Icma.az
close
up
RU
Gülə, çiçəyə bürünən Goranboy

Gülə, çiçəyə bürünən Goranboy

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz: @xqazeti 

Yaz fəslinin gəlişi ilə Goranboy rayonu sanki yenidən canlanıb. Şəhərin parklarında, küçələrində, yolkənarı ərazilərdə və yol dairələrində aparılan abadlıq və yaşıllaşdırma işləri nəticəsində əkilən rəngarəng güllər, müxtəlif çiçək kompozisiyaları və dekorativ gül kolları ətrafa xüsusi gözəllik verir. Təbiətin rəngləri ilə harmoniya yaradan bu mənzərə şəhər sakinlərinin gündəlik həyatına xoş ovqat qatır, rayona gələn qonaqlarda isə xoş təəssürat yaradır.

Səhər saatlarında park və xiyabanlarda gəzən insanlar, istirahət edən ailələr, uşaqların sevinc dolu anları Goranboyun nə qədər səliqəli və baxımlı bir şəhərə çevrildiyini aydın şəkildə göstərir. Əkilən güllərin ətri, çiçəklərin rəngarəng görüntüsü şəhərə xüsusi bir canlılıq gətirib. Yol kənarlarında yaradılan yaşıllıq zolaqları və estetik görünüşlü gül kompozisiyaları isə Goranboyun simasını daha da gözəlləşdirib.

Aparılan abadlıq işləri şəhərin xarici görünüşünü dəyişdirməklə yanaşı insanlarda doğma yurda sevgi və qayğı hissini də gücləndirir. Təmiz, baxımlı və gül-çiçək içində olan küçələr sakinlər tərəfindən böyük rəğbətlə qarşılanır.

Şəhər sakinləri görülən işləri yüksək qiymətləndirirlər. Rayon sakini Asəf Məhərrəmov bildirib ki, son illər Goranboyda həyata keçirilən abadlıq və yaşıllaşdırma işləri şəhərin simasını tamamilə dəyişib: “Bu gün küçələrimizdə, parklarımızda yaradılan gözəllik hər bir sakin üçün qürurvericidir. Hər tərəfdə səliqə-sahman, yaşıllıq və rəngarəng güllər insanın ruhunu oxşayır. Buna görə rayon rəhbərliyinə təşəkkürümüzü bildiririk”.

Digər rayon sakini Aydın Cəfərov da şəhərdə aparılan işlərin sakinlər tərəfindən razılıqla qarşılandığını qeyd edib: “Goranboy əvvəlkindən daha gözəl və baxımlı olub. Şəhərə gələn qonaqlar da bunu xüsusi qeyd edirlər. Görülən işlərə görə rayon rəhbərliyinə minnətdarıq. Belə gözəllik insanlarda yüksək əhval-ruhiyyə yaradır”.

Goranboy bu gün baharın ən gözəl rənglərini özündə əks etdirən, göz oxşayan və füsunkar bir məkana çevrilib.

Hamlet Qasımov
XQ-nin Gəncəbasar müxbiri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:171
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 May 2026 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see384

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see357

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see353

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see318

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see314

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see303

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see243

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see229

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see220

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see219

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see211

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see209

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see206

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see204

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see203

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see193

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see192

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see188

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see186

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri