızın yaddaşında daim yaşayacaq.

Tədbirdə Vətən Müharibəsi Qəhrəmanı, şəhid Anar Əliyevin qızı, Tarix fakültəsinin II kurs tələbəsi Nigar Əliyeva və BDU-nun şəhid məzunu Ceyhun Şalıyevin qardaşı, fakültənin III kurs tələbəsi Kamal Şalıyev də çıxış ediərək, bu qəhrəmanlıq salnaməsinin gələcək nəsillərə çatdırılmasının hər bir vətəndaşın mənəvi borcu olduğunu bildiriblər.

Sonra şəhidlərin qəhrəmanlıq yolunu əks etdirən videoçarx nümayiş olunub.

Tədbirin bədii hissəsində Tarix fakültəsinin tələbələri tərəfindən ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Oktyabr 2026 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see293

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see282

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see279

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see274

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see274

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see269

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see260

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see259

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see253

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see252

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see234

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see229

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see228

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see228

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see225

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see222

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see217

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see216

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see213

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri