Icma.az
close
up
RU
47 min yeni iş yeri yaradılarsa: Əmək bazarında nə dəyişəcək?

47 min yeni iş yeri yaradılarsa: Əmək bazarında nə dəyişəcək?

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

"Azərbaycanda investisiya təşviqi mexanizmi genişləndirilib.

Hazırda 17 strateji istiqaməti əhatə edən bu mexanizmin müddəti 2029-cu ilə qədər uzadılıb". Bu sözləri iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Bakıda keçirilən "III Milli Rəqabət Forumu"nda deyib. Onun sözlərinə görə, sentyabrın birinə ölkədə 528 sahibkarlıq subyektinə 633 investisiya təşviq sənədi verilib: "Həmin layihələr üzrə 9,3 milyard manat investisiya və təqribən 47 min iş yerinin yaradılması nəzərdə tutulur". 

Sahibkarlara verilən güzəştlərin iqtisadiyyata real töhfəsi necə ölçülə bilər? 47 min yeni iş yeri ölkədə məşğulluğun və əhalinin gəlirlərinin artmasına real təsir göstərə biləcəkmi? 

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, sahibkarlara verilən investisiya güzəştlərinin real iqtisadi səmərəsi yalnız cəlb olunan investisiyanın həcmi və yaradılması nəzərdə tutulan iş yerlərinin sayı ilə ölçülməməlidir:

“Əsas məsələ dövlətin təqdim etdiyi vergi və digər güzəştlərin müqabilində iqtisadiyyatın nə qədər əlavə dəyər əldə etməsi, istehsalın və ixracın artması, əmək məhsuldarlığının yüksəlməsi və büdcəyə uzunmüddətli gəlirlərin təmin edilməsidir. Eyni zamanda, 47 min iş yerinin yaradılması ilə bağlı proqnozun nə dərəcədə reallaşacağı, həmin iş yerlərinin neçə il qorunduğu, əməkhaqlarının səviyyəsi və işçilərin sosial təminatı xüsusi əhəmiyyət daşıyır.

Çünki qısamüddətli və aşağı əməkhaqqı ilə təmin olunan iş yerləri ilə yüksək məhsuldarlığa, sabit gəlirə və peşəkar inkişaf imkanlarına malik iş yerlərinin iqtisadi və sosial təsiri eyni deyil”. Onun sözlərinə görə, investisiya təşviqinin səmərəsini qiymətləndirərkən daha bir mühüm məqam dövlətin verdiyi güzəştlərlə sahibkarın onsuz da həyata keçirəcəyi investisiyalar arasındakı fərqdir:

“Əgər müəssisə güzəşt olmasa belə həmin layihəni reallaşdıracaqdısa, dövlət dəstəyinin əlavə iqtisadi effekti məhdud qala bilər. Buna görə də güzəştlərdən yararlanan müəssisələrin nəticələri oxşar dəstək almayan müəssisələrlə müqayisə edilməli, dövlətin hər bir əlavə iş yerinə və hər manatlıq əlavə istehsala nə qədər vəsait sərf etdiyi hesablanmalıdır.

Azərbaycanın investisiya təşviqi mexanizmi sahibkarlara yeddi il müddətinə mənfəət və ya gəlir vergisində 50 faiz güzəşt, torpaq və əmlak vergisindən, habelə müəyyən avadanlıqların idxalına görə gömrük rüsumu və ƏDV-dən azadolma imkanı verir. Bu dəstəyin nəticələri mütəmadi qiymətləndirilməli, layihələrin investisiya öhdəliklərini yerinə yetirib-yetirmədiyi, istehsala başlayıb-başlamadığı və güzəştlərin bitməsindən sonra fəaliyyətini davam etdirib-etdirmədiyi açıqlanmalıdır”. 

Ekspert qeyd edib ki, investisiya təşviqinin uğuru ayrılmış güzəştlərin və verilmiş sənədlərin sayı ilə deyil, iqtisadiyyatda yaratdığı əlavə dəyərlə müəyyən edilməlidir: “Davamlı iş yerləri, rəqabətqabiliyyətli məhsul istehsalı, ixracın artması, texnologiyaların tətbiqi və dövlət büdcəsinə uzunmüddətli töhfə əsas göstəricilər olmalıdır. 47 min iş yeri mühüm hədəfdir, lakin həmin iş yerlərinin neçə faizinin faktiki yaradıldığı, orta əməkhaqqının nə qədər olduğu və neçə il qorunduğu açıqlanmadıqca bu rəqəm mexanizmin real səmərəsini tam göstərmir”. 

Gülər Həsənli 
“Cebheinfo.az”

Açar sözlər: yeni iş yeri Akif Nəsirli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:137
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 15 Oktyabr 2026 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see306

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see298

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see263

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see246

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see245

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see242

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see235

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see228

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see228

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see221

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see204

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see203

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see202

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see201

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see196

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see195

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see193

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see187

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see185

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri