Icma.az
close
up
RU
Zəfər Bayramına həsr olunmuş tədbir keçirilib

Zəfər Bayramına həsr olunmuş tədbir keçirilib

Icma.az, Azpost portalına istinadən məlumat verir.

5 noyabr 2025-ci il tarixində Zəfər Bayramı ərəfəsində Bakının Xəzər rayonundakı 216 saylı tam orta məktəbdə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin yardımı ilə həyata keçirilən “Vətən Torpağını Qanları ilə Suvaranlar” adlı layihə çərçivəsində sayca dördüncü təntənəli bayram tədbiri keçirilib.

QHT.az xəbər verir ki, tədbir Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin (Q.Ə.Q.İ.B) təşkilatçılığı və Xəzər rayon filialının xüsusi fədakarlığı ilə yüksək səviyyədə baş tutub. Görüşdə həmçinin EN saylı hərbi hissənin zabit və əsgərləri də iştirak ediblər.

Tədbiri layihə rəhbəri, Q.Ə.Q.İ.B-in sədri qazi Firidun Məmmədov açıq elan edib. O, tədbirin təşkilinə verdiyi dəstəyə görə QHT-lərə Dövlət Dəstəyi Agentliyinə, məktəbin kollektivi adından direktor Çinarə xanım Qayıbovaya, eləcə də EN saylı hərbi hissənin komandiri, Vətən müharibəsi qəhrəmanı polkovnik Rəşad Nadirova və şöbə rəisi polkovnik Ceyhun Sadıqova dərin təşəkkürünü bildirib.

Daha sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirin rəsmi hissəsində Q.Ə.Q.İ.B-in Xəzər rayon filialının sədri Əvəz Əsgərov və Nərimanov rayon MKS-in böyük metodisti Kamilə xanım Novruzova çıxış edərək tədbir iştirakçılarını salamlayıb və Zəfər Bayramı münasibətilə təbrik ediblər.

Sonra mərasimdə şəhid analarına, qazilərə, hərbçilərə və ziyalılara söz verilib. Qonaqlar arasında “Uğurlu Yol” qəzetinin baş redaktoru və baş məsləhətçisi İlyas Qurbanov, AYB-in üzvü, qəzetin xüsusi müxbiri Aybəniz Xudiyeva, şairə Aləmzər xanım və digər ziyalılar çıxış ediblər. Onlar məktəblilərə və hərbçilərə Vətən sevgisinin, dövlətə sədaqətin və şəhidlərə hörmətin vacibliyindən bəhs ediblər.

Tədbirin bədii hissəsində müğənnilər, şairlər və məktəblilər Vətənpərvərlik mövzusunda mahnılar və şeirlər səsləndirərək öz istedadlarını nümayiş etdiriblər. Möhtəşəm atmosferdə keçən tədbirin sonunda fərqlənən şagirdlərə hədiyyələr təqdim olunub və tədbir alqışlarla yekunlaşıb.

https://youtu.be/wdowai_62ME

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:170
embedMənbə:https://azpost.info
archiveBu xəbər 08 Noyabr 2025 00:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see732

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see276

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see272

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see261

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see253

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see242

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see238

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see234

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see231

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see215

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see209

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see203

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see197

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see197

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see191

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see189

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see183

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see182

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see180

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri