Icma.az
close
up
RU
Menu

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

Pensiyalar yanvarda bu qədər artacaq

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

“Bu modeldə müəllimə ən azı iki dəfə yüksək maaş verilməsi planlaşdırılır...”

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

Nicat Kazımov oğluna toy etdi Video

Nəcibənin toyudur Fotolar

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

Mərhum Xalq artistinin yaxın qohumu imiş

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

4600 manat pensiya alan keçmiş hakim narazı qalıb, məbləğin artması üçün məhkəmədə iddia qaldırıb: şikayəti təmin olunub

4600 manat pensiya alan keçmiş hakim narazı qalıb, məbləğin artması üçün məhkəmədə iddia qaldırıb: şikayəti təmin olunub

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Məhkəmə hakimləri yaş həddi ilə əlaqədar vəzifədən gedəndən sonra kifayət qədər yüksək pensiya alsalar da, yenə narazı qalırlar. 4000-5000 manat və daha çox təqaüd alan keçmiş hakimlər bu məbləğlə razılaşmayaraq, artım tələb edirlər. Təqaüdə hakimlərin bir çoxu bu məsələ ilə əlaqədar məhkəmədə iddia qaldırıb, pensiyasının artırılmasını tələb edib.

Bizimyol.info xəbər verir ki, eyni tələblə hazırda məhkəmədə çəkişənlərdən biri də uzun illər hakimlik təcrübəsi olan 1958-ci il təvəllüdlü Vladimir Ruvinovdur. 15 ildən çox təcrübəyə malik Vladimir Yefimoviç təkcə hakim yox, bir müddət məhkəmə sədri də işləyib. O, ilk dəfə 2008-ci ildən hakim təyin edilib və 10 il Sumqayıt Şəhər Məhkəməsində bu vəzifədə çalışıb. Daha sonra Xaçmaz Rayon Məhkəməsinə göndərilib. İki il də orada fəaliyyət göstərəndən sonra 2020-ci ildə Qubadlı Rayon Məhkəməsinin hakimi, eyni zamanda da sədri təyin olunub. 21 dekabr 2023-cü ilə qədər də burada işləyəndən sonra təqaüdə göndərilib.

Vladimir Ruvinova yaşa görə 4600 manatdan bir qədər artıq məbləğdə əmək pensiyası verilsə də, o, narazı qalıb və məhkəməyə üz tutub ki, məbləğ artırılmalıdır. Onun 15 il 4 ay 14 gün hakimlik stajı var. Ona verilən pensiya iş stajına uyğun olaraq, onun orta aylıq əməkhaqqının (8138 manat) 51 faizi (4150,57) və əlavə nəzərə alınmaqla, 4600 manat olub.

Lakin o, hesab edir ki, pensiyası düzgün hesablanmayıb. Tələb edir ki, işlədiyi müddətdə son iki il ərzində aldığı əmək haqqının orta aylıq məbləğinin 80 faizi qədər əlavə nəzərə alınaraq, əmək pensiyası yenidən hesablansın. Pensiya təyin edildiyi vaxtdan yenidən hesablandığı vaxta qədər aradakı məbləğ fərqi də toplanıb, ona ödənilsin.

Keçmiş hakim məhkəmədə Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia qaldırıb. Bu qurum isə ona etiraz edib, tələbinin əsassız olduğunu bildirib. Fondun nümayəndəsi də məhkəmədə deyib ki, qarşı tərəf .2017-ci ilə qədər – özünün hakim vəzifəsinə təyin edildiyi dövrdə qüvvədə olmuş qanunvericiliyə istinad edib, ona pensiya təyin olunmasını istəyir. Halbuki, onun yaşa görə əmək pensiyası almaq hüququ 22 dekabr 2023-cü il tarixdən yaranıb: “Bu səbəbdən də əvvəlki dövrdə qüvvədə olmuş qanunvericiliyə istinad edilməsi qanuna müvafiq hesab edilməməlidir”.

Lakin məhkəmə Vladimir Ruvinovun iddiasını təmin edərək, Dövlət Sosial Müdafiə Fondunun üzərinə onun pensiyasını yenidən hesablamaq öhdəliyi qoyub. Fond bu qərardan apellyasiya şikayəti verib. Lakin Bakı Apellyasiya Məhkəməsi də keçmiş hakimi haqlı sayıb.

Aytən, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 15 May 2025 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see519

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see342

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see288

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

19 Noyabr 2025 23:18see218

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see199

“Bu modeldə müəllimə ən azı iki dəfə yüksək maaş verilməsi planlaşdırılır...”

19 Noyabr 2025 13:22see159

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see158

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see150

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see148

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see143

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see142

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see138

Nicat Kazımov oğluna toy etdi Video

19 Noyabr 2025 22:37see134

Nəcibənin toyudur Fotolar

19 Noyabr 2025 21:20see134

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see132

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see131

Mərhum Xalq artistinin yaxın qohumu imiş

19 Noyabr 2025 11:22see131

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

20 Noyabr 2025 16:09see129

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

20 Noyabr 2025 16:11see129

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

20 Noyabr 2025 13:51see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri