Icma.az
close
up
RU
45 milyardlıq saray tikildi, xalq ayağa qalxdı: Regionda ikinci çevriliş anonsu

45 milyardlıq saray tikildi, xalq ayağa qalxdı: Regionda ikinci çevriliş anonsu

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Misir Prezidenti Əbdülfəttah əs-Sisinin 45 milyard dollara başa gələcək saray tikdirdiyini açıqlamasından sonra ölkədə xalq ayağa qalxıb. Əhali iqtisadi vəziyyətin pisləşməsi, hökumət strukturlarının korrupsiyalaşması və insan haqlarının pozulmasına etiraz edirlər. Aksiya iştirakçıları ölkə prezidenti əleyhinə şüarlar səsləndiriblər.

Aksiya iştirakçılarının “Ərəb baharı”nın məşhur “Əş-şab yurid iskat ən-nizam” mahnısını oxuması isə xüsusi diqqət çəkib. Beləliklə Yaxın Şərqdə Suriyadan sonra daha bir ölkədə hökumətin devrilə biləcəyinə dair müzakirələr artıb.

Globalinfo.az-a danışan Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu deyib ki, Suriyada hakimiyyət dəyişikliyinin regional və beynəlxalq təsirləri ola bilər, lakin Misirdə belə bir vəziyyətin baş verib-verməyəcəyi bir neçə amildən asılıdır:

“Hər iki ölkənin daxili və iqtisadi vəziyyətləri, siyasi strukturları və beynəlxalq müttəfiqlərinin dəstəyi bu məsələdə mühüm rol oynayır. Əslində Suriyadakı hökumət çevrilişi regionda güc balansını dəyişdirə biləcək səviyyədədir. Bu dəyişiklik bölgədə yeni dinamika yarada və bəzi siyasi qruplar üçün ilham mənbəyi ola bilər. Lakin unutmaq olmaz ki, Misir də özünün fərqli daxili reallıqlarına malikdir. Prezident Əbdülfəttah əs-Sisi hakimiyyəti ciddi şəkildə nəzarətdə saxlayır və ordu onun əsas dayağıdır. Silahlı Qüvvələr Misirin daxili siyasətində ən güclü təsirə malik qurumdur və hazırda hökumətə qarşı ciddi təhdid görünmür.

Ölkədə iqtisadi vəziyyətin pisləşməsi səbəbindən narazılıq artır. Lakin bu etirazların hakimiyyət dəyişikliyinə səbəb olması üçün təşkilatlanmış bir müxalifət və güclü lider lazımdır. “İxvan”ın hakimiyyətdən devrilməsindən sonra isə belə bir siyasi alternativ hələ yetişməyib və ya zəifdir”.


Vüqar Zifəroğlu

Ekspertin sözlərinə görə, Misir ABŞ, Avropa İttifaqı və Körfəz ölkələri ilə güclü əlaqələrə malikdir:

“Bu ölkələr Misirin sabitliyini regional maraqları üçün vacib hesab edirlər və hakimiyyət dəyişikliyinə qarşı çıxa bilərlər. Yəni beynəlxalq faktor mövcud iqtidarın xeyrinədir.

Şübhəsiz ki, Misirdə iqtisadi vəziyyət daha da ağırlaşarsa, genişmiqyaslı etirazlar hakimiyyət üçün problem yarada bilər. Lakin bu etirazların siyasi dəyişikliklərə səbəb olması ehtimalı ordunun davranışından asılıdır.

Nəticə olaraq, Dəməşqdəki hökumət çevrilişinin Qahirəyə dolaylı təsiri ola bilər, lakin hakimiyyət dəyişikliyi üçün daxili və xarici amillərin daha konkret şəkildə bir araya gəlməsi lazımdır”.

Turan Rzayev
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:67
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 27 Dekabr 2024 20:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see296

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see229

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see218

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see185

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see172

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see164

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see163

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see156

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see150

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see149

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see148

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see146

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see146

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see144

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see143

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see142

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri