450 işıqlandırıcı və plafon, 150 vt dirək lampası, 340 bəzək işığı 71 min AZN
Hurriyyet saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Quba İcra Hakimiyyəti küçə işıqlandırılması üçün 71 min manatlıq müqavilə bağlayır
Quba Rayon İcra Hakimiyyəti rayon ərazisində küçə işıqlandırma işlərinin həyata keçirilməsi ilə bağlı satınalma prosedurunu yekunlaşdırıb.
Hurriyyet.az xəbər verir ki, keçirilən tenderin qalibi “BABAYEV GROUP COMPANY” MMC olub. Şirkətlə ümumi dəyəri 71.213 manat olan müqavilənin bağlanacağı gözlənilir.
Layihə çərçivəsində ümumilikdə 450 ədəd işıqlandırıcı və plafonun dəyişdirilməsi, həmçinin yararsız 150 vt-luq dirək lampalarının yenilənməsi nəzərdə tutulur. İşlər qaldırıcı kran vasitəsilə aparılacaq, lampalar və plafonlar istehsalçıdan 3 il, quraşdırmadan isə ən azı 1 il zəmanətlə təmin olunacaq.
Bundan əlavə, rayon ərazisində küçə işıqlandırılması üçün 340 ədəd dekorativ bəzək işıqları da quraşdırılacaq.
Qeyd edək ki, “BABAYEV GROUP COMPANY” MMC-nin qanuni təmsilçisi Raman Babayev Şaiq oğludur.
Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudovdur.
Baxış sayı:104
Bu xəbər 25 Sentyabr 2025 16:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















