Icma.az
close
up
RU
47 illik gizli qüvvə ilə bağlı sirr açıldı: Xomeyninin gəldiyi ölkəyə Xamenei gedir?

47 illik gizli qüvvə ilə bağlı sirr açıldı: Xomeyninin gəldiyi ölkəyə Xamenei gedir?

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

İranda davam edən etiraz aksiyalarında bir qisim hökumətin devrilməsi və Pəhləvilərin qayıdışının tərəfdarı olsa da, mövcud rejimi dəstəkləyənlər də az deyil. Tehran rəsmiləri çıxışlarında rejim əleyhdarlarının arxasında xarici qüvvələrin dayandığını vurğulayırlar. Burada əsasən ABŞ, İsrail və Avropa İttifaqının adı çəkilir. Həmçinin hazırkı hakimiyyəti də Rusiya və Çinin dəstəklədiyi bildirilir. Lakin Fransanın adı proseslərdə xüsusi vurğulanır.

Hətta bəzi ekspertlər İslam İnqilabının başlanğıcında Fransanın mühüm rol oynadığını vurğulayırlar. Məlumata görə, 1979-cu ilin fevralında Ayətullah Xomeyni Parisdə olduğu dövrdə, Fransa Hava Yollarına məxsus təyyarə ilə ölkəsinə qayıtmışdı. İndi isə İranda hakim rejimin devrilmə təhlükəsi gündəmə gəlib və bu, tarixi əlaqələrin kontekstində yeni suallar doğurur.

Fransalı diplomatların İranı tərk etməyə başlaması Tehranda, Təbrizdə və digər iri şəhərlərdə Fransa kəşfiyyatının mövcudluğu və rolunu yenidən gündəmə gətirib. Bundan əlavə, Parisin İranda baş verən proseslərə yanaşması, hətta rejimi “xilas etmək” niyyətinin olub-olmaması da maraq doğuran məsələlər sırasındadır.

Parisin İranla bağlı proseslərdə mövqeyi nədir? Ölkənin ali rəhbəri Fransaya qaça bilərmi?

Globalinfo.az-a danışan deputat Arzu Nağıyev bildirib ki, İranda baş verən hadisələr həm dünyada, həm də ölkəmizdə yaxından izlənilir:

“Mövcud proseslər diqqətlə analiz edilir və nəticələr barədə müəyyən fikirlər irəli sürülə bilər. Xüsusilə qeyd etmək istəyirəm ki, iqtisadi və sosial məsələlərdən qaynaqlanan hadisələr artıq siyasi xarakter alıb, etirazlar zamanı baş verən qarşıdurmalar nəticəsində ölümlər qeydə alınır. ABŞ və digər ölkələr müxtəlif bəyanatlar verirlər. Hətta Böyük Britaniyada İran bayrağı dəyişdirilib.

Bir məqamı da qeyd etmək istəyirəm: Rza Pəhləvinin adı hallanır ki, o hakimiyyətə gələcək. Lakin aparılan təhlillər göstərir ki, ABŞ və digər ölkələr Rza Pəhləvinin yenidən hakimiyyətə qayıtmasını gündəmdə saxlamır. Mən bunun mümkün olduğunu düşünmürəm.


Arzu Nağıyev

Pəhləvinin geri qayıtması monarxiyanın bərpası deməkdir, bu isə real deyil. Hətta İranda və dünyada yeni monarxiyanın yaranmasına qarşı çoxlu qüvvələr mövcuddur. İran cəmiyyəti parçalanıb, lakin bu, onların monarxiya istədiyi anlamına gəlmir. Mən deyərdim ki, indiki mitinqlərdə hakimiyyət dəyişikliyi məqsədi yoxdur. Bu, İranın daxili işidir və ölkə öz daxili işlərini özü tənzimləyəcək.

O ki qaldı Fransaya, Parisin regionda maraqlarının olması heç kəsə sirr deyil. Lakin mən mövcud rejimin devriləcəyini düşünmürəm. Digər tərəfdən, İranın ali rəhbərinin sağlamlığı da ölkəni tərk etməyə uyğun deyil”.

Sabiq diplomat, Azərbaycanın Tehrandakı keçmiş səfiri Nəsib Nəsibli isə bildirib ki, İran enerji resursları və qiymətli metallar ilə zəngin bir ölkədir:

“Təbii olaraq, böyük dövlətlər İrana diqqət edir, bura ilə bağlı xüsusi strategiyalar qurur. Lakin Fransanın proseslərdə ABŞ və İsrail qədər aktiv olmadığı görünür. Ümumiyyətlə Fransa ilə bağlı vəziyyət dəyişib. Fikrimcə, Paris əvvəlki gücünü itirib və əsasən Avropa məsələlərinə fokuslanıb. Hətta Afrika ölkələrində belə aktivliyi azalıb.


Nəsib Nəsibli

İranın ali rəhbərinin Fransaya getmə ehtimalının aşağı olduğunu düşünürəm. Ümumiyyətlə bu şəxs yaşlıdır və illərdir xəstə olduğu deyilir. Ölkədən xaricə də çıxmayıb. Hətta son zamanlar onun Rusiyaya gedəcəyinə dair iddialar yayıldı. Lakin bu iddianı çox da inandırıcı hesab etirəm. Digər tərəfdən, əlbəttə, siyasət elə bir sahədir ki, orada hər zaman gözlənilməz hadisələr də baş verə bilər”.

Turan Rzayev
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 13 Yanvar 2026 19:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see223

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see203

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see198

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see187

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see175

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see169

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see146

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see143

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see141

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see139

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see137

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see136

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see135

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see131

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see124

İngiltərə Kuboku: “Brayton” “Yunayted”i məğlub edib

11 Yanvar 2026 23:01see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri