Yeni il təhlükəsi: Qorunmaq üçün diqqətlə oxuyun XƏBƏRDARLIQ
Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Bayram günlərində evlərdə, kafe və restoranlarda, ticarət obyektlərində, eləcə də konsert salonlarında elektrik enerjisinə tələbat xeyli artır.
İstifadə olunan elektrik cihazlarının sayının çoxalması şəbəkədə əlavə yük yaradır. Belə hallarda isə əksər insanlar köməkçi vasitə kimi elektrik uzatma kabellərinə üz tutur. Lakin uzatma kabellərindən düzgün istifadə edilməməsi elektrik sistemində nasazlıqlara, qısaqapanmaya, yanğına və hətta həyati təhlükələrə səbəb ola bilər.
Çünki “kiçik məişət texnikası” kimi qəbul edilən bəzi cihazlar əslində yüksək elektrik enerjisi tələb edir və uzadıcı kabellərin daşıya biləcəyi güc həddini aşa bilər. Hətta bəzən bir neçə uzatma kabelinin bir-birinə qoşaraq istifadə edənlər də var. Uzatma kabelinin bir-birinə qoşulması həddindən artıq yüklənməyə və yanğın riskinin artmasına gətirib çıxarır.
Bu kimi hallar ərimə, qığılcım yaranması və yanğın təhlükəsini xeyli artırır. Bəs hansı cihazlar yalnız divar rozetkasından istifadə edilməklə işlədilməlidir?
Mövzu ilə bağlı təhlükəsizlik üzrə ekspert Orxan Musayev “Cebheinfo.az”-a bildirib ki, Yeni il sevincinin faicə ilə bitməməsi üçün hər kəs elektrik təhlükəsizliyi qaydalarına əməl etməlidir.
Onun sözlərinə görə, xüsusilə elektrik uzadıcılardan istifadə məsələsində diqqətli olunmalı və bu uzadıcılarla uşaqların təmasda olmamasına nəzarət olunmalıdır:
“Bayram günlərində evlərdə elektrik enerjisinə olan tələbat kəskin artır. Şam ağacı işıqları, dekorativ lampalar, elektrik qızdırıcıları, mətbəx avadanlıqları və məişət texnikası eyni vaxtda istifadə olunur. Ən böyük problem isə bu cihazların bir hissəsinin elektrik uzadıcılara qoşulmasıdır.
Bu məqama bir çox hallarda nəzər yetirilmir. Ancaq uzadıcılara normadan artıq yük düşdükcə kabel qızır, izolyasiyası əriyir. Bu da qısaqapanma və hətta yanğınlarla nəticələnə bilir. Yüksək güc tələb edən cihazlar mütləq birbaşa divar rozetkasına, yəni elektrik yuvasına qoşulmalıdır.
Elektrik qızdırıcıları, radiator və kalonkalar, elektrik sobaları və mini peçlər, mikrodalğalı sobalar, elektrik çaydanları ütülər, paltaryuyan və qabyuyan maşınlar, kondisionerlər, su qızdırıcıları, elektrik plitələri və güclü kofe aparatları yüksək enerji sərf edən cihazlardır. Bu cihazların gücü adətən 1500-3000 vatt aralığında olur və adi uzadıcının kabeli belə yüklənməyə hesablanmayıb”.
Təhlükəsizlik eksperti qeyd edib ki, uzadıcılardan yalnız azgüclü cihazlar üçün istifadə etmək olar:
“Məsələn, televizor, modem, noutbuk, telefon adapterləri, masa lampaları, Yeni il şam ağacının işıqları və s. Amma burada da ölçü gözlənilməlidir. Uzadıcıların üzərində göstərilən maksimum güc adətən 2000-2500 vatt olur. Bu da norma həddidir.
Bu həddi keçmək olmaz. Ən çox rast gəlinən risklərdən biri şam ağacının işıqlarının keyfiyyətisiz və sertifikatsız olmasıdır. Həmçinin həmin işıqların qızdırıcı və digər güclü cihazlarla eyni uzadıcılara qoşulması da çox təhlükəlidir. Uzadıcıların xalça altında, pərdə arxasında sıxılmış vəziyyətdə qalması da əlavə risklər yaradır. Çünki kabel havalanmır və daha tez qızma riski yaradır”.
Orxan Musayev vurğulayıb ki, uzadıcılar elektrik yuvasının alternativi deyil və hesab edilə bilməz:
“Yüksək güclü cihazlar yalnız və yalnız birbaşa rozetkaya qoşulmalıdır, yəni elektrik yuvasına. Avtomat qoruyucuların istifadə edilməsi qaydaları da var ki, bu qaydaların tələblərinə riyayət olunmalıdır. Yalnız sertifikatlı elektrik qoruyucular alınmalıdır.
Uzadıcıların istifadəsi zamanı bir uzadıcını digərinə taxaraq istifadə məsafəsini uzatmaq yol verilməzdir. Yeni il işıqlarını və artıq işləməyən cihazları söndürmək vacibdir.
Bu, təkcə qənaət yox, həm də elektik yüklənməsinin qarşısını almaq üçün atılan mühüm bir addımdır. Elektrik enerjisi rahatlıq yaradır, insanların həyat yaşam şəraitini yaxşılaşdırır. Amma düzgün istifadə olunmadıqda ciddi təhlükə mənbəyinə çevrilir”.
Əfsanə Rəcəb
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 30 Dekabr 2025 13:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















