47 min iş yeri açılacaq Nazir müavini açıqladı
Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ölkə.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev deyib.
O bildirib ki, Biznesin İnkişaf Fondu tərəfindən cari ilin ilk səkkiz ayında təqribən 4300 layihəyə 223 milyon manat güzəştli kredit ayrılıb:
"Burada nəticələri düzgün qiymətləndirmək lazımdır. Təşviq sənədinin verilməsi layihəni həyata keçirilməsinə imkan yaradır. Sonrakı mərhələdə həmin investisiyaların reallaşması, müəssisənin fəaliyyətə başlaması və nəzərdə tutulan iş yerlərinin açılmasına xüsusi diqqət yetirmək lazımdır. Eyni yanaşma yeni investisiya sazişlərinə də aiddir".
"Sentyabrda keçirilmiş ikinci Azərbaycan beynəlxalq investisiya forumunda ümumi dəyəri 10,8 milyard ABŞ dolları olan 23 saziş sənədi imzalanıb. Bakı Enerji Həftəsində elan edilmiş layihələrlə birlikdə bu məbləğ 16,7 milyard dollara çatır. Bu qarşıdakı dövr üçün ciddi investisiya potensialıdır. Həmin potensialın iqtisadiyyatın səhm payı kimi daxil olması üçün layihələrin icrasını müşayiət etmək, yaranan məsələləri vaxtında həll etmək lazımdır", - deyə nazir müavini əlavə edib.
Könül
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 14 Oktyabr 2026 12:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















