Icma.az
close
up
RU
Cənubi Qafqaza ABŞ gəlir, Rusiya gedir: Kremlin təhdid etdiyi İrəvan Türkiyəyə üz tutur

Cənubi Qafqaza ABŞ gəlir, Rusiya gedir: Kremlin təhdid etdiyi İrəvan Türkiyəyə üz tutur

Icma.az, Olke.az saytına istinadən bildirir.

Cənubi Qafqazda Rusiyanın mövqelərinin zəifləməsinə paralel olaraq, regional sülh gündəliyinin mərkəzinə hərbi deyil, məhz nəqliyyat və iqtisadi-ticari inteqrasiya hədəfləri yerləşdirilir... Bu prosesin uğuru isə birbaşa regional sabitlik, Ermənistanın Azərbaycan və Türkiyə ilə normal münasibətləri, eləcə də, Cənubi Qafqazda qlobal güclər arasında yeni balansın yaranması ilə mümkün ola bilər...

Ermənistanda Paşinyan hakimiyyətinin mövcudluğu artıq Rusiya üçün geopolitik problemə çevrilib. Belə ki, Kreml hələlik Paşinyan hakimiyyətinin Ermənistanı Rusiyadan uzaqlaşdırıb, Qərbə yaxınlaşdırma siyasi kursunu bloklamaqda çətinlik çəkir. Hətta növbəti parlament seçkilərindən sonra Ermənistanda “post-Rusiya dövrü”nün başlaya biləcəyi də qətiyyən istisna deyil. Və məhz ona görə də, son vaxtlar Kreml Rusiyanın orbitindən çıxmağa çalışan Ermənistanı açıq-aşkar hərbi müdaxilə ilə təhdid etməyə başlayıb.

Onu da qeyd etmək lazımdır ki, Ermənistan-Rusiya münasibətləri hazırda son onilliklərin ən dərin siyasi-psixoloji böhran mərhələsinə daxil olub. Rəsmi İrəvandan gələn açıqlamalar, Kremli əndişələndirən siyasi-diplomatik mesajlar onu göstərir ki, mövcud situasiya artıq yalnız sadəcə, narazılıqları deyil, həm də strateji istiqamət dəyişikliyini də ifadə edir. Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyanın rusiyalı teleaparıcı, Kremlin propoqandaçısı Vladimir Solovyovu açıq şəkildə təhqir etməsi, Rusiya səfirinə etiraz notası təqdim olunması, rus sərhədçilərin postlardan çıxarılma planları və ABŞ-la yeni regional layihələrin icrasına hazırlıq iki ölkə arasında münasibətlərin tədricən “qopma nöqtəsi”nə yaxınlaşdığını göstərir.

Məsələ ondadır ki, Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyanın Vladimir Solovyovu “it” adlandırması ilk baxışdan, emosional və diplomatik etikaya zidd açıqlama kimi də görünə bilər. Ancaq müşahidələr onu göstərir ki, bu açıqlama sırf şəxsi reaksiya deyil, məhz Paşinyan hakimiyyətinin Rusiyanın Ermənistana açdığı “informasiya savaşı”na qarşı sərt cavab strategiyasının tərkib hissəsidir. Çünki Vladimir Solovyov Kremlin birbaşa təlimatı olmasaydı, “Ermənistanda Ukrayna ssenarisi ilə xüsusi hərbi əməliyyat” ehtimalından danışmazdı. Və Kremlin bu qeyri-rəsmi təhdid ritorikası rəsmi İrəvanın sərt reaksiyasına səbəb oldu.

Digər tərəfdən, Rusiya səfiri Sergey Kopırkinin Ermənistan Xarici İşlər Nazirliyinə çağırılması və ona etiraz notasının təqdim edilməsi da erməni diplomatiyasında nadir, hətta yeni presedent sayıla bilər. Çünki bu addım rəsmi İrəvanın Kreml ilə münasibətləri “strateji müttəfiqlik” deyil, məhz “problematik tərəfdaşlıq” çərçivəsində yenidən müəyyən etməyə çalışdığını göstərir. Əslində, bu proses Ermənistanın uzun müddət daxili auditoriyaya ünvanladığı, ancaq beynəlxalq səviyyədə ehtiyatla ifadə etdiyi mövqenin artıq açıq müstəviyə keçdiyini də göstərir. Və bu, həm də o deməkdir ki, rəsmi İrəvan Rusiyanın Ermənistan üçün ənənəvi xarakter daşıyan hərbi müttəfiq, yaxud təhlükəsizlik təminatçısı rolundan da faktiki olaraq, imtina edir.

Maraqlıdır ki, Ermənistan və Rusiya arasında gərginliyin səbəbləri yalnız son insidentlərlə məhdudlaşmır. Belə ki, hazırda Kreml Ermənistanda “sərhədçi böhranı” da yaşayır və bu, rəsmi İrəvanın Rusiyaya bağlı ənənəvi təhlükəsizlik arxitekturasının sökülməsinə cəhd göstərdiyini sezdirir. Hər halda, rəsmi İrəvanın Rusiya sərhədçilərinin Türkiyəyə qonşu “Axurik” sərhəd-keçid məntəqəsindən çıxarılması ilə bağlı planı da qətiyyən texniki qərar deyil. Və bu, Ermənistanın təhlükəsizlik sisteminin post-Rusiya mərhələsinə keçirilməsi üçün rəsmi başlanğıcdır.

Belə anlaşılır ki, KTMT-nin Ermənistan üçün elə bir funksional əhəmiyyəti qalmayıb, Rusiyaya qarşı siyasi-ictimai etimadsızlıq mühiti dərinləşib, Qərb strukturları ilə təhlükəsizlik əməkdaşlığının genişləndirilməsinə yönəlik proses intensivləşib. Ona görə də, rəsmi İrəvan artıq Ermənistanın “təhlükəsizlik suverenliyi”ni Rusiyanın ölkədə hərbi varlığı ilə deyil, məhz siyasi-diplomatik balans və regional inteqrasiya ilə təmin etməyə çalışır. Bu baxımdan, Ermənistan və ABŞ arasında imzalanacaq “Tramp Marşrutu” (TRIPP) layihəsi ilə bağlı saziş sırf nəqliyyat təşəbbüsü deyil. Bu, Ermənistanın da iştirakı ilə Cənubi Qafqazın yenidən dizayn olunmasına yönəlik önəmli geostrateji prosesdir.

Ən Əsasısa, TRİPP layihəsində Ermənistanın Azərbaycan və ABŞ-la ortaqlığı onu göstərir ki, regionda artıq Rusiyanın təmsil olunduğu geopilitik formatlara ehtiyac duyulmur. Bu layihə sayəsində Ermənistan yalnız regional deyil, daha geniş cografiyada nəqliyyat və logistika sistemlərinə inteqrasiya imkanı qazanacaq, Rusiyanın Cənubi Qafqazdakı tranzit mexanizmlərin önəmi azalacaq, Ankara-Bakı-İrəvan xəttində normallaşma daha intensiv mərhələyə keçəcək. Və bu, Zəngəzur dəhlizi ətrafında formalaşmış geopolitik reallığın daha geniş geostrateji məkana və beynəlxalq müstəviyə yayılması ehtimalını artırır.

Bütün bunlara paralel olaraq, rəsmi İrəvan Azərbaycanla yanaşı, Türkiyə ilə də münasibətlərin normallaşdırılmasına cəhd göstərir. Xarici işlər naziri Ararat Mirzoyanın son açıqlamaları onu göstərir ki, rəsmi İrəvanın Türkiyə ilə münasibətləri artıq deklarativ dialoq mərhələsini geridə qoyub. Bu prosesin əsas özəlliyi ondan ibarətdir ki, normallaşma yalnız Ermənistan və Türkiyə üçün deyil, həm də Azərbaycan, Avropa dövlətləri, ABŞ və Asiya ölkələri üçün də iqtisadi baxımdan, faydalıdır. Və bu isə Ermənistana regionda konflikt ölkəsindən tranzit və əməkdaşlıq məkanına çevrilmə imkanları aça bilər.

Eyni zamanda, bütün bunlara paralel olaraq, Cənubi Qafqazda regional sülh gündəliyinin mərkəzinə hərbi yox, məhz nəqliyyat və iqtisadi-ticari inteqrasiya hədəfləri yerləşdirilir. Bu isə rəsmi Bakının prioritet elan etdiyi hədəfləri nəzərə aldıqda, Azərbaycanın regional maraqları ilə üst-üstə düşür. Üstəlik, artıq qətiyyən şübhə doğurmur ki, Ermənistan Türkiyə və Azərbaycanla normallaşma prosesini praktik mərhələyə keçirmək niyyətindədir. Və buna paralel olaraq, Ermənistan Rusiya mərkəzli təhlükəsizlik modelindən çıxmağa, Kremllə münasibətləri isə qeyri-müəyyən çərçivədə saxlamağa çalışır.

Təbii ki, bu, Ermənistan üçün riskli, ancaq qaçılmaz mərhələdir. Rəsmi İrəvan artıq geopolitik “aralıq zona” olmaq istəmir və regionda öz yerini yenidən müəyyənləşdirməyə çalışır. Və bu prosesin uğuru isə birbaşa regional sabitlik, Ermənistanın Azərbaycan və Türkiyə ilə normal münasibətləri, eləcə də, Cənubi Qafqazda qlobal güclər arasında yeni balansın yaranması ilə mümkün ola bilər.(musavat.com)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:48
embedMənbə:https://olke.az
archiveBu xəbər 13 Yanvar 2026 20:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see223

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see208

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see194

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see177

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see170

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see169

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see146

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see145

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see143

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see143

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see140

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see139

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see137

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see136

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see131

İngiltərə Kuboku: “Brayton” “Yunayted”i məğlub edib

11 Yanvar 2026 23:01see127

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see126

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see124

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri