48 yaşlı xadimə məşhur aparıcının evini soydu Villasının çıxarışını və şəxsi sənədlərini oğurladı
Icma.az, Baku.ws portalına istinadən məlumat verir.
Tanınmış aparıcı Reha Muhtarın xadiməsi onun evindən oğurluq edib.
BAKU.WS xəbər verir ki, sahil mənzərəli villada uzun müddətdir xadimə işləyən əcnəbi D.S. adlı qadın villanın çıxarışını, aparıcıya aid şəxsi sənədləri və bir neçə qiymətli əşyaları oğurlayaraq qaçıb.

Bu barədə xəbər tutan Reha dərhal ədliyyəyə gedib. O yaşadığı hadisəni danışıb. Aparıcı evdən oğurlanan sənədlərə görə başının bəlaya girəcəyini deyib.
48 yaşlı qadın barəsində İstanbul Baş Prokurorluğunda istintaq başladılıb.
Məlumat üçün bildirək ki, bundan əvvəl aparıcının keçmiş həyat yoldaşı Deniz Uğur da həmin xadimədən şikayət etmişdi.

Xadimə məşhur aparıcının evini soydu Görün evdən nələr oğurlayıb KONKRET
12 Fevral 2025 00:17
Namiq Qaraçuxurlunun lüks villasının görüntüləri
09 Noyabr 2024 15:25
Namiq Qaraçuxurlu villasının görüntüsünü paylaşdı
09 Noyabr 2024 15:33
İmamoğlunun saxlanılması: Villasının dronla çəkilişi Video
19 Mart 2025 14:49
Namiq Qaraçuxurlu villasının görüntüsünü paylaşdı VİDEO
09 Noyabr 2024 16:48

