Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

71 min rusa 340 məktəb, 3 milyon azərbaycanlıya isə... Bakıdan kritik qərar

71 min rusa 340 məktəb, 3 milyon azərbaycanlıya isə... Bakıdan kritik qərar

Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.

2025-ci tədris ili üzrə Azərbaycandakı ümumi təhsil müəssisələrində 1 619 335 şagird var. Onlardan təxminən 100 mini rus dilində təhsil alır ki, bu da ümumi şagird sayının 6,18 faizini təşkil edir. Bu haqda APA-nın araşdırma yazısında bildirilir.

Statistikaya əsasən, Azərbaycanda yaşayan etnik rusların sayı təxminən 71 min nəfərdir. Bu isə o deməkdir ki, rus bölməsində oxuyanların əksəriyyəti etnik ruslar deyil, məhz azərbaycanlı uşaqlardır. Hazırda Azərbaycanda tam rus dilində tədris aparan 17 məktəb fəaliyyət göstərir. Bundan əlavə, 340 ümumi təhsil müəssisəsində rus bölməsi mövcuddur.

Maraqlıdır ki, Rusiyada təxminən 3 milyona yaxın azərbaycanlının yaşadığı bildirilsə də, Rusiya Federasiyası ərazisində Azərbaycandilli məktəb mövcud deyil. Bu məsələ zaman-zaman ictimaiyyət tərəfindən müzakirə olunur. Dördpendirli pizza

Eyni zamanda, İran da bu kontekstdə tez-tez tənqid olunur. Bildirilir ki, İran İslam Respublikasında 40 milyona yaxın Azərbaycan türkü yaşasa da, onların ana dilində təhsil ala biləcəkləri məktəblər fəaliyyət göstərmir. Bu isə çoxları tərəfindən mədəni və dil hüquqlarının pozulması kimi qiymətləndirilir.

Globalinfo.az-a danışan deputat Ceyhun Məmmədovun fikrincə, bu kimi məsələlərin müzakirəsi zamanı diqqətli olmaq lazımdır.

O, Azərbaycanı Rusiya və İranla müqayisə etməyin əleyhinə olduğunu qeyd edib:

“Azərbaycan tolerant, multikultural ölkədir. Məhz bu səbəblərdən Azərbaycana dünyada böyük diqqət var. Ölkəmizdə rus dili məktəblərinin hazırkı dönəmdə fəaliyyət göstərməsi normaldır. Biz birdən-birə həmin məktəblərin hamısını bağlaya bilmərik. Bununla bağlı Elm və Təhsil Nazirliyinin də açıqlaması oldu. Qeyd olunan rəqəmlər böyük bir göstərici deyil. Ölkəmizdə təxminən 100 minə yaxın rus yaşayır. Eyni zamanda, informasiya müharibəsində uduzmamaq üçün bizə rus dilini bilən mütəxəssislər də lazımdır”.

Deputat deyib ki, birdən-birə rus dilində olan məktəblərin bağlanması çoxlu sayda müəllimin işsiz qalmasına səbəb olacaq:

“Rusdilli məktəblərin bağlanması, ümumilikdə, təhsil və tədris prosesimizə də təsir göstərə bilər. Ona görə də hələ tələsməməliyik. Onsuz da bu məktəblər mərhələli şəkildə bağlanır. Getdikcə azalacaq və daha az insan o məktəblərdə təhsil alacaq. Prosesləri təmkinlə gözləməli və sona kimi dövlətimizin yanında olmalıyıq. Bu gün prioritet məsələ Rusiyada yaşayan azərbaycanlıların hüquqlarının qorunması, orada azərbaycanlılara qarşı təzyiqlərin qarşısının alınmasıdır. Mövqeyimizi bu istiqamətdə gücləndirməliyik”.

Təhsil məsələləri üzrə ekspert Sona Əliyevanın sözlərinə görə, bu fakt göstərir ki, rus bölməsində təhsil alan şagirdlərin əhəmiyyətli hissəsi etnik azərbaycanlılardır və valideynlərin bir qismi övladlarını rus bölməsində oxutmağa üstünlük verir:

“Səbəblər arasında rus dilinin regiondaxili və beynəlxalq kommunikasiyada önəmli mövqeyə malik olması, eləcə də gələcək karyera imkanlarını genişləndirdiyi barədə yayılmış təsəvvürlər dayanır. Hazırda Azərbaycanda tamamilə rus dilində təhsil verən 17 məktəb və rus bölməsi olan 340 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir. Bu göstəricilər ölkədə rus dilində təhsilə münasibətdə liberal və tolerant yanaşmanın olduğunu təsdiqləyir. Digər tərəfdən, maraqlı müqayisə obyektinə çevrilən Rusiya və İran kimi ölkələrdə fərqli mənzərə müşahidə olunur. Bu fakt Azərbaycanla müqayisədə həmin ölkələrdə milli azlıqlara yönəlik dil siyasətinin daha məhdudlaşdırıcı olduğunu göstərir”.

Ekspert deyib ki, 2025-ci tədris ilində Azərbaycanda rus bölməsində təhsil alan şagirdlərin sayı ümumi şagird kontingentinin təxminən 6 faizini təşkil edir və bu göstəricinin yaxın illərdə sabit qalacağı və ya müəyyən qədər artacağı proqnozlaşdırılır:

“Çünki bir çox valideyn hələ də rus dilini beynəlxalq ünsiyyət və gələcək karyera baxımından üstünlük kimi görür. Bununla belə, uzunmüddətli perspektivdə dövlət dili siyasətinin güclənməsi və milli identitetin möhkəmlənməsi fonunda rus bölməsinə marağın tədricən azalması mümkündür. Hazırda Azərbaycanda fəaliyyət göstərən rusdilli məktəblərin və bölmələrin tamamilə bağlanması məqsədəuyğun hesab edilmir. Bu, həm azsaylı rus icmasının hüquqlarını, həm də çoxdilli təhsil ənənəsini qoruyur. Digər tərəfdən, Rusiyada milyonlarla azərbaycanlının, İranda isə on milyonlarla Azərbaycan türkünün olmasına baxmayaraq, ana dilində təhsil hüququnun tanınmaması həmin ölkələrin vahid və mərkəzləşdirilmiş dil siyasəti, assimilyasiya yönümlü yanaşmaları, milli azlıqlar üçün hüquqi mexanizmlərin məhdudluğu və azərbaycanlı icmaların təşkilatlanma çətinlikləri ilə izah olunur. Bu amillər oradakı icmaların dil və mədəniyyət baxımından identitet risklərini artırır. Nəticə etibarilə, Azərbaycanda mövcud dil siyasəti beynəlxalq miqyasda daha açıq və tolerant model hesab edilə bilər, lakin dövlət dili prioriteti də mütləq şəkildə qorunmalıdır”.

Qeyd edək ki, Azərbaycanda fars və digər qeyri-rəsmi dillərdə tədris aparan məktəblər mövcud deyil.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 05 İyul 2025 19:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see367

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see289

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see270

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see250

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see249

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see233

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see227

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see224

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see214

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see211

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see206

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see204

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see203

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see201

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see200

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see199

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see195

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see188

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see179

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri