Icma.az
close
up
RU
44 ün 33 üzərində diktəsi

44 ün 33 üzərində diktəsi

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yaxud ATƏT-in Minsk qrupunun “ölüm”ünə nekroloq əvəzi

Azərbaycan Xarici İşlər Nazirliyinin ATƏT-in Minsk prosesi və əlaqəli strukturlarının bağlanmasına dair 1 sentyabr 2025-ci i tarixli məlumatında bəzi vacib məqamlar açıqlanmaqla yanaşı, belə nəticəyə gəlinirdi ki, “vaxtilə Ermənistan–Azərbaycan münaqişəsinin nizama salınması məqsədilə təsis edilmiş sözügedən institutların münaqişənin həlli nəticəsində yaranmış yeni şəraitdə lüzumsuz olması bütün ATƏT iştirakçı dövlətləri tərəfindən qəbul edilərək, həmin institutların bağlanması rəsmiləşdirilib”:

“Sözügedən qərarın qəbulu, Azərbaycan Respublikasının vaxtilə işğal edilmiş əraziləri üzərində suveren nəzarətini və ərazi bütövlüyünü bərpa etməsi və bununla da Ermənistan– Azərbaycan münaqişəsinə son qoyulması ilə bağlı reallığın və Azərbaycan tərəfindən irəli sürülmüş sülh gündəliyinin beynəlxalq müstəvidə qəbul edilməsinin göstəricisi olmaqla yanaşı, 8 avqust 2025-ci il tarixli Vaşinqton görüşündə Azərbaycan və Ermənistan arasında normallaşma prosesi ilə əlaqədar əldə edilmiş razılıqların praktiki icrası istiqamətində mühüm addımdır. Azərbaycan Respublikası bundan sonra da regionda sülhün və sabitliyin gücləndirilməsi istiqamətində beynəlxalq hüquqa əsaslanan prinsipial və ardıcıl mövqeyini davam etdirəcəkdir”.

12 min 328 gün, 33 il 9 ay. ATƏT-in dünəndən artıq rəsmən tamamilə keçmişdə qalan Minsk qrupu bu qədər müddət yaşadı. Bəli, 1992-ci il martın 24-də o zaman ATƏM adlanan qurumun bu təsisatı bir qərinə ömür sürdü. Necə deyərlər, getsin gəlməsin. Əlbəttə, gəlməyəcək, çünki güclü və qüdrətli Azərbaycan dövləti özünün ərazi bütövlüyünü və suverenliyini şübhələndirməyə imkan tanımayacaq.

Əslində, Azərbaycan heç o zaman da işğal reallığını tanımamış və mübarizə aparmışdı. Hər halda, Ermənistan və havadarları ATƏT-in Minsk prosesinin yaranmasını arzulamamışdılar. Bütün dərd-sərləri nəyin bahasına olursa-olsun, ölkəmizdən torpaq qoparmaq idi. Ona görə də Minsk prosesi çərçivəsində xeyli oyunbazlıqlar törətdilər, manipulyasiyaları, spekulyasiyaları ard-arda sıraladılar. Nəhayət, dizlərini yerə qoydular. Dünən 33 il davam etmiş saxtakarlıqlara da, riyakarlıqlara da rəsmən son qoyuldu.

SSRİ-nin dağılmasından sonra – Ermənistanla Azərbaycan arasındakı indi tarixə çevrilmiş Dağlıq Qarabağ münaqişəsinin, guya, sülh yolu ilə həllinə çalışmaq üçün formalaşdırılmış beynəlxalq təşəbbüsə ehtiyac yoxdur. Həm də ona görə ehtiyac yoxdur ki, Azərbaycan həmin təşəbbüsün sözdə rəhbər tutduğu prinsipi özünün ədalətli yanaşması ilə təmin etdi. Ölkəmiz ədalət naminə ortaya möhtəşəm güc və iradə qoydu.

Qeyd edək ki, 1995-ci ildən başlayaraq, Minsk qrupuna üç həmsədr – ABŞ, Rusiya və Fransa rəhbərlik etmişdi. Yəni söz sahibi onlar idilər. Amma sahib olmaq istədikləri təkcə söz yox, diktə idi. Həmsədrlər mahiyyət etibarilə ədalətsizlik üçün, belə demək mümkünsə, diktə dillərini işə salmışdılar. Bir klişeləri də var idi - münaqişənin hərbi həlli yoxdur.

Prezident İlham Əliyev 2020-ci il noyabrın 25-də Kəlbəcərin azad olunması ilə bağlı xalqa müraciətində bu məqama kifayət qədər geniş izahat verib: “Mən bir daha danışıqlar dövrünə qayıtmaq istəyirəm. O vaxt dəfələrlə mənə deyilirdi ki, münaqişə yalnız sülh yolu ilə həll olunmalıdır. Deyə bilərəm ki, bütün beynəlxalq təşkilatlar, təmasda olduğum bütün böyük dövlətlərin liderləri dəfələrlə deyirdilər ki, münaqişənin hərbi həlli yoxdur. Bu, ifadələr açıq mətbuatda da var. Mən nə deyirdim? Deyirdim ki, var! Deyirdim ki, lazım olsa, torpaqlarımızı hərbi yolla azad edəcəyik. Deyirdim ki, müharibə heç zaman istisna olunmur. Danışıqlar dövründə müxtəlif mərhələlərdə dəfələrlə təklif irəli sürülürdü ki, Azərbaycan tərəfi müharibə yolundan imtina etsin. Mən heç vaxt buna razılıq vermirdim. Ondan sonra məni ittiham etməyə başlayırdılar ki, İlham Əliyev müharibəyə başlamaq istəyir. Mən deyirdim ki, məsələni sülh yolu ilə həll etmək istəyirəm. Amma həll etmək istəyirəm”.

Əminliklə onu da deyə bilərik ki, Azərbaycan 44 gün ərzində “olmaz” deyənlərin də üzərində diktə etdi. 44 gündə bizə 30 ilə yaxın müddətdə yaşatdıqlarının öcünü aldıq. Doğrudur, Ermənistan 2020-ci il noyabrın 10-da təslim olmuşdusa, Minsk qrupunun sıradan çıxması üçün əlavə beş il də gözlədik. Nəhayət, bu il avqustun 8-də bu qrup da “ağ bayraq” qaldırmaq məcburiyyətində qaldı. Həmin gün Azərbaycan və Ermənistan liderləri arasında Vaşinqtonda keçirilmiş görüşdə, iki ölkənin xarici işlər nazirləri birgə müraciət ünvanlayaraq, Minsk qrupunun və ona bağlı strukturların ləğvini xahiş etdilər.

Minsk qrupunun ləğvi Azərbaycanın Ermənistanla sülh müqaviləsinin imzalanması üçün irəli sürdüyü şərt idi. Ölkəmiz özündə münaqişə məntiqini saxlayan hansısa qurumun mövcudluğunu yolverilməz saydı. Məsələnin məhz bu cür qoyuluşu nəticəsində rəsmi İrəvan xeyli müddət vəziyyətlə barışmaq istəmədi. Avqustun 8-də isə barışmalı idi. Barışdı və sentyabrın 1-də ATƏT-in Nazirlər Şurası 57 üzv ölkənin yekdil qərarı ilə Minsk qrupununun və “Minsk prosesi” adlanan strukturun bağlanmasına qərar verdi. Dekabrın 1-dək isə “son”un texniki və inzibati “təmizləmə işləri”, avadanlıq və resursların təhvil verilməsi, sənədlərin arxivləşdirilməsi və s. tədbirlərin görülməsi qərarlaşdırıldı. Qərar dünən icra olundu.

Əlbəttə, Minsk qrupunun ləğvinin rasional reallıqlar prizmasından və yeni geopolitik kontekstdən izahı var. Məsələ ondadır ki, 2020-ci ilin 44 günlük müharibəsindən və 2023-cü ilin lokal xarakterli antiterror tədbirlərindən sonra Azərbaycan regiondakı “status-kvo”nu tamamilə öz xeyrinə dəyişməyə müvəffəq oldu. Nəticədə, vaxtilə danışıqlar masasında mümkün sayılan ssenarilər aktuallığını itirdi. Belə bir durumda Minsk qrupu da “donmuş format”a çevrildi. Yəni onun yaranışda açıqlanmış sülhə xidmət egidası reallıqların sülh diktəsi qarşısında aciz duruma düşdü. Yeri gəlmişkən, Ermənistan 44 günlük müharibədən sonra bu acizliyin də yaşanmaması üçün çox çalışıdı. təkcə Ermənistan yox, onun havadarları və dünya erməniliyi də həmçinin.

Ümumən, regionda 2020-2023-cü illərdə yaşanmış hadisələr göstərdi ki, münaqişənin tənzimlənməsi yalnız danışıqlarla deyil, real güc balansı və hərbi-siyasi reallıqlar çərçivəsində mümkündür. Deməli, bu vəziyyətdə Minsk qrupunun qalması həm də beynəlxalq diplomatik institutların dişsizliyi təəssüratı yarada bilərdi. Yəni ləğvdən qaçış yeri yox idi. Məsələni təkcə Ermənistan deyil, bütövlükdə beynəlxalq ictimaiyyət də məhz vurğuladığımız tərzdə qəbul etdi. Daha doğrusu, qəbul etməli oldu.

Minsk qrupunun ləğvi göstərdi ki, sülh prosesləri, normallaşma və regional inteqrasiya təşəbbüsləri yalnız bilavasitə dövlətlərarası münasibətlər əsasında deyil, həmçinin real geopolitik reallıqlar çərçivəsində qurula bilər. Halbuki, qrup “status-kvo + danışıqlar” siyasətini dəstəkləyirdi. Bu siyasətə son qoyulması imkan verdi ki, regiona dair məsələlər keçmişə baxış üzərindən yox, gələcəyə yönəlmiş barış, inteqrasiya, bərabərlik və davamlılıq prinsipləri əsasında həll olunsun. Beləliklə, klassik diplomatiya mərhələsi də ömrünü başa vurdu.

Bəli, Minsk qrupunun sonu həm də uzunmüddətli münaqişənin və danışıqsızlıq durumunun bitməsinin simvolik və praktiki addımıdır. O addım ki, gerçək geopolitik reallıqları və regionda mövcud olan yeni güc balansını qəbul edən beynəlxalq akt mahiyyəti daşıyır. Elə bir akt ki, illüziyanın, formallığın rəsmən sona çatdığının göstəricisidir. Axı Minsk qrupu real sülh mexanizminə deyil, geosiyasi balanslaşdırma alətinə çevrilmişdi ki, bu alət mahiyyətcə, ermənipərəst baxışa əsaslanırdı.

Sonda bir məqamı da vurğulayaq ki, Azərbaycanın hərbi gücü və iradəsi, həmçinin diplomatik səriştəsi ilə ATƏT-in Minsk qrupunun ləğvinin beynəlxalq düzən üçün də müstəsna mesaj payı var. Belə ki, ölkəmiz müasir dünyada özünün olana sahiblənmək, haqqını əldə etmək nümunəsidir. Bunu ədalətsiz düzənə qarşı demarş örnəyi kimi də qiymətləndirmək mümkündür. Nəzərə alaq ki, Azərbaycan öz gücü və iradəsi ilə BMT-nin illərdir icra olunmayan qətnamələrini yerinə yetirməklə, beynəlxalq hüquq prinsiplərinin qərarlaşmasına töhfə verdi.

Amma ədaləti təkcə ölkəmizmi bərpa etməlidir? Əsla yox! Məsələ beynəlxalq ictimaiyyətin ümdə vəzifəsinə çevrilməlidir. Bunun üçün isə işlək olmayan, ədalətdən dəm vuran, ancaq əməlində ədalətin heç “ə” hərfi belə olmayan strukturlar demontaj edilməli, yenidən formalaşdırılmalıdır. ATƏT-in Minsk qrupunun ləğvi həm də bu istiqamətdəki yüksək səsli çağırışdır.

Ə.CAHANGİROĞLU
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 Dekabr 2025 10:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see264

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see176

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see174

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see170

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see170

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see169

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see168

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see166

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see166

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see165

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see165

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see164

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see164

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see164

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see162

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see162

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see161

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see159

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see157

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri